Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2020

Qüdrət Həsənquliyev, İqbal Ağazadə və Rauf Arifoğlu namizədliyi

Azərbaycanda deputatxana deputatların böyük əksəriyyətinin rəzilliyi, xəbisliyi ucbatından indiyədək sirk, zoopark, qocalar evi, yuxulayanlar evi kimi tanınıb. Demək olar ki, Əliyevlər hakimiyyətə, xalqın və dövlətin xirtdəyinə çökən gündən Azərbaycan xalqının nə prezident seçkilərinə, nə də digər seçkilərə etibarı qalmayıb. Təbii ki, ən böyük seçki prezident seçkisi olduğu üçün bu seçkini saxtakarlıqla, şərəfsizliklə, karusel əməliyyatları ilə keçirən bir hakimiyyət dövləti qəsb etdikcə digər seçkilərə önəm qalmır. Camaat ancaq vaxt keçirmək, əylənmək qəsdiylə internetdə karusel əməliyyatlarına baxıb gülür.
Amma deputatxanada böyük əksəriyyət yaputat, GÖZƏGİRƏN, TROLDAN ibarət olsa da orada hakimiyyəti öz çıxışlarıyla rüsvay edən deputatlar da vard idi.

Ümumilikdə Qüdrət Həsənquliyev, İqbal Ağazadə və Rauf Arifoğlu timsalında deputatxananı ümumi bir formada vəsf etmək olar.

Deməli, Qüdrət Həsənquliyevin reklamı Arifoğlunun tualet kağızını xatırladan saytında gedir. Qüdrətin şüarı isə budur: “İslahatlarla Qarabağa və firavan həyata.” İlahi, innsan nə qədər üzsüz, abırsız olar ? İndiyədək sirkdə yatıb qalan Qüdrətin Qarabağın min kilometrliyinə yaxınlaşmağa qüdrəti çatmayıb. Durub xalqa firavan həyatdan danışır. Sən indiyədək deputatxanada oturub GÖZƏGİRƏNLİKDƏN başqa nə qələt edə bilmisən. Bütün günü özü və müavini xalqın mitinqlərini vurub, bir kresloya görə əqidəsini satıb, Qüdrət özü iqtidarın cib müxlaifəti olduğu halda xalqa yaxşı nə vəd verə bilər? İlham Əliyevin adını çəkməyə qorxan, prezident seçkilərində “kukla” və Əliyevin vəkili vəzifəsini icra edən bu cür insanlar getsələr-getsələr “Qarabağ” kafesinə gedib saxtakarlıq, təyinat və rüşvətlə deputatxanada oturmasının “şərəfinə” ayran içə bilər. Bunun özü nə qələt edib ki, hələ bir müavini də durub namizədlik verir. Zatən Qüdrət kimi əvvəllər sirkdə olub bir qələt edə bilməyənlər bir qələt edə bilsəydilər indi gic-gic şüarlarla sirkə düşmək istəməzdilər. Təmiz adamı onsuz da xalq tanıyır. Qüdrətə bir quş.
Deputatxanada İqbal Ağazadə kimi insanlar da var. Həmişə cəsarətli çıxışlarıyla yadda qalıb. Amma bu dəfə təəssüf ki, Arifoğlu kimi seçilməsi 99 faiz ehtimal edilən bir insanla bir dairədən namizədlik verib.
Ağazadənin nəyinə görə olmasa da cəsarətli çıxışlarına görə xalq tərəfindən seçilməsi əslində labüd idi. Amma Arifoğluyla bir dairədən namizəd olmasaydı.

Arifoğlunun seçilmə şansı daha çoxdur. Düzdür, iqtidarın alçaqlığından bezən xalq nümayəndələri Arifoğluya səs verməzlər. Amma adam indiyədək iqtidarın tərəfinə keçəndən öz məntəqəsindəki insanlarda ümid yaradıb. Çünki Arifoğlu kimi cinah dəyişənlərin daha çox seçilməsi nəzərə dəyir. Ona görə ki, bizim ölkədə xalqın səsindən daha çox Əliyevin səsi mühümdür. Onun təyinatı olmasa kimsə mandat ala bilməz.
Arifoğlu, düzdür ki, indiyədək deputat olmayıb. Qüdrətdən fərqli olaraq onun haqqında “deputat simasıyla nə qələt etmisən ki, utanmaz-utanmaz durub şablon şüarlarla növbəti dəfə namizəd olursan?” deyə bilmirik. Amma Arifoğlunu da xalq tanıyır. Əvvəldən deputat olması şərt deyil. Adam qəzetdə bütün günü etiraz aksiyalarında etiraz edənləri öz trol dəstəsiylə lağ elətdirib. Öz qəzetini saxlamaq üçün trolluqdan, Əli Həəsnovun çənəsi olmaqdan tutmuş əxlaqsız, tərbiyəsiz xəbərlər, reklamlar, fotolar dərc etməyə qədər hər cür vicdansızlıq edib. İndi bu adam axı seçicilərinə yaxşı nə vəd verə bilər. Axı, onun seçicilərindən, dəstəkləyənlərdən, haqqında boğazdan yuxarı danışanlardan bir nəfər çıxıb demirmi ki, bu, vicdansız, əxlaqsız saytlar, reklamlar, fotolar düzəldən, sayta qoyan, haramdan pul qazanan adamdır. Üzündə cavanlıqdan saqqal saxlayıb nurani çöhrə ilə gəzən həccə gedən, namaz qılan bu insan Allaha olan vədini yerinə yetirib bəndə ola bilmir. Xalqa necə deputat olub sözünü tutacaq? Bu, bir müsəlman xalqı necə təmsil edəcək.

Əgər deputatxana yenidən Qüdrət kimi, Arifoğlu kimi trolların ümidinə qalacaqsa əskisindən heç nə ilə fərqlənməyəcək.


594 بازدید
در حال ارسال اطلاعات...