Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2020

İlham Əliyevə 8 martda Bakının mərkəzində xanımlar hədiyyə verdilər

İlham Əliyev nə iş görür xeyri yoxdur. Adam hakimiyyətdə qartımış qoca qurdları rədd elədi, olmadı. Daha sonra sirk, zoopark adına layiq görülən deputatxananı iti qovan kimi qovdu, xeyri olmadı. Gördü alınmır, şəxsi qabiliyyət və istedadını ortaya qoydu. Bir dəfə icra başçılarını qəbul edərkən yaşca balaca olana “sən balacasan, o biri stulda otur” deyib göndərdi, bundan başqa taxta oxşayan kreslosunu “bu nədir, elə bil taxtdır, gedin sadə stul gətirin” deyib özünü göstərməyə çalışdı, amma o da olmadı. Bilirsiniz niyə olmur və bütün bunlar sıravi bir teatr oyunçusunun aktyorluğundan başqa bir şey hesab edilmir? Ona görə ki, əməldə heç biri yoxdur. Məsələn, böyüklərə hörmət göstərmək istəyir, amma ölkədə qocaları polislər aksiyalarda sürüyür. Taxt kreslosunu geri qaytarır, amma 17 ildir ki, kreslodan əl çəkmir.

8 mart günündə isə İlham Əliyevə Bakının mərkəzində xanımlar mitinq hədiyyəsi verdilər. Kreslo söhbəti Əliyevə baha başa gəldi. Xanımlar dedi ki, madam kreslonu götürürsən elə birbaşa özün də get.

8 mart hansısa avropa ölkələrinin birində ağır iş rejimi əleyhinə bir dəstə xanımın etiraz etməsiylə bağlıdır. Qadınların bu gün öz hüquqlarını tələb etmələrini işıqlandırıb, hətta bütün dünyada bayram kimi qeyd etməyə çalışıblar. Amma 8 mart 2020-ci il tarixindən bu gün etibarən bütün dünya əgər ədalətlidirsə Azərbaycan xanımlarının Bakının mərkəzində etdiyi etiraz akisyasıyla bağlı anmalıdır. Bu hadisə bəli, xanımların öz hüquqlarını qoruması kimi qeyd edilməlidir.

Amma avropa ölkələri hələ ki, İlhamdan əl üzmədikləri üçün bunu etməzlər.
İlham Əliyev bir neçə il bundan əvvəl 8 mart ərəfəsində öz xanımına böyük bir hədiyyə vermişdi. Belə ki, birinci vitse prezident postuna öz xanımını təyin etmişdi. İndilərdə də o hansısa bir jest edə bilər. Yaş söhbəti, kreslo məsələsi kimi 8 martla bağlı olaraq da bir jest edə bilər. Amma inandırıcı olmayacaq. Çünki yaramaz Əliyev hakimiyyətini Azərbaycanda dubinka gücünə saxlayan polisləri Əliyev bu dəfə də qadınlara hörmət etməyərək 8 mart günündə onların üstünə saldı. Qadınlar zatən ölkədə zorakılığa, polis azğınlığına, ədalətsizliyə etiraz edirdilər, həmin gün növbəti ədalətsizlik və haqsızlığa məruz qaldılar. Deməli, Əliyevin bu dəfə ki, jesti də keçməyəcək.


184 بازدید
در حال ارسال اطلاعات...