Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2020

Biri şeytana ağız açır, o biri şeytan nəcisi içmək istəyir

Koronavorusdan ötrü Allaha yalvarmaq əvəzinə bizdə bəzi adamlar sanki başlarını itiriblər. Çox qəribə işlərlə məşğul olurlar. Deməli, QMİ sədri Allahşükür Paşazadə durub böyük şeytan Amerikaya, onun prezidentinə ağız açır. Kişi güya İran xalqına rəhm edir, götürüb İran xalqının və liderlərinin “böyük şeytan” adlandırdığı ABŞ prezidenti – başdanxarab Trampa məktub yazıb k, bəs İrana rəhm el, heç olmasa koronavirus zamanında embarqonu aradan qaldır, İrana kömək elə. Daha bilmir ki, şeytana ağız açmaq Allahdan uzaq düşmək deməkdir. Başqa sözlə desək keçəlin dərmanı olsaydı öz başına sürtərdi. Bu dəqiqə zülmün paytaxtı, şeytənətin mərkəzi olan ABŞ korona bəlasından qurtula bilmir, bütün ölkələrdən öndə gedir. Bu gün – sabah o İrana yalvaracaq ki, bizə kömək edin.

Belə də ki, güya İran rəhbərliyi ABŞ-ın dəstəyini lap qəbul edir? İmam Xomeyni deyirdi ki, ABŞ sizdən razı olsa bilin ki, xəta etmisiniz. İndi ABŞ durub İrana rəhm eləsə yüz faiz İran hardasa xəta edib. Şeytandan gələn “rəhmət” də lənət və qəzəbdir. QMİ sədri isə Allahı qəzəbləndirməyə çalışır.

QMİ sədrindən başqa bir zillət vəkili də durub sarsaqcasına hərəkət edib. Qüdrətsiz Həsənquliyev deyir ki, korona olsa da turistləri cəlb etmək, pul qazanmaq üçün şər yuvalarının sayını artırmaq lazımdır. Deməli, şeytan nəcisi satılan yerlərin açılmasını, bağlanmamasını istəyən bu zillət vəkilindən soruşmaq lazımdır: olmaya həmin əxlaqsız və pozğunluq yuvaları elə sənin xarabalarındır. Koronaya görə olmaya ziyana düşmüsən və istəyirsən ki, sənə dəyən ziyan bərpa olunsun?

Baxın, elə bu cür debillərin ucbatından dünya belə bir xəstəliyə mübtəla olur, bu cür zillət vəkilləri, nadan insanlar da deyir ki, şeytan nəcisi ölkədə azad olsun, barların sayı daha da artıb çoxalsın. Çünki belələrinin bütün dini-imanı puldur. Allah belələrini hidayətə qabil deyillərsə məhv eləsin. Amin.


133 بازدید
در حال ارسال اطلاعات...