Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2020

Seçicilərin Arifoğlunun ətrafında toplaşmasının (?!) sirri budur ki...

TROL və GÖZƏGİRƏN Arifoğlu xalqın böyük əksəriyyətinin nifrət edib lənətlər yağdırdığı, pis-pis təhqirlərə layiq bildiyi zillət vəkillərinin sirkinə namizədlik verib. Neçə gündür ki, sosial şəbəkələrdə, tualet kağızını xatırladan qəzetində özünü, seçicilərini reklam edir. Bir tərəfdən də insanlar tərəfindən alçaldıcı sözlərə layiq görülür. Onu alçaldanlardan biri də Eldar Sabiroğludur. Bundan sonra Arifoğlu da tualet kağızı yerinə işlədilən qəzetinin TROL yığınını da səfərbər edib Eldar Sabiroğlunun üstünə, hərə bir yandan döşüyür. Əlbəttə bu TROLLARIN və GÖZƏGİRƏNLƏRİN Eldar Sabiroğlunu tənqid etməsində səmimiyyət görmürük. Düzdür, Eldar Sabiroğlunun əsgər ölümləri zamanı yalan-palan xəbərlər verməsi məlumdur. Ümumiyyətlə təkcə Sabiroğlunun deyil hakimiyyətdə olan hər kəsin, xüsusən hərbidə çalışanların, polsilərin bu xalqın, gənclərin məhv olmasında istisnasız rolu vardır. Daha geniş desək hazırda Əliyevlər hakimiyyətində çalışan hər kəs bu xəbis, alçaq hakimiyyətə kömək etdiyi üçün xalq düşməni elan edilməlidir. Amma TROLBAŞI ARİFOĞLU və onun GÖZƏGİRƏN dəstəsi Eldar Sabiroğlunu tənqid edərkən bir şeyi unudurlar. Məsələn, biz həmin məsələni unutmadığımız üçün Eldar Sabiroğluna olan tənqidlərimizi səmimi qəbul etmək olar. O da budur ki, biz Eldar Sabiroğlunun cinayətlərində birbaşa İlham Əliyevin payının olduğunu qeyd edirik, amma TROLBAŞI ARİFOĞLUNUN GÖZƏGİRƏN DƏSTƏSİ bunu dilə gətirmir. Nə üçün bu TROLLAR VƏ GÖZƏGİRƏNLƏR Əliyevin Eldar Sabiroğlunu cinayətlərinə görə həbs etməsini tələb etmirlər? Ona görə ki, bu məsələ qaldırılsa birbaşa Əliyevlər günahkar hesab ediləcəkdir. Çünki Səfər Əbiyev və onun bandası hərbidə İlham Əliyevin diktəsiylə hərəkət edirdilər. O cümlədən də Eldar Mahmudov, Akif Çovdarov, Hacı Məmmədov, Ramil Üsubov və s. də bu cürdür. Ona görə də TORLLAR VƏ GÖZƏGİRƏNLƏR İlham Əliyevi günahlar çıxara bilmirlər.

Gələk TROLBAŞI Arifoğlu məsələsinə. Adam sirk seçkilərinə hazırlaşır. Neçə gündür palaz-palaz şəkillər paylaşır, adamları da əldə kağız-kuğuz düşüblər “seçicilərin” canına. Gülməlisi bilirsinizmi nədir? Deməli, Arifoğlu da Sabiroğluna “cavab yazısı” yazanda deyib ki, paxıllıqdan ölürlər, mən isə ən böyük səsçoxluğu ilə qalib gələcəyəm. Yəni adam özünü indidən qalib hesab edir. Özü də 2005-ci ildə efirdə İlham Əliyevi təhqir edərkən düşdüyü ab-hava onda indi müşahidə edilmir. O zamanlar deputat seçkilərində özünü yaman “cırırdı”, indi isə rahat bir şəkildə deyir ki, mən böyük səsçoxluğu ilə qalib gələcəyəm. Biz isə deyirik; Səni Allah vurmuşdu ki, sən GÖZƏGİRƏNLİK etmədən gedib sirkdə otura bilərdin. Sən özünü “cırdığın” vaxtlarda, arxanda İsa Qəmbər və onun tərəfdarları olduğu bir zamanda zalım rejim səni seçilməyə qoymadı, indi sən satılamasaydın, vicdanını bir kresloya, bir andıra qalmış ada satmasyadın, indi gedib sirkdə otura bilərdin?

Seçicilərə gəldikdə isə Azərbaycanda seçicilərin olması hər şey demək deyil. Çünki 2005-də də Arifoğlunun seçiciləri varıydı. Amma onu İlham Əliyev seçmədisə bütün seçicilərin səsi “vozduxdur.” İndi isə İlham Əliyevin Arifoğlunu seçməsi 99 faiz ehtimal edilir. Seçicilər də buna ümid etdiyi üçün Arifoğluna yaxınlaşır, dərdlərini deyir və ona səs vermək istəyirlər. Belə də olmalıydı, yoxsa dərdlərini gedib Əli Kərimliyə danışmayacaqdılar ki. Çünki bilirlər ki, Kərimli TROL deyil, İlham Əliyev onun seçilməsinə maneə törədəcək. Amma Arifoğlu XALİS TROL olduğu üçün camaat bilir ki, seçiləcək ona görə də dərdlərini ona demək üçün ona yaxınlaşırlar.


236 بازدید
در حال ارسال اطلاعات...