Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2020

Bütün ABŞ prezidentləri, sionist başçıları Qasim Süleymaninin...

Dünyada özünü demokratiya, insan haqları himayədarı kimi göstərən, 40 il bundan öncə İran İslam İnqilabının öndərləri tərəfindən “böyük şeytan” adlandırılıb ifşa edilən ABŞ-ın xəstə, dəli, artist prezidenti Konqresdən icazə almadan əfsanəvi general, şəhadət təşnəsi olan Qasim Süleymaniyə qarşı terror əmri verdi. Bu hadisə o ərəfələrdə baş verdi ki, sionist başçısı Netanyahu istefa vermişdi, ABŞ prezidenti Tramp da impiçment edilmək üzrə idi. İran İslam Respublikası əleyhinə daha çox danışan bu iki insandan biri – Trampın siyasəti ABŞ-da pis gedirdi, Netanyahunun da ona olan daxili təzyiqlər nəticəsində istefa verdiyi xəbərlər yayılmışdı. Bunun müqabilində isə Qasim Süleymani təkcə İranda deyil, o cümlədən İraq, Livan, Suriya, Yəmən, Fələstində sevilən qəhrəmanlardan idi. Belə bir qəhrəmanın, aslanın ölümünə sevinən, təbrik deyən isə yalnız çaqqallar oldu.

ABŞ-ın, Trampın sülhpərvər olmadığını, gedər ayaqda fitnəkarlıq etmək istədiyini elə ordan bilmək olur ki, müharibə meydanında bata bilmədiyi qəhrəmana sivil bir şəkildə hücum nəticəsində şəhid etdi. Üstə gəl Qasim Süleymani ABŞ-ın da zahirən qarşı çıxdığı İŞİD qüvvələrini İraq, Suriya torpaqlarında məhv etmişdi. ABŞ isə zahirdə Qasim Süleymanini teror və terroristlə mübarizə apardığı üçün alqışlamalıydı. Terrora əl atması isə onun terrorçu xislətindən xəbər verir. Bu isə Trampın ölkəni, regionu müharibəyə, kim bilir, bəlkə də üçüncü dünya müharibəsinə sürükləməsinin anonsudur. Bütün dünya bilir ki, ABŞ indiyədək “hürən it” funksiyasını yerinə yetirib, İranın müdafiə etdiyi ölkələrə qurduğu koalisiyalar, İŞİD terror qruplaşmaları vasitəsilə də bata bilməyib. İranla müharibə isə hər kəsdən daha çox elə ABŞ-a sərf eləmir. Çünki Trampın dediyinin əksinə olaraq onlar həm İraq-İran müharibəsində həm də inqilab illərində şahı və Səddamı müdafiə etmələrinə baxmayaraq hər zaman məğlubiyyətə düçar olublar.

İran isə dövlət səviyyəsində bəyan etdi ki, bunun intiqamı ağır olacaq. İran intiqamını alacaq, şiddətli şəkildə. Çünki bu dövlət hələ indiki kimi güclənməzdən əvvəl, zəif vaxtlarında “Amerika heç bir qələt edə bilməz” deyən xalqdır. Bu xalq şəhid verə-verə güclənən xalqdır.

İran ABŞ-dan öz generalının intiqamını almağına alacaq, amma təkcə Tramp, Netanyahu deyil, bütün ABŞ prezidentləri, sionist başçıları Qasim Süleymaninin intiqamına görə öldürülsə belə yenə də azdır.


1083 بازدید
در حال ارسال اطلاعات...