Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2020

Din deyəndə "çıxma" çıxanlar, "getmə" gedənlər, "örtün" örtünməyənlər...

Allaha hamıdan şikayət edən suriyalı körpə...

Korona demək olar aləmi bürüyüb. Amma axirəti və ölümü anmaq, Allaha ibadət üçün də yaxşı fürsətdir. Bir yandan dindarlar dua edirsə, dinsizlər də dindar olmağa başlayıb. Hətta deyirlər ki, xristianlar gəlib müsəlman ibadətgahlarında ibadət edir.

Həqiqətən də nə böyük qələt eləmişik ki, belə bir bəlaya, imtahana – nə deyirsiniz deyin – düçar olmuşuq. Çünki nə deməyinizin bir fərqi və önəmi yoxdur. Nəticədə gedirik.

Əvvəllər kimlərsə korona ilə zarafatlaşdısa, satirik filmlər, kliplər düzəltdilərsə də artıq hamı korona ilə barışıb, fəqət ümidlər göylərə (Allah qəsdiylə) tikilib.

Yadıma suriyalı körpə düşdü. Hamımız o suriyalı körpəyik. Dünyadan koronadan qurtulandan sonra düzəlmək artıq bizə vacib olacaq. Çünki Allah bu dəfə qələtlərimizdən keçdi deməkdir. Bu imtahandan üzüağ çıxandan sonra Ali Səudun, Amerikanın, İsrailin başına dünyanı koronavirus etmək lazımdır. Çünki fərdi günahlarımız varsa da ki, bu zalımlar, dinsizlərin dünyada məzlumlara zülmlər etdiklərini gördük və susduq. O, suriyalı uşaq – zülmə məruz qalan, zülm ilə dənizə atılan körpə bütün dünya demişdi ki, Allaha hamınızdan şikayət edəcəyəm. Təbii ki, təkcə o yox. Zatən bütün yəmənli, suriyalı, fələstinli, iraqlı, əfqanistanlı körpələr həmin suriyalı körpə idi. Sadəcə onlar gizlin şikayət etdilər, suriyalı açıq-aşkar hədələmişdi. İndi amerikalar, natolar, bmtlər, ali-səud koalisiyası ordularını bir uşağın ahı əleyhinə işə salsın görək.

Gələk fərdi günahlara... Nə qədər dedilər ay balam, din deyir ki, çılpaq bayıra çıxma. Artıq heç beş dənə çadra geyinib çıxmaq da olmur. Gərək xüsusi qoruma geyimləri geyinəsən. Din dedi ki, araq, alkol, şeytan nəcisi verilən yerə getmə, amma getdiniz. İndi heç yerə gedə bilmirsiniz. Din dedi ki, naməhrəmə əl verib görüşmə, indi doğma balanızı öpə bilmirsiniz. Allah gec edər güc edər. Odur ki, başımızı daşa döyüb “qələt eləmişik” sədalarını ərşə dirəməliyik.


342 بازدید
در حال ارسال اطلاعات...