Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2020

Özlərinə 190 manat verək, görək yaşaya bilərlər?

Azərbaycanda vəziyyət çox acınacaqlıdır. Təsəvvür edin ki, xalqa deyirlər evdən bayıra çıxmayın. Tualetə getmək üçün də kimlərəsə sms yollayıb icazə almaq lazımdır ki, icazə verin beş-altı dəqiqə tualetdə işim var.

Ancaq icazə verirlər ki, yas məclisi olanda bir-iki saatlıq bayıra çıxasan, yaxud zibil atmağa, aptekə filan getmək üçün. Elə bilirsiniz ki, toya yox yasa icazə verməklə güya ölü sahibinin qəminə şərik olmağa icazə verirlər? Heç də belə deyil. Düzdür, bir yandan Azərbaycanda olan toy mərasimləri ümumiyyətlə yığışdırılmalıdır. Çünki haram musiqi, haram süfrələrlə dolu olur. Üstə gəl naməhrəm-məhrəm qarışıb oynayırlar. Amma hakimiyyətin dərdi bu deyil. Çünki hakimiyyətin Allahındandır (əgər Allaha inamları varsa) xalq fəsad, haram içində boğulub qalsın. Zatən bu hakimiyyət xalqın qeyrətini qırmaq, mənliyini məhv etmək üçün var.

Ona görə ölü yerinə getməyi qadağan etməyiblər ki, insanları da öldürmək istəyirlər. İndi deyərsiniz ki, əşşi, bunun mətləbə nə dəxli? Dəxlisini psixologiyada axtarmaq lazımdır.

Xalq artıq evində oturmaq istəmir. Əvvəldə xalqı aldatdılar ki, evdə oturun gətirib ərzaq, pul verəcəyik. Düzdür ki, xalq bu yalançı hakimiyyətə inanmır. Amma ilk əvvəllərdə həm dedilər ki, bunlar insandır, bu cür çətin vəziyyətdə heç olmasa bizə sahib çıxarlar. Həm də camaatın az-çox pulu bir köşədə-bucaqda var idi. Ümid edib döşək altında saxladıqları puldan, soyuducuda olan ərzaqdan istifadə elədilər. Amma gördülər ki, hər şey tükənib, amma yalançı və saxtakar hakimiyyət xalqa baxmır. Çünki düz ümid eləməmişdilər. Atalar yaxşı deyib ki, hakimiyyətə ümidli olan şamsız, pulsuz, ərzaqsız qalar. Allaha ümid etməli idilər. O da bu cür olur ki, daşı ətəyindən töküb küçələrə tökülür, haqlarını tələb edirlər.

İndi də insanlara yalandan vəd veriblər ki, güya 190 manat pul veriləcək. İndi deyin görək beş-altı nəfərdən ibarət ailə 190 manatla necə yaşasın. Bu məbləği İlham Əliyev də başda olmaqla məmurlara verəsən, bağlayasan onları evə görək necə dolanırlar. O qədər də güclü iman əhli deyilik ki, evdə əli-qolu bağlı oturaq, Allah özü adam yetirib ağzımıza yemək qoysun.

Uzun sözün qısası, bayıra çıxsan virusdan öləcəksən, evdə qalsan da acından. İndi seçim xalqındır. Hər bir halda Allaha şükür və təvəkkül etmək gərək.


373 بازدید
در حال ارسال اطلاعات...