Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2020

Eldəniz müəllimi təbrik edirik, onu dəstəkləmək lazımdır

Milli Şuranın məlum əxlaqsız hərəkətinə etiraz olaraq ziyalımız olan Eldəniz Quliyev Milli Şuradan istefa verib. O, bildirib ki, müsəlman bir xalqı hətta siyasət naminə belə olsa aşağılamaq düzgün deyildir.

Eldəniz Quliyev indiyədək xalqın ona olan hörmətini nəzərə alıb müsəlman xalqın aşağılanmasına etiraz olaraq əxlaqsızlığa qol çəkmək istəyənlərin sıralarında özünün yerinin olmadığını qənaət edib.
Bu qətiyyət və kişiliyinə görə Eldəniz Quliyevi təbrik edirik, əsil kişiyə, müsəlman kişisinə, azərbaycanlıya yaraşan bir addım atmışdır.

Bu mənada Eldəniz Quliyevi təkcə təbriklə kifayətlənməməliyik, həmçinin ona bundan sonra daha çox dəstək verməliyik. O, bir ziyalı, müxalif fikirli insan kimi daim ölkədə olan haqsızlıqlara etiraz edib. Bundan sonra da onu hər zaman haqsızlıq önündə etiraz edən qüvvə kimi görmək istəyirik və görəcəyik. Çünki onun istefa verib Milli Şuradan, mübarizə dostlarından ayrılması da bir haqsızlığa etiraz olaraq baş vermişdir. Buna görə də o, siyasi səhnədən çəkilməməlidir.

Eldəniz Quliyevi biz bundan sonra da hansısa bir partiya, qurum, təsisat şəkilində fəaliyyət göstərən bir insan kimi görmək istəyirik. Allaha ümid edirik və Allahdan diləyirik ki, o, bundan sonra kənara çəkilməyəcək, xalqın daha çox rəğbətini qazandığı bir zamanda daha çox zülm əleyhinə fəaliyyət göstərəcəkdir.

Təbrik edir, Allahdan zülm önündə Eldəniz müəllimə güc arzu edirik.


92 بازدید
در حال ارسال اطلاعات...