Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2020

Ermənistanda etirazçıları sürüyən polislər Azərbaycan polisidirmi?

Azərbaycanda son günlər hərəkətlilik hiss olunur. Sirkin, zooparkın buraxılmasından əvvəl xalqın şəhərin mərkəzindəki etirazlarından qorxuya düşən hakimiyyət bir neçə” islahat” etdi, bir neçə məmuru qovdular, qoca kaftar məmurları tulladılar, sirki buraxdılar. Amma sirk buraxılandan sonra yenə öz adını qoruyub saxladığı, Milli Məclisə çevrilə bilmədiyi üçün etirazlar yenə səngimək bilmir.

Saxtakar Məzahir Pənahovun obyekti olan MSK qarşısında hətta beş gündür ki, saxtakarlıqla uduzdurulduqlarını iddia edən namizədlər oturaq aksiyalar təşkil edirlər. Onlar oynayır, yallı gedir, nərd atır, şeir deyir və başqa işlər görməklə oturaq aksiyalarını davam etdirirlər. Ondan əvvəl isə polislər onlara akisya keçirtmək üçün imkan verməmişdilər. Elə o hadisələrdən sonra, oturaq aksiyaya belə polislər imkan vermirlər.

Xalq isə oyanıb. Bakıdakı aksiyalara “Sovetski” sakinlərinin, Zərdabın Callı kəndinin aldanmış sakinləri də qoşulub. Hər kəs Əliyevin alçaq, vicdansız məmurlarından boğaza yığılıb etiraz edir. DTX Neftçala icra başçısını rüşvət aldığı üçün tutması xəbəri də gündəmə bomba kimi düşüb. Əlbəttə bütün haqsızlıqların, rüşvətxorluğun, məmur azğınlığının başında birbaşa İlham Əliyev durur. Bu da o deməkdir ki, etirazlar elə birbaşa Əliyevə tuşlanmışdır.

Bu xəbərlərin paralelində düşmən qonşumuz olan təcavüzkar Ermənistanda da gərginlikdir. Paşinyan iki hərbiçini qovub. Orda da etirazlar baş qaldırıb. Kadrlara baxanda görürük ki, bizim buğa polislər kimi onların polisləri də camaatı qamarlayıb hadisə yerindən uzaqlaşdırırlar. Amma bizdəki analoqu olmayan qamarlamadır. Təsəvvür edin ki, etiraza gedən siyasətçilər, etirazçılar maşınlara mindirilir, Bakıdan uzaq yerələrə aparıb onları düşürdürlər. Təki hadisə yerindən uzaq olsunlar. Burada iki məsələ diqqət çəkir. Əgər onların etdikləri cinayətdirsə niyə cinayətkar həbs olunmaq əvəzinə Bakıdan uzaq nöqtələrə aparılıb orada düşürdülürlər. Yoxsa cinayətdir amma Avropanın qəzəbindən qorxursunuz? Allahın qəzəbindən qorxmayan bu simasızlar necə olur ki, Avropadan qorxurlar. Məsələ də elə bax budur. Allahdan qorxmayan insanlar başqa hər kəsdən qorxarlar. Ona görə də 200 nəfər etiraz edəndə 2000 min buğa polisi hadisə yerinə gətirirlər. Çünki hər kəsdən qorxurlar. Onları həbs edə bilmirlər, çünki Avropadan qorxurlar. Avropanın müqabilində bu qorxaq hakimiyyət Rusiyaya sığınır. Çünki Rusiyadan da nəyi var qorxur.

Yox əgər onları cinayət etmədiklərinə görə həbs etmirsinizsə o zaman nə üçün etiraz etmələrinin qarşısını alırsınız?
Ermənistanda Paşinyan seçilənə qədər meydanlar etirazçılarla dolu idi. Hamı deyirdi ki, Ermənistanda demokratiya var. Görünür erməni polisini də Azərbaycan polisi bu vəziyyətə salıb. Dünyaya yaxşı örnək olmaq əvəzinə ermənilərə pis örnək olublar. Yəni erməni polisləri xalqla bu cür davranmaqda özünə Azərbaycan polisini nümunə götürüb. İndilərdə çox şübhəsiz ki, nəinki Ermənistdanda bəlkə də bütün dünyada Ermənistan polisinin etdiklərini görəndə deyirlər ki, etirazçıları sürüyən polislər Azərbaycan polisidirmi? Bəli, mümkündür desinlər. Necə ki, bizdə dör-beş polis bir azərbaycanlını qamarlayıb aparanda deyirlər ki, bunlar ermənidir, eləcə də Ermənistanda polislərin vətəndaşı sürüyəndə deyirlər ki, bunlar Azərbaycan polisidir.


280 بازدید
در حال ارسال اطلاعات...