Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2020

Fazili koronavirus yox, düzəltsə-düzəltsə qəbir düzəldəcək

İnsan yaşa dolduqca ağıllanmaq əvəzinə bəzən gerizəkalının öndə gedəninə çevrilir. Fazil Qəzənfər FETÖ törəməsi və Əliyevin GÖZƏGİRƏNİ olmazdan əvvəl, başqa sözlə desək vicdanını satmazdan qabaq qəzetlərdə bu cür manşet olunurdu: mənə bir nəfər sübut eləsin ki, Heydər Əliyev adamdır. Sonda İlham Əliyev ona sübut elədi ki, sən adam niyə olursan ki?

O zaman adam cavan idi, ümid var idi ki, yaşlaşdıqca ağıllanar. Amma ağıllanmadı ki, ağıllanmadı.
Necə? Belə ki, dünya koronanın hansı qələtlər etdiyinə görə ona müsəllət olması barədə düşünür, tövbələr edir, deyir ilahi, məni xilas elə sənin qapında it olacağam, amma Fazil bu cür acınaqcaqlı vəziyyətdə də qapmağı unutmur. Amma söz ziyarətlərdən düşmüşkən, eşq karvanı yoluna davam edir, itlər hürsə də.

Maraqlısı – dediyimiz kimi – odur ki, adam yaşlaşdıqca ağıllanmaq əvəzinə gerizəkalının birinə çevrilir. O deyir: “Ziyarətgahlara gedən insan sürüsünün sayı azalacaq.” İndi bu boyda adamın görün ağlı dabanındadır, yoxsa yox? Deyir ki, daşlara, mərmərlərə, məqbərələrə ziyarətçi sürüsü azalacaq. Çünki çağırdıqları ruhlar virusa yaxın düşə bilmədi. Bu yazıq sən demə indiyədək elə bilir ki, çağırılan (təvəssül edilən) ruhlar Allahın icazəsi olmadan nəsə əta etməyə qadirdir. Bu cür anlamazlar sonra gəlir şiəni şərik qoşmaqda ittiham edir. Koronanın bir faydası da bu oldu ki, indi deyərik, Fazil qanar. Bilsin ki, şiə inanclarına görə mömin insanların, şəhidlərin, imamların ruhu Allah əta edərsə vasitə ola bilər. Əta etməsə bütün salehlər, möminlər, şəhidlər, siddiqlər gəlsə belə xeyri yoxdur. Bu xəstəlik isə - təvəssüllər fayda vermirsə - görünür Allahın iradəsi belədir. Ruhların yaxın düşə bilməməsiylə əlaqəsi yoxdur. Başqa sözlə desək bəli, Allah istəməsə heç kim yaxın düşə bilməz. Yaxşı, əgər inanmırsansa onda sən Allaha birbaşa əl aç, Ömər Peyğəmbərin (s) əmisi Abbası çağırdığı kimi, biz də səni çağıraq, başına dədən FETÖnün araxçınını qoy, çıx uca bir dağa, de ki, ay camaat ruhlar, təvəssül boş şeydir, birbaşa Allahdan istəyin. Sonra da özün birbaşa Allahdan istə, gör verəcək? Verməsə onda qələt eləyib bir daha qanmadığın sözü danışma.

Sonra deyir ki, koronavirus Xocalıdan dəhşətli hadisə deyil ki... Dəyərlərimizdə, həyat fəlsəfəmizdə nəyi dəyişdi Xocalı? Sənin kimi vicdansız insanlara Xocalı lazım deyil ki? Dəyişmək üçün sən Xocalını neynirsən ki? Deputatxanada qabağına yal atdılar 180 dərəcə dəyişdin. Heç koronavirusdan da nəsə özün barədə dəyişiklik gözləmə. Qozbeli qəbir düzəldir.


424 بازدید
در حال ارسال اطلاعات...