Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2020

Trampın, Makronun, Consonun hansı xarici ölkələrdə Ayətullah Xamenei kimi orduları var?

İranda hər dəfə balaca ayaqlanma olanda İsrail-sionist mətbuatı şişirtdikcə şişirdir. Bir neçə yüz nəfər küçəyə çıxır, deyirlər İranda inqilab baş verib. Bu çıxanlar da hər dəfə iqtisadi bəhanələr, bahalaşma və s. bəhanələriylə meydana çıxıb vandallıqla məşğul olurlar. Yandırırlar, dağıdırlar, sökürlər, Ali Dini Lider əleyhinə şüarlar səsələndirirlər. Xarici başçılar da belə məqamlarda ölülər bu bir dəstə adamı İran xalqı kimi qələmə verməkdən ötrü. Əslində isə onalr bir para təxribatçıdır ki, sonuncu dəfə hətta İngiltərə səfiri də təxribat zamanı suçüstü ələ keçdi.

Bu cür vəziyyətlərdən sonra isə İranda inqilaba bağlı insanlar küçələrə, meydanlara axışır və inqilabla, Ayətullah Xameneiyə bağlı olduqlarını bəyan edirlər. Heç bir ölkədə belə bir vəziyyətlə rastlaşa bilməzsiniz. Hansı ölkənin generalı, inqilabçı generalı şəhid ediləndə milyonlar bayıra çıxır, etiraz edir, generalını qarşılayır?

Bu dəfə də belə ola bilər. Hər dəfə olduğu kimi bu dəfə də inqilabçı və vilayəti fəqihə, müctəhidə bağlı olan qüvvələrə meydanlara çıxıb inqilabı və inqilab rəhbərini dəstəklədiklərini bəyan edəcəklər. Tramp bu məqamda trampilindən yıxılan insandan betər travma alacaq. Hətta Allahın lütfüylə vaxt gələcək Buş, Obama kimi Tramp administrasiyası da tarixin zibilliklərinə gömüləcək, amma İran xalqı yenə meydanlara çıxacaq, inqilab rəhbərini və inqilabı dəstəkləyəcəklər.

Xaricilərin, Trampın, Makronun, Boris Consonun da qorxduğu məhz budur. Onları İranın inkişafı, nüvə məsələsi, müasir silahlar və raketlər narahat edirsə digər tərəfdən İranın müzəffər ordusu, şəhadət ruhiyyəli insanları, fədailəri, bəsic, ordu, SEPAH daha çox narahat edir.

Bütün bunlardan əlavə həm də bilirlər ki, Ayətullah Xameneinin digər müsəlman və hətta qeyri müsəlman ölkələrində müsəlmanlardan ibarət orduları vardır. Trampın, Makronun, Boris Consonun – bunların hansı birinin xarici ölkələrdə könüllü fədailərdən ibarət orduları vardır? Heç birinin. Çünki bunların heç birini pak, nəcib insan hesab etmirlər. Amma qəlbləri Allaha, İmam Zamana (ə.f) bağlı olan dünya müsəlmanları dünyanın hər yerində Ayətullah Xamenei, Ayətullah Sistani kimi insanların bir fətvasıyla meydanlara tökülür, ordu təşkil verə və müqaviməti dəstəkləyə bilirlər.


386 بازدید
در حال ارسال اطلاعات...