Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2020

Yazıq görkəmi almış prezident və müavin söhbəti

İlham Əliyev o boyda təkəbbüründən, mənəmmənəmçiliyindən yazıq görkəminə qədər tənəzzül edib. Yeni sirkin ilk açılışında ən yuxarı kürsüdən danışsa da yazıqlığı açıq-aşkar idi. Deyir ki, biz bütün problemlərimizi daxildə həll etməliyik. Görünür anlayır ki, Respublikanın ilk dövrlərindəki xaos haqqında xaricilərə danos verirmiş kimi xəbərçilik eləmək siyasətdə ciddi səhvdir.

Sonra deyir ki, indiyədək inqilab heç bir ölkəyə xeyir verməyib. Deməli, etirazlar öz bəhrəsini verir. Hər yerdə baş qaldıran etirazlar hətta Əliyevin taxta oxşayan stulu götürüb sadə stulda oturmasını, böyük-kiçik məsələlərini gündəmə gətirməsini sel kimi yuyub apardı. Özünü göstərmək, riyakarlıq etmək Əliyevə qaldı.
İndi İlham Əliyev müxalifətlə dioloqa girmək istəyir. Hətta illərdir kiçik düşürdükləri, heç bir elektoratı yoxdur, sosial bazaları məhv olub dedikləri AXCP sədrini belə dioloq və məsələləri daxildə həll etmək üçün dəvət ediblər. O isə deyib ki, müavinimi göndərərəm.

Məlumdur ki, AXCP sədri çoxdandır ki, Əliyevi açıq debata dəvət etmişdi. Əliyev isə hətta prezident seçkilərinin heç birində özü iştirak etməyib və iki eşşəyin arpasını bölə bilməyən Mübarizləri, Əhmədovları, Kotlet Siyavuşları göndərib. İndi utanmazcasına Əliyevə TROLLUQ VƏ GÖZƏGİRƏNLİK edənlər deyir ki, niyə müxalifət lideri “müavinimi göndərərəm” deyib? Bunu niyə prezident seçkilərinə qorxusundan gəlməyən və kotletlərini göndərən Əliyevə demirdiniz? Elə indinin özündə də Əliyev demir ki, gəlin danışaq, şöbə müdiri səviyyəsində bir səviyyəsizlik ortaya qoyub.

Əsas məsələ odur ki, İlham Əliyev artıq hiss edir ki, Putin də onu qoruya bilməyəcək. Zatən Azərbaycan Rusiyanın Çeçenistan kimi respublikalarındna biri rolunu oynayır. Elə ata Əliyevin zamanından hamı Azərbaycanı belə görür.

Tez-tez baş qaldıran etirazlar artıq AXCP-ə də aid deyil. Xalq özü ayaqlanıb. Sadəcə çalışır, mədəd umur ki, bəlkə müxalifəti dioloqa çağırmaqla xalq üsyanlarını yatıra bilsin. Amma xeyri yoxdur, Balaxanının zibilliklərinə gömülməyənə qədər xeyri yoxdur.


198 بازدید
در حال ارسال اطلاعات...