Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

İnsana qalan halal zəhmətlə qazandığıdır

Quran və iqtisadiyyat


Hər birimiz dəfələrlə eşitmişik ki, Quran insana həyat proqramı verən ilahi kitabdır. Ən üstün proqram olan Quranda həyatımızın bütün sahələri nəzərə alınıb. Ən cüzi nöqtələr nəzərdən qaçırılmayıb. Sual yaranır ki, inandığımız bu həqiqətə əməl edirikmi? Gündəlik həyatımızda Quranın yeri varmı?

Aydın olan budur ki, Quran həyatımız üçün ən lazımlı göstərişlər verir. Əgər Qurana əməl etsək iqtisadiyyatımızdakı problemlər həll olar.

Müxtəlif ölkələr və cəmiyyətlərdə müxtəlif qanunlar hakimdir. Bəzi dövlətlərdə şəxsi mülkiyyət toxunulmazdır. İnsanın zavodu, şirkəti, evi, maşını, bahalı əşyaları onun toxunulmaz mülkiyyətidir.

Amma Çin, Kuba kimi kommunist ölkələrdə xüsusi mülkiyyət qanuni sayılmır. Belə ölkələrdə vətəndaşın fabrik və zavod kimi qiymətli mülkü ola bilməz.

Mülkiyyətin bir növü də mənəvi mülkiyyətdir. Bir ad, bir əlamət, bir istehsal üsulu mülkiyyət sayıla bilər.

Islam hansı mülkiyyəti qəbul edir? İslamda qəbul olunan mülkiyyət forması az ölkələrdə mövcuddur. Quran təlimlərinə əsasən mülkiyyətin aşağıdakı növləri var:

1. İlahi mülkiyyət
Qurana görə varlıq aləmində nə varsa onun həqiqi sahibi Allahdır. Allah öz mülkündən insana nələrisə verə bilər. Quran buyurur ki, göylərdə və yerdə, onlar arasında olan nə varsa Allahın mülküdür.

2. Allah övliyalarının mülkiyyəti.
Allah özünü hər şeyin maliki, sahibi tanıtdırdıqdan sonra öz peyğəmbər və övliyalarına verdiyi mülkiyyətdən danışır. Allah bildirir ki, mülk sahibi olmağa peyğəmbər möminlərdən daha layiqlidir. Yəni Allahın rəsulu möminlərə onların özündən daha yaxındır.

3. Fərdi mülkiyyət
Allah əvvəlcə özünü, sonra övliyalarını mülk sahibi hesab etsə də fərdlərin də mülkiyyət hüququnu tanıyır. Insanların hüququ ilə bağlı dəqiq qanunlar təqdim edilir. Allah buyurur ki, iman gətirən insanlar bir-birlərinin malını qəsb etməsinlər. Amma bigünkü dünyada kapitalistlərin əldə topladığı hədsiz kapital Allahın fərd üçün nəzərdə tutduqu kapital deyil. Bugünkü dünyada kiçik bir qrup böyük sərvət toplayır, milyonlar aclıq içində yaşayır. Allah bu fərqi aradan qaldırmaq üçün xüms, zəkat, sədəqə, qərzülhəsənə kimi ödənişlər nəzərdə tutur. Islamda sələmçilik, möhtəkillik kimi işlər cinayət sayılır. Allah buyurur ki, qızıl-gümüş yığıb Allah yolunda xərcləməyənlər üçün əzab var.

Varlı adam yoxsul cəmiyyətin ağır vaxtında olanını toplayıb istifadəsiz saxlaya bilməz. Onun pulunun dövriyyədə olması zəruridir.

Insan varlı və ya yoxsul olduquna görə quranda nə təriflənir, nə də qınanır. Əsas məsələ sərvətin miqdarı yox, onu haradan qazanıb haraya xərcləməkdir. Allah insana tövsiə edir ki, Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et, axirəti unutma.

Islam iqtisadiyyatını qərb və şərq iqtisadiyyatından fərqləndirən budur ki, sərvətlər insanın səadəti yolunda xərclənməlidir. Məqsəd insanın kamala çatmasıdır. Bütün maddi imkanlar insanın tərbiyəsi xidmətində durmalıdır. Allah buyurur ki, var-dövlər, övladlar imtahan vasitəsidir.

Buyurulur ki, həqiqi sərvət i