Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2020

İlham Əliyevin “rədd olub getsinlər” sözü İdlibdə ölən türk əsgərləri barəsində...

“Aznevs” saytının baş redaktoru GÖZƏGİRƏN, XALİS TROL, İNTERNEDDİN müəllim Taleh Şahsuvarlıdır. Anadolu türkcəsində cümlə qurmaq, söz işlətməkdən ötrü sinov gedən bu cür YALTAQLARIN, GÖZƏGİRƏNLƏRİN bütün müqəddəsatı ölkədə cinayətkar Əliyev rejimidir, xaricdə də DİKTATOR Ərdoğanın komandası.

Deməli, Türkiyə ordusu Suriyaya girib. Ərdoğanın dildə müsəlmanlarla, fələstinlilərlə, iraqlılar, hətta bəzən iranlılar olmasına baxmayaraq qəlbinin ABŞ, sionizm məhəbbəti üzərində köklənməsini hamı bilir. Hələ o prezident olmazdan əvvəl onun siyasət ustadı olan mərhum Nəcməddin Ərbakan onun masson, ABŞ nökəri olduğunu demişdi. Görün bu insanlar, Ərdoğan və onun komandası, üstə gəl Taleh Şahsuvarlı və onun saytı nə qədər alçaq, rəzil ünsürlərdir ki, Türkiyə əsgərləri Suriyada öldürülüb bunu Suriya hökümətinin üstünə yıxırlar. Əslində türk əsgərinin qanı Ərdoğanın üzərindədir.

Deyək ki, Ərdoğanın özünün İlham Əliyevdən müstəqil bir şəkildə siyasəti vardır. Təbii ki, Türkiyə kimi bir dövlət, Ərdoğan kimi özünü “Osmanlı torunu”, İslam xəlifəsi hesab edən bir insan Əliyevdən məsləhət alası deyil. O ABŞ xəlifəsidir, onun rəhbəri Trampdır.

Bəs İnterneddin Taleh Şahsuvarlıya nə gəlib ki, saytlarında Azərbaycan dövlət siyasətinə uyğun olmayan yazılar dərc edirlər. Güya İnterneddin indi prezidentin siyasətini dəstəkləyir. Əslində isə bunlar İlham Əliyevin GÖZÜNƏ GİRSƏLƏR də xarici məsələlərdə onun siyasətini dəstəkləmirlər.

Məsələn İlham Əliyev komandasının İrana münasibəti budur ki, İranı dost-qardaş ölkə sayırlar. Amma Əliyevin GÖZÜNƏ hər fürsətdə GİRƏN “Axar”, “Publika”, “Yeni Müsavat” saytları və İnterneddinin saytı isə bütün günü İran əleyhinə yazır.

İkincisi, İlham Əliyevin siyasəti bundan ibarətdir ki, o, xarici ölkələrin dava-qırğınına qarışmır. Çünki bu komandanın bütün işi-gücü camış boyda olan, ermənidən qorxub əliyalın xalqa əl qaldıran polislər vasitəsilə ölkədə xalqı, dindarları, siyasətçiləri, müxalifəti, etirazçıları əzməkdir.
Hətta Suriyada Azərbaycandan gedib vuruşanları da tutub həbs edirlər. Deməli, Əliyevin məntiqinə görə Türkiyənin Suriyada ölən əsgərləri səhv edib ora gediblər. İnterneddinin saytı isə orda həlak olan əsgərlərin qanını Suriya hökümətinin üstünə yıxır.

İnterneddinin saytında gedən xəbərə baxın: “"Tarixə müharibə cinayətkarı kimi düşəcək olan terror dövlətinin başçısı Bəşər Əsəd və rejim ünsürləri bu alçaq hücumun bədəlini ödəyəcək". AzNews xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Fuat Oktay deyib.” Dünyada terror və cinayətkar dövlət kimi tanınan ABŞ-ın nökəri olan cinayətkar Ərdoğanın cani köməkçisinin vicdansızlıq və alçaqlığına baxın. Adamlar gedib xalqın ölkəsinə soxulublar, hələ bir utanmazcasına, həyasızcasına deyirlər ki, onlar cavab verəcək. Siz cavab verəcəksiniz. Sizin xalqın ölkəsində nə itiniz azıb ki, camaatın balalarını da qırğına verirsiniz. Hələ bir həyasızcasına deyir ki, o əsgərlər ölkəmizin sərhəd təhlükəsizliyini qorumaq üçün orda varlar. Məgər ölkənin sərhədini ölkənin daxilində qoruyurlar, yoxsa xaricində? Siz o yazıqları ora ABŞ və sionistlərin regiondakı təhlükəsizliyini qorumaq üçün göndərmişdiniz.

İnterneddin Taleh Şahsuvarlıya bir xatırlatma! Azərbaycanın işğal altında olan ərazilərində erməni əsgərləri vurulanda sənin hər verilişdə, debatda, seçkilərdə GÖZÜNƏ GİRDİYİN İlham Əliyev demişdi ki, kim ölmək istəmirsə rədd olub torpaqlarımızdan getsinlər. İndi nə üçün Əliyevin bu sözünü Türkiyə barəsində işlətmirsiniz? Çünki İlham Əliyevin GÖZÜNƏ GİRMƏK sizin üçün ölkədə pullanmaq, GÖZƏGİRƏNLİK etmək, azadlıqda qalamq qarantıdır. Əslində isə sizin ağababalarınız Ərdoğan, Tramp, sionistlər kimi vicdansız insanlardır.


280 بازدید
در حال ارسال اطلاعات...