Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2020

Regionlardan iti qovan kimi qovulan deputatlarla, Fəzaillə, Fərəc Quliyevlə deputat seçkilərinə?

Artıq “You Tube” kanalı millətin Milli Məclisimizi sirk, zoopark gününə qoyan təyinatlı deputatları it qovan kimi qovması videolarıyla doludur. Fəzail Ağamalıdan tutmuş başqa yaltaqlara, GÖZƏGİRƏNLƏRƏ qədər hər birisini iti qovan kimi qovurlar, amma adamlar arsız olduqları üçün təyinatla gedib Milli Məclisi yenidən sirkə çevirməyə iddialıdırlar.

Biz dəfələrlə yazıb deyəndə ki, bunlar təyinatla orda oturub, heç bir işə yaramırlar, xalqa baxmırlar, TROLLARIN acığına gəlir. Məsələn, ağlamalı gündə olan satqın Fəzail bu xalqa, millətə məclisdə nə xeyir verib, bundan sonra nə xeyir verə bilər. Adamın bir iş var, o da GOZƏGİRƏNLİK. Yaxud Fərəc Quliyev məclisdə nə qələt edib ki, indi də durub məclisə namizədlik verib. Zatən məclis bu cür biveclərin, əldəqayırma kuklaların, cib müxalifətinin sayəsində buraxıldı. Belələrini ümumiyyətlə gərək məclisə yaxın buraxmayasan.

Ağlamalı gündə Fəzaili fitə basıb öz məntəqəsindən iti qovan kimi qovdular. Başqalarını da onun kimi. Pomidor ucuz olsaydı hərə əlinə beş-altı dənə pomidor götürüb bunlara tolazlayardı. Bəli, üzü sırtılmış bu cür satqınlar yenə GÖZƏGİRƏNLİKLƏRİNƏ görə gedib yenə məclisdə oturacaqlar. Əgər otursalar bir daha bəlli olacaq ki, məclisə xalq tərəfindən seçilmirlər, bəlkə təyinatla orda otururlar. Çünki xalqın iti qovan kimi qovduğu bu cür simasızlar yenə gedib məclsidə oturursa deməli bunları xalq seçməyib.

Bu cür simasızlardan biri də prezident seçkilərində cib müxalifəti rolunu oynayan Fərəc Quliyevdir. Onun dairəsindən Mehman Hüsyenov da deputatlığa namizədlik verdiyi üçün onu dəvət edib və güya müalicəsi üçün pul təklif edib. Sən belə xeyirxah adamsan get o pulu nəqd olaraq xəstəxanalarda yatan xəstələr üçün xərclə. Nə qədər xəstələr vardır ki, hazırda xəstəxanada yatır, dərmana, müalicəyə ehtiyacları var. Özünü artistliyə vuran bu adam Mehmanın sayəsində səslərin parçalanmasından qorxaraq ona özünün müavini olmağı rüşət müqabilində təklif edib. Bu cür simasızlar yenə gedib məclisdə oturacaqsa məclisin çoxdan fatihəsi verilmiş olacaq.

Bəli, bunların siması, daha doğrusu simasızlığı budur. Bunlar xalq tərəfindən seçilməyib. Bunlara xalqın səsi yox təyinat lazımdır. Bunlar rüşvətxor, abırsız, ikiüzlü adamlardır. Bu cür adamların qatıldığı seçki boykota layiqdir.


146 بازدید
در حال ارسال اطلاعات...