Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2020

Qasim Süleymanini ləkələyən İsa Qəmbərə xalq sevgisiylə bağlı suallar

Qasim Süleymanini ləkələyən İsa Qəmbərə sual veririk: Deyirsiniz ki, Qasim Süleymani İran xalqının maraqlarına xidmət etməyib, haqqın, ədalətin, xeyirin tərəfində olmayıb. Baxın, sizin bir illik hakimiyyətinizin adamları ya xalqın dəstəyi ilə hakimiyyətə gəlmişdi, ya da əksinə, o zamanlar Ayaz Mütəllibovu devirib hakimiyyətdə oturmuşduz. Əgər desəniz ki, xalqın dəstəyi sayəsində hakimiyyətə gəlmişdik, onda sual veririk: bəs niyə xalqın dəstəyini bir polkovnikdən qorxub ayaqlar altına atdınız? Yoxsa əmin oldunuz ki, xalq sizi dəstəkləməyir? Yox əgər xalqın dəstəyi sayəsində hakimiyyətə gəlməmişdinizsə yenə sual veririk: niyə xalqın maraqlarına xidmət etməyib hakimiyyəti qəsb etdiniz. Lap deyək ki, qəsb etdiniz, bəs niyə başqalarını xalqa xidmət etməməkdə suçlayırsız?

İsa Qəmbər, nə İranda, nə də İrandan kənarda bir nəfər tapa bilməzsiniz ki, Qasim Süleymani haqqında “xain” sözü işlətsin. Amma bir araşdırmalar mərkəzinin rəhbəri kimi araşdırın görün sizə neçə nəfər “xain”, “satılmış” deyir? Dəfələrlə müxalifətdə parçalanmalar etdiyiniz, qoşulub ayrıldığınız halda pak, nəcabətli insan – Qasim Süleymani haqqında qarayaxmalar edirsiniz.

Qasim Süleymani kimi insanlar həm İranda həm də İrandan kənarda müsəlmanları himayə edən şəxs olub. Düşməndən nə inqilab vaxtı, nə İran İraq müharibəsi zamanı, nə də Livan, Əfqanistan, Suriya, İraq, Fələstinə ezam olunarkən heç zaman qorxmayıb. Ölümün gözünün içinə dik baxan insan olub. Siz isə bir illik hakimiyyətiniz zamanı ölkədə dərəbəyliyi hakim etməniz azmış kimi bir hərbçinin qiyamından qorxub dövləti zalım Əliyevin qucağına atıb xalqı bədbəxt etdiniz. Qasim Süleymani ABŞ-İsrail qarşısında kişi kimi dik durub əyilmədiyi halda, siz 2003-cü ildə İlham Əliyevə qalib gəlməyinizə baxmayaraq xalq Azadlıq meydanında döyüləndə gizləndiniz. Təsadüfi deyildir ki, məhz bu səbəblərdən dolayı sizi xalqı satan, rejimlə sazişə gedən, mübarizəni davam etdirməyən, müxalifəti parçalayan insan kimi qiymətləndirib ətrafınızdan dağılırlar. Özünüz xalqın maraqlarına xidmət etmədiyiniz halda Qasim Süleymanini belə bir çirkin işdə ittiham edirsiniz.


456 بازدید
در حال ارسال اطلاعات...