Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2020

“İnterneddin” Taleh Sahsuvarlı Mirzə Cəlili İlham Əliyevə neçəyə satdı?

Bir yazıçıdan, deputatdan daha çox Kamal Sunalın “Köydən indim şehre” (Kənddən şəhərə gəldim) filmini xatırladan “interneddin” ləqəbli Taleh Şahsuvarlı yanlış deyilsə 15 il bundan qabaq bir dəstə özünü postmodern, mirzəcəlilçi, axundovçu hesab edən (hərçənd postmodern və axundovçu, mirzəcəlilçi olmaq paradoksdur) dırnaqarası yazıçı axını ilə Azərbaycan mətbuatına düşdü.

Xüsusiylə də necə oldusa Taleh Şahsuvarlı yazmağa, pozmağa, vurmağa adam tapmadığı üçün dəyərli ilahiyyatçılarımızdan birini “İnterneddin” imzasıyla vurmağa başladı. Güya özünü Mircə Cəlil hesab edib onun “Molla Nəsrəddin” jurnalına alternativ bir şey qurmuşdu öz aləmində. Xeyli ilişdi-ilişdi, amma dəyərli ilahiyyatçımız bu adama iynənin ucu qədər də əhəmiyyət vermədiyi üçün (“it hürər, karvan keçər” yazmırıq, çünki etik qaydalara riayət edirik) adam gedib başqalarına, başqa mövzulara yapışmağa başladı. (İtmilçəyi demək də etik qaydalara zidddir) Nəhayət işsiz-gücsüz bir müddət fırlanan adam özünün dediyinə görə gedib müxalifəti vurmağa, iqtidara qırsaqqız olmağa başladı. Sonra yaxşı pul buraxdılar, TROLLUQ, GÖZƏGİRƏNLİK yolunu tutmuş İnterneddin Taleh Şahsuvarlı iqtidarın cibinə girəndən sonra sayt açdı, orda TROLLUĞUNU davam etdirməyə başladı.

Amma iqtidar da bunlardan yaxşıca istifadə elədi. Mircə Cəlil, Axundov yolunu tutmaq istəyən bu və onun kimi tipləri qatlayıb rahatlıqla cibinə qoydu. Məsələn, digər axundovçu Dilqəm Əhmədə prezident “taxta medal” verdi, İnterneddin Taleh Şahsuvarlıya internet saytı açmağa imkan verdilər. Adam daha sonra sirk, zoopark seçkilərinə namizədliyə başladı. Mehman Hüseynova, Mehman Əliyevə, İlqar Məmmədova və digər müxalifətçilərə İlham Əliyevə güvənərək savaş açan İnterneddin müəllimin seçilib-seçilməməsini bilmirik, bilmək də istəmirik. Seçilməyibsə bir TROLL sirkdə azalıb, seçilibsə yeni TROLLAR yetişdirməyə başlayıblar deməkdir.

Gələk İnterneddin müəllimin, elə Dilqəm Əhmədin də Mirzə Cəlili, Axundovu satmalarına. Deməli, bu adamlar bir vaxtlar Mircə Cəlil, Axundov olmaq istəyirdilər. Bu cür axundovçulara dedilər ki, Axundov da rus çarının TROLU idi, sizdən də yaxşı TROL çıxar, beləliklə də ələ ala bildilər. Yoxsa İnterneddin müəllim Mirzə Cəlil yolunu tutub qalsaydı indi Azərbaycanda yeni “Ölülər” yazıb məşhur ola bilərdi. Çünki sonuncu deputat seçkilərində də əvvəlkilər kimi 15-20 il bundan qabaq ölən, basdırılan, çoxdan torpaq olmuş insanlara da seçkidə iştirak haqqı tanındı, onların əvəzinə səs verirdilər. Hətta lətifədə deyilir ki, bir kişi seçki məntəqəsinə gəlib deyib ki, filankəsova, filankəs xanım gəlib səs verib? Deyiblər ki, bəli. Deyib ki, heyif bu dəfə də görmədim. Deyiblər ki, məgər nəyinizdir? Deyib həyat yoldaşımdır. Deyiblər ki, məgər boşanmısınız? Deyib, yox e10 ildir ki, ölüb, gəlir hər dəfə seçkilərdə səs verib gedir. Bu dəfə də tuta bilmədim.

Bəli, İnterneddin müəllim, Dilqəm Əhməd Mirzə Cəlili İlham Əliyevə satmasaydılar, başqa sözlə desək bir matah ordenə, sirkdə bir andıra qalmış stula satmasaydılar indi mirzəcəlillik edə bilərdilər.


300 بازدید
در حال ارسال اطلاعات...