Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2020

Xalqı xəstəliyə salanlar koronavirus xəstələrinin müalicəsi üçün pul köçürürlər

İlham Əliyevlə Heydər Əliyev fondunun rəhbərliyinin koronavirus xəstələrinin müalicəsi üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir illik maaşlarını ianə etdikləri xəbəri yayılmaqdadır. 40 ildir xalqa qan udduran, xalqı virusa yoluxduran, koronadan betər olan bu hakimiyyət indi belə məsələlərlə ya özünü yaxşı göstərməyə çalışır, ya da bununla Allahla aralarında rabitə yaratmağa, allahsızlıqlarını aradan qaldırmağa çalışırlar. Burda deyirlər ki, bunların quyruqları qapı arasında qalıb. Artıq hakimiyyətlərinə təhlükə hiss edib xəstəlik bəhanəsiylə karantin saatı da elan ediblər. Ən çox isə öz var-dövlətlərinin əldən çıxması təhlükəsiylə üz-üzədirlər.

Düzdür, bizim xalq ürəyi yumuşaq xalqdır, bu cür vəziyyətlərdə, xalqın müsibəti zamanı Əliyevlər özlərini reklam eləsələr də onlara “əhsən”, “halal olsun” deyəcək qədər xalqımız ürəyi yumşaqdır. Amma gərək xalq bu cür insanlara aldanmasın.

İşin ictimaiyyətə bəlli olmayan tərəflərini, hakimiyyət adamlarının, yüksək vəzifəli məmur və nazirlərin bu xalqı necə talayıb soyduqlarını, var-yoxlarını əllərindən aldıqlarını bilmək üçün təkcə bir vaxtlar bunlarla əməkdaş olmuş Maqsudu izləmək kifayətdir. Maqsudun demək olar ki, zibillərini açmadığı məmur qalmayıb. Ramiz Mehdiyev, Ramil Üsubov, Zakir Qaralov və s. xalqın pulu hesabına evdəkilərinə paltar alan vicdansız, ləyaqətsiz insanlar bu hakimiyyətdə təmsil olunduqca nə cinayətlər etmədilər.

Əziz xalq, siz belə vəziyyətdə Allaha sığının, bilin ki, bu hakimiyyətin xəstələr üçün ayırdığı pullar onsuz da bu xalqa çatmalı olan pullardır. Bu cür hakimiyyətə də “əhsən” zad deməyin. Çünki bunlar Allahın izniylə siz virusu atladandan sonra yenə əvvəlki kimi soyub talayacaqlar. Bu insanlar Quranın buyurduğu kimi çətinə düşəndə Allaha “qələt elədim”, “başımı daşa döydüm” deyən çətinlikdən çıxandan sonra yenə naşükürlük edən dinsizlər kimidir. Bəlkə onlardan daha aşağıdır.

Xalq unutmasın ki, Azərbaycanda onsuz da 40 il idi ki, virus var idi. Koronavirusdan da beş bətər bir virus. Allah Təala bütün müsəlmanları bu viruslardan xilas eləsin.


107 بازدید
در حال ارسال اطلاعات...