Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2020

Trampın dediklərini “Əsrin “vozdux”u” adlandıranlardan Qarabağ mesajı

Psix, şizofren, qumarbaz Tramp, sionist rejimin qondarma baş naziri sionist Binyamin Netanyahu ilə xəyallar qurub adını “əsrin müqaviləsi” qoysalar da müqavimət cəbhəsi buna “əsrin vozduxu” deyir. Həmas hərəkatının spikeri Hazim Qasim onların mücahid fələstinliləri silahsızlaşdırma prosesini qəbul etməyib. Bəyanat yayaraq deyib ki, ABŞ və sionistlərin terrorçu kimi tanıtdırdığı silahlı insanlar özlərini müdafiə edən, vətənlərini qorumağa çalışan insanlardır. Onların qanı nahaq yerə tökülür, vətənləri sionistlər tərəfindən işğala məruz qalır. Onlar da öz canlarını, vətənlərini qorumaq naminə silaha sarılıblar.

Tramp iranlı general Qasim Süleymanini şəhid etməklə onsuz da batmaqda olan imicini bir az da zədələdi. Onun impiçment (prezidentlik səlahiyyətlərinin əlindən alınması) məsələsi onsuz da ABŞ siyasətçilərinin gündəmində duran məsələ idi. O, Qasim Süleymanini öldürməklə qəhrəman kimi tanınacağını, seviəlcəyini umurdu, amma Qasim Süleymaninin qanında boğulmaq üzrədir. Netanyahu da istintaqa cəlb olunmaq üzrədir. Hər ikisi Allahın hövl və qüvvəsiylə bu gün sabah layiq olduqları yerə girəcək.

Fələstinlilər ikinci dünya müharibəsindən sonra İsrail adlı qondarma rejim Fələstin torpaqlarında qondarılsa da, onlar məzlumcasına öz yurdlarından çıxarılsalar da və nəhayət dünya birliyi bu ədalətsizliyə hələ də dözsə də məzlum, eyni zamanda qəhrəman fələstin xalqı dözmür, hər fürsətdə, əlində olan bütün imkanatıyla mübarizə aparmağa çalışır.

Fələstinlilər nə qədər şəhid verir, övladları həlak olur, dərman, qida çatışmazlığından həlak olurlar amma buna baxmayaraq öz dirənişlərini hələ də davam etdirirlər. Hətta yayılan videolarda onların ən müasir şəkildə silahları, silahlı əsgərləri, zirehli texnikası qarşısında daş-kəsəklə sionistlərin fələstinlilər tərəfindən qovulduğunun şahidi oluruq.

Bu həmin Fələstin xalqıdır ki, İranın vasitəsiylə, öz qeyrətli övladlarının şücaəti sayəsində öz torpaqlarının işğalıyla barışmaq istəmir. İsrail sionistləri bu qondarma rejimi ərsəyə gətirdikləri gündən bu günə qədər qorxu içində yaşayırlar. Onların hər dəfə yeni seçilən hökümət adamları Fələstin ərazilərini qaytarmadıqca hər dəfə sionist əsgəri cəhənnəmlik olur, Livan Hizbullahı, Həmas təşkilatı və s. müqavimət hərəkatlarıyla müharibədə uduzub geri çəkilirlər. Bir sözlə desək Fələstin, Qüds bir sümük olub qalıb sionistlərin boğazında.

Azərbaycan isə təəssüf ki, bu gün “Əsrin müqaviləsi”ni bəyan edən ABŞ, sionist İsraillə dostluq etməsinə baxmayaraq hələ də Qarabağı işğaldan azad edə bilməmişdir. Əlbəttə, işğalçı ABŞ və İsrail sionistlərindən başqa bir işğalçı Ermənistana qarşı düşmənçilik gözləmək sadəlövhlükdür. Onlar nəinki Ermənistanla əlaqələrini kəsmir, üstəlik onlara maddi və hərbi yardımlar edirlər. Azərbaycan höküməti isə İrana qoşulsaydı ən azından fələstinlilər kimi daş-kəəsklə də olsa erməniləri qovub çıxarmışdılar. Təəssüf ki, Azərbaycanda buna maraq və həvəs yoxdur. Əksinə, hər zaman hansı ölkədə müqavimət göstərən mücahidlər varsa Azərbaycanda pantürklər və sionistlərin nökərləri olan məmurların təbliğatı sayəsində pis, xain, mənfur insan kimi təqdim edilir. Mücahidlərin, şəhadətin təbliği əvəzinə alçaq, şərəfsiz, əxlaqsız insanları efirə çıxarıb xalqın qeyrətini yumşaltmağa çalışırlar. Çünki Azərbaycanda 80 faiz də zalım, ermənidən betər bir ordunun işğalı altında qalmaqdadır.


241 بازدید
در حال ارسال اطلاعات...