Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2020

Paşazadənin imanı koronavirusu məhv eləmirsə...

Allahşükür Paşazadəgil Azərbaycanda koronavirus xəbərləri yayılan kimi Cümə namazlarını tətil etdilər. Etsinlər, kimsə heç nə demir. Zatən digər İslam ölkələrində, İranda da qələbəlikdə gəzməklə virusa yoluxa, virus yayıla bilər ehtimalını nəzərə alıb cümə namazlarını təxirə salıblar.

Amma gərək danışanda da elə danışasan ki, koronavirus səndən uzaq gəzsin. Şeyxülislamın sözlərindən isə insanın koronavirusa yoluxması böyük ehtimaldır.

“Mən hələ də vicdanın nə olduğunu bilmirəm” deyən və uzun illərdir şeyx işləməsinə baxmayaraq bu bir cümlə ilə tanınan Allahşükür müəllim koronavirus məsələsində elə danışıb ki, bir dindar yıxılıb ölsə yeri var.

Deyir ki, Cümə namazları təxirə salınmalıdır. Fikrini də belə əsaslandırıb ki, iman, namaz yaxşı şeydir, amma virusun qabağını almır.

Halbuki Allah Quranda buyurur ki, quruda və suda baş verən fəsadlar insanların əməlləri ucbatındandır. (“Rum” 41)

Biz demirik ki, Azərbaycana korona gəlibsə Allahşükür müəllimin Allaha şükür etməməsi, bəd əməllərə susub bəraət qazandırması ucbatındandır. Biz deyirik ki, Quranın məntiqindən belə çıxır ki, insanlar düz əməl sahibləri olsalar fəsadlar baş verməz. Fəsad baş verməsə onun bir neçə qismindən biri olan korona da Azərbaycana ayaq açmaz. İnsan isə nə zaman pis əməl etmir? O zaman ki, güclü imanı olur. İndi gördünüzmü ki, iman necə koronavirusu məhv edir, Allahşükür müəllim. İslamı bir az yaxşı oxusaydınız bilərdiniz ki, Allah ona qul olan bəndələrin ayağının altına hər şeyi sərir. Siz Allahı tərk edib özünüzü zülmün ayaqları altına atmasaydınız, Allah koronanı deyil bütün aləmləri ayaqlarınızın altına atardı.
Hə, unutmadan, Allahşükür müəllim sözünü belə izah edirsə sözümüz yoxdur, düz deyir: “İman yaxşı şeydir, amma mənim imanın koronanın qarşısını almağa qadir deyil.”


207 بازدید
در حال ارسال اطلاعات...