Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2020

Rauf Arifoğlunun öz gücünə seçilməməsinə dair dəlillər.

Sözü olan varsa, arqumentlərimizin qarşısında dəlil gətirən varsa buyursun, sübut eləsin ki, Arifoğlu öz gücünə seçilib.

Biz isə yazıb öz dəlillərimizi qeyd edirik, gerisini oxucuların öhdəsinə buraxırıq.

Azərbaycanda yerli hakimiyyətin pis günə qoyduğu, sıxdıqca sıxdığı, sıxıntılar qarşısında min cür yaşama yollarını, ayaqda qalma üsullarını kəşf edən ağıllı xalq arasında bir nəfər sadəlövh adam varsa buyursun Arifoğlunun öz gücünə seçilməsinə inansın.

Arifoğlunun xalis TROL, GÖZƏGİRƏN, iqtidar “çənəsi” olması təkcə öz məntəqəsinin camaatına deyil, demək olar ki, bütün ölkəyə məlumdur. Qardaşım, niyə uzağa gedirsiniz ki, Arifoğlunun internetdəki videolarına, məqalələrinə baxın, xalq şərhlər yerində Arifoğlunun TROLLUĞUNU yekdilliklə qəbul edir.

Biz demirik ki, ona səs verən olmayıb. Hətta əvvəl də demişdik ki, Arifoğlunun İqbal Ağazadə üzərində qələbəsi labüddür. O cür də olacaqdı.

İqbal bəyin seçiciləri az deyildi, Arifoğlunun da seçiciləri varıydı. Bu yerdə Arifoğlunun seçiciləri zirək tərpənib bir qədər uzaqgörənlik ediblər. Uzaqgörənlikləri də bu olub ki, hakimiyyət elə İqbal bəyi seçməmək üçün Arifoğlu kimi adamlar axtarırdı.

Bəs arqumentlər nədən ibarətdir?

Bir vaxtlar elə Arifoğlu, İsa Qəmbərlə çiyin-çiyinə ata Əliyevi sərt şəkildə tənqid edən indi sionist israil dəyirmanına su tökən “axar” saytının bir başqa TROL rəhbərindən Müsavatın debat zalında Əli Əliyev soruşdu ki, o vaxt (2003) İsa Qəmbər seçilməmişdi? O isə dedi ki, yox. Halbuki o zamanlar əksəriyyət İsa Qəmbərin İlham Əliyevə prezident seçkilərində qalib gəlməsinə inanırdı.

Böyük ehtimalla 2005-də Arifoğlu da deputat seçkilərində qalib gəlmişdi. Niyə? Çünki o zaman 2003-dən qalma kütləvi bir müxalifət varıydı. O zaman müxalifət liderləri də bir araya gələ bilmişdilər. Doğrudan da İsa Qəmbərin seçilməsi inandırıcı idi. İsa Qəmbərin kölgəsində o zamanlar fırlanan Arifoğlu da inanırdı ki, o zamanlar seçilib, amma hakimiyyət səsini oğurlayıb. Arifoğlu efirdə şivən qaldıranda da bu sözləri deyirdi.

O zaman da onun seçiciləri var idi. İndi də var. Amma o zamanın bir fərqi bu idi ki, xalq indiki kimi müxalifətin ətrafından dağılmamışdı. Deməli Arifoğlu o zamanlar daha çox ehtimal var idi ki, seçilib. Çünki öz seçicilərindən əlavə xalq da müxalifətin arxasında durmuşdu.

Amma indi necədir? Arifoğlunun arxasında müxalifət yoxdur. Amma seçiciləri az-çox mövcuddur. O seçicilər də ona görə dövrəsinə yığılıb ki, bilirdilər ki, bu cür TROL seçilməsə kim seçiləcəkdi ki? Sadəcə arada PA-nın təynatı vardır. İqbal bəy də bunu gözəl bilirdi. Amma yenə də sona qədər mübarizə apardı. Arifoğlunun adı qabaqcadan siyahiyə yazılmasına rəğmən.


250 بازدید
در حال ارسال اطلاعات...