Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2020

Ermənilərin və bizim “novıy qod” gecəsi küçələrə çıxmağımız

Biz bu xalqın, yəni xalqımızın qarın – şaxtanın kəsdiyi, küçələrin buz bağlayıb sürüşkən olduğu vaxtlarında da 31 dekabr gecəsi şəhərə çıxıb gecəni orda səhərlədiyini görmüşük. Bu o deməkdir ki, bu xalq kefindən qalmır, hər şəraitdə kef eləməyi, əylənməyi sevən xalqdır. Bəli, elə bizim xalqın deyimidir: aclıq olsun, kef olsun.

Bu dəfə də camaat gecənin bir aləmini al səhər eləmişdi. Sovetlərin bizə illərdir sırıdığı “xristian bayramını” öz dini təqvimindən, öz Peyğəmbərinin (s) ad günündən xəbərsiz bir formada illərdir qeyd edirik. Özü də necə? İçki, şampan, əxlaqsızlıq və s. Bəli, illərdir lənətə gəlmiş sovet hakimiyyəti və Əliyevlər zamanında öz dinindən, inancından, əxlaqından uzaq düşən bir xalqı şampan, araq, zina və s. günahlarla şeytana tərəf çəkmək su içməkdən asan bir işdir. Telekanalizasiyada da hər dəfə şablon sözlər: o gün olsun Şuşada bayram edək.

Bu dəfə isə canfəşanlıq, atəşfəşanlıq aqressiya, qaş-qabaq, söz-söhbətlə müşayət olundu. Artıq millətə bəlkə də görünməyən qüvvələr tərəfindən bəla gəlməkdədir. Bədbəxt millət bayramını da maşına yumruq vurmaq, qaş-qabaq tökmək və s. işlərlə qeyd edir. Videolara baxanda görürsən ki, İlham Əliyedən ilhamlanan “dubinkalar” vətəndaşın üstünə bozarır, bozarmış polisi “it” hesab edən vətəndaş onun üstünə qızarır, biri maşına yumruq vurur, biri deyir əlini sal aşağı...

Əlbəttə belə olasıydı, bu millət heç sanki torpaqlarının 20 faizi ermənilər və 80 faizi Əliyevlər tərəfindən işğal edilən xalq deyil. Bu adamları mitinqlərə çağırsanız bu cür gəlməzlər.
Onu da deyək ki, həmin gecə insanların çoxluğu nəticəsində heç maşınlar da düz-əməlli hərəkət edə bilmirdi. Halbuki mitinqdə bu cür şeyləri bəhanə gətirib mitinqi dağıdırlar. Bəhanələri bu olur ki, yol hərəkəti qaydası pozulur, elə həmin gün də pozulmuşdu. Bəhanə olur ki, insanların istirahətləri pozulur, elə həmin gün də pozulmuşdu.

İstirahətdən məqsəd isə Əliyevlər ailəsinin istirahətidir. Azərbaycanda polis bunun üçün var. Əliyevlərin istirahətini qorumaq üçün. Əgər belə olmasaydı bir-iki gün qabaqcadan Mehman Hüseynovu – dediyinə görə - polislər döyməz, Paster ləqəbli repçini “Paşabankı” tənqid etdiyi üçün həbs etməzdilər. Əgər bayramdırsa nə üçün onların bayramını “qara gətirirsiniz?” Deməli məlum olur ki, Azərbaycanda bayram deyərkən xəbis bir şəcərənin istirahəti və bayramı nəzərdə tutulur.

Ermənilər də bu ərəfə yamanca şadlıq ediblər. İllərlə olub ki, “novıy qodu” elə ermənilərlə rumka vuraraq keçiriblər. Onlar da sovet höküməti olublar və bu “bayram” onlarda da olub. Amma onlar üçün dırnaqarası bayram olmayıb. Çünki adamlar xristiandırlar, şampan içməyi də halal bilirlər, başqa hoqqadan çıxmağı da. Üstəlik Paşinyan Şuşaya gedib orda yallı da gedə bilər. Adam tamamilə haqlıdır, öz torpağı hesab etdiyi 20 faiz torpaqları alıb, orada fişəng atır, yallı gedir. İlham Əliyevin üzü qara olsun, Paşinyana nə var ki?


189 بازدید
در حال ارسال اطلاعات...