Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2020

İlham Əliyevin şəklinin, Kotlet Siyavuşun və sabunun olduğu evə...

Bizim yaltaq insanlar o qədər yaltaqlanır və fantastik yaltaqlanma metodlarından istifadə edirlər ki, hərdən ayırd edə bilmirsən ki, doğrudan da bunlar belə bir düşüklük edərlər, ya yox.

Sosial şəbəkələrdə də Allaha şükür belə xəbərlər o qədər sürətli və cürətli yayılır ki, deyirsən yəqin düz deyirlər.
Dəqiq olaraq söhbətin mövzusu hamının Kotlet kimi tanıdığı Siyavuş Novruzovdur. Artıq Kotletin adını eşidən kimi dediniz ki, bəli, ona nə yaltaqlıq nisbət verilsə inandırıcıdır. Xüsusilə də deyilənə görə lül-piyan olub pencəyinə kotletlərini düzüb Heydər Əliyevin heykəlinin ziyarətinə gedəndən sonra ona heç YAP-ın da etimadı qalmayıb. Bəlkə də bu səbəbdəndir ki, onun “cənab prezidentin şəkli olan evə koronavirus girməz” deməsi bir həqiqətdir. Yəni istəyir bu kimi manevrlərlə özünün araq iyi verən imicini və kotlet iyi verən kariyerasını qoruyub saxlaya bilsin.

Təbii ki, bizim bu cür yaltaqlardan, GÖZƏGİRƏNLƏRDƏN belə gedişlər gözləmək olar. Ən çox da Kotletdən. Hətta dilinə gətirməsə də, belə bir söz deməyibsə də ona “cənab Novruzov sizcə İlham Əliyevin portretini evimizə qoysaq koronavirus bizə yaxın gələrmi?” desəniz, “gəlməz” deməsə də, “gələr” deməyə də cürət tapa bilməz. Ona görə də biz analoqu olmayan ölkəyik. Dünyanın heç bir ölkəsində tibb alimləri koronavirusun çarəsini tapa bilmirsə gəlib Azərbaycanda Kotlet müəllimin təcrübələrindən istifadə edib bəhrələnsinlər.

Amma bu tibbi partlayışın, fəlsəfi cərəyanın müəllifi olan Kotletə demək lazımdır ki, İlham Əliyevin şəkli bir yana dursun, bil ki, sabun olan evlərə koronavirus girməz. Çünki təbiblər bunu dəfələrlə təkid ediblər. Allah kərimdir, sən də bir sabun gətir, evə qoy və əllərini tez-tez yu. Qalanı Allaha pənah.

Unutmadan deyək ki, Kotlet olan evə də halal pul girməz. Əlbəttə əgər evlərində evə çörək gətirən yeganə adam odursa...


100 بازدید
در حال ارسال اطلاعات...