Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2020

Ata-bala Əliyevin bacarmadığını Paşinyan edə bildi...

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Paşinyan tərəfindən həbs edilib. Ötən gün məhkəmədə deyib ki, Azərbaycan hakimiyyətinin mənə edə bilmədiyini Ermənistanda baş nazir Paşinyan edə bildi. Fikrini də belə əsaslandırıb ki, Qarabağ məsələsi ortalığa çıxanda Azərbaycan hakimiyyətinin əlindən yaxasını qurtara bilib Ermənistana qaçmışdı. O zamanın hakimiyyəti ona heç nə edə bilməmişdi. Amma gün gəldi ermənilərin özləri adamı içəri atdılar.

Robert Köçəryanın hansı tarixdə hansı Azərbaycan hakimiyyətindən danışması o qədər də mühüm deyil. Adam Ermənistanın prezidenti seçilib və Qarabağın işğalı, müharibənin başlanğıcı hər iki Əliyevin vaxtına təsadüf edib. Ata Əliyev hakimiyyətdə yerini bərkidəndən sonra da 10 il müddətində torpaqları qaytara bilməyib. Ondan sonra yerini bala Əliyevə təhvil verib ki, o da 16 ildir ki, bir iş görə bilmir.

Burda söhbət ondan gedir ki, Paşinyan azərbaycanlıların qara qaşına-gözünə aşiq olub cinayətkar Köçəryanı həbs etməyib. Təbii ki, özünün ortada maraqları vardır. Amma söhbət odan gedir ki, Əliyevlər hakimiyyəti heç öz içlərində, rüşvətə bürünən məhkəmələrində belə Qarabağ məsələsini qabartmır, cinayətkarlara cinayət işi açmırlar. Biz gözəl bilirik ki, üçtərəfli danışıqlar zamanı Putinin, Medvedyevin vasitəçiliyi ilə həmişə Robert Köçəryan, Sarqısyan, ondan sonra da Paşinyan hər zaman ata-bala Əliyevlərlə deyib gülüb, xizək sürüb, günlərini firavan keçiriblər. Bizim xalqa məlumdur ki, Əliyevlər hakimiyyətdə qalması üçün torpaqların bir hissəsini satıblar. Hələ də 26 ildir ki, 20 faiz torplaqların bir qarışını da qaytara bilməyiblər.

Heydər Əliyev 17 il bundan qabaq ölüb. Onu bugünkü nəsilə, bu günün 17-20 yaşlı gəncinə dahi, ulu öndər kimi sırıya bilərlər. Bütün günü xain, oğru, alçaq bir hakimiyyət regionlarda Əliyev parkı açıb məktəblilərin beynini nağıllarla yuyur. Amma keçmiş nəsli aldatmaq mümkün deyil. Hamı gözəl bilir ki, Əliyevlər hakimiyyətdə olduqları müddət ərzində Ermənistanda demokratiya olub. İki nəfər illərlə Azərbaycan prezidenti postunu zəbt edib qaldıqları halda Ermənistanda indiyədək 4 prezident əvəzlənib. Azərbaycan hakimiyyəti isə indiyədək nə 20 yanvarın, nə də Qarabağın işğalının baiskarlarını, cinayətkar erməniləri cəzalandıra bilməyib. Ancaq hakimiyyətdə - torpaqların bir hissəsini satmaqla – qalıb öz dayaqlarını möhkəmlədiblər. İndi belə olan halda Paşinyan Heydər və İlham Əliyevlərdən yaxşı hesab edilirmi? Ata-bala Əliyevin bacarmadığını Paşinyan edə bilib.


197 بازدید
در حال ارسال اطلاعات...