Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2020

Bu hesabla Azərbaycanda millət canlı ölüdür

Vətəndaşın “l” hərfi dövlətin yanında “r” hərfi deyilsə...

Azərbaycanda növbəti qəribə bir hadisə baş verib. Bir nəfər intihar edib. Amma qəribəlik bir nəfərin intihar etməsi deyil. Belə hallar çox baş verir. Qəribəsi budur ki, bu adam iş tapa bilmədiyindən, dostunun dediyinə görə siqaret, yol pulunu başqalarından almasından artıq bezib və canına qəsd edib. Mərhumun dostu deyir ki, o, bir çox iş yerinə müraciət etsə də rədd cavabı alıb. Əsil qəribəliksə burdadır. Deməli vətəndaş “r” hərfi düzgün tələffüz edə bilmədiyi üçün işə götürülməyib. (Çox zaman “r” hərfin tələffüz edə bilməyənlər “r” əvəzinə “l” deyir) Dostu isə yaxşı söz deyir. Deyir ki, bu insan əsgərliyə yararlı olub, o zaman deməyiblər ki, “r” hərfini düzgün tələffüz etmirsən, amma MAXE kimi işə götürməyiblər ki, “r” hərfini düzgün tələffüz etmirsən, bəs nəticədə məruzə etsən başa düşülməz.

Bu yerdə yadıma İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) bir mübarək sözü düşdü. O Həzrət (s) azançı Bilal azan oxuyanda “ş” hərfini “s” kimi tələffüz edirdisə də onu bu şərəfli peşədən, müəzzinlikdən çıxartmadı. Əksinə buyurdu ki, Bilalın “s” hərfi Allahın yanında “ş” hərfidir.

Amma bu gün dini dövlətdən ayıran zehniyyət, dini yaxın buraxmayıb, ruhanini, dindarı həbs edən zalım insanlar bir vətəndaşın “l” hərfini “r” kimi qəbul edə bilmirlər. Həmçinin Peyğəmbər (s) “bir nəfər fəryad etsə, fəryadına cavab verməyən bizdən deyil” məzmunlu çıxış etdiyi halda İslamı bəyənməyən “gavurlar” intihar edən bu vətəndaşı yada salmır, iş verməyənləri günahlandırmır, ibrət almırlar. Məgər burda qəbahətmi var? Nə olub məgər? Bütün günü deputatxanada gic-gic ağzına gələni danışan deputatlardan pisdirmi “r” hərfini tələffüz edə bilməmək? Bütün günü çıxış edərkən gülüş obyektinə çevrilən İlham Əliyevin çıxışlarından, Hacıbalanın, Metro Tağının, “Alabala” şirkətinin “sahibinin” sərsəmləmələrindən dahamı pisdir? Təbii ki, yox. Əsas məsələ odur ki, yetimin pulu, daydayı olmayıb. Çünki pulun hökmranlıq etdiyi, rüşvətin tüğyan etdiyi dövrdə belə şeylər bəhanədir. Daha gülüncü də elə budur ki, ölkədə dövlət səviyyəsində “r” hərfi “h”, “ü” hərfi “ö”, “ş”, “r” hərfi, “v” hərfi “m” hərfiylə əvəzlənib. Yəni rüşvət hörmət olub. Bu alçaqlıqdan danışın.

Deməli, belə çıxır ki, bu hesabla Azərbaycanda millət canlı ölüdür. Güclü ehtimalla beş qapıdan üçü işsiz-gücsüz adamdır. Yəni zalım anti-mülli ünsürlər bu xalqı faktiki olaraq intihar ipindən asıb. Hamımız canlı ölüyük.


193 بازدید
در حال ارسال اطلاعات...