Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2019

Mehman Hüseynov kimi Arifoğlu xəyal qırıqlığına uğramayacaq

Sirkin monitorlarından görünən “xoruzun quyruğu”, yaxud Əli Həsənovun çənəsinin namizədliyi

YAP-ın analoqu olmayan yarıtmaz siyasəti nəticəsində Bələdiyyə seçkiləri ilə sirk- zoopark seçkiləri təqribən ölkəmizdə bir-birinin qabırğasına girməkdədir. YAP özü belə bir şərait yaradıb ki, məsələn Mehman Hüsyenov kimi insanlar Bələdiyyə seçkilərinə namizədlik vermək istədiyi halda çaş-baş qalsınlar, nə etmək istədiklərini bilməsinlər. Bələdiyyə ilə Parlament arasında haça-paça qalsınlar. Amma buna baxmayaraq Mehman özünü itirməyib, indiyədək sirk, zoopark adlarına layiq görülən deputatxanaya həqiqi Parlament, Milli Məclis rəngi qatmağa çalışır. Təbii ki, Mehman da xəyal qırıqlığına uğrayıb. O da İlham Əliyevin “islahatlarına” deyəsən bir balaca – türklər demişkən – özünü “qapdırıb”, bu hiyləni “gözündə yamanca böyütmüşdü.” Beləliklə də “xəyal qırıqlığı”na uğradı. Məlum oldu ki, nə xəyallarla seçkiyə gedən Mehmanı heç Qaraçuxurluların da tanımadığı bir insana uduzdurublar. (Corc adlı bu insana Qaraçuxur sakinləri gah Corc Vaşinqton, gah Corc Buş deyirdilər) Doğrudan da həmin məntəqədə Mehmanın sevildiyini deyənlər, 95 faiz qələbə qazanacağını umanlar varıydı. Çünki o bütün Respublika üzrə tanınır, sevilir, vətənin düz sözü deyən oğullarından hesab edilir. Amma saxtakarlıq, şərəfsizlik, vicdansızlıq bu dəfə də oldu. Odur ki, Mehman aldanmamalı, seçkiləri boykot etməliydi. Çünki yalan, hiylə, xəyanət, saxtakarlıq Əliyevlərin damarlarında dövran edən qandır.

Gələk sikr seçkilərinə. Taleh Şahsuvarlı adlı yarı axundovçu, yarı mirzəcəlilçi, yarı ateis, yarı köşəyazarı, TAM OLARAQ GÖZƏGİRƏN bir trol var ki, Əli Həsənovun “Çənəsi” olan Arifoğlu haqqında “Rauf Arifoğlunun labüd qələbəsi” adlı cızma-qara edib. Əslində sual oluna bilər ki, Taleh Şahsuvarlının Arifoğluya nə dəxli? Heç bir dəxli yoxdur əslində, sadəcə 2015-dən bu yana GÖZƏGİRƏNLİK VƏ TROLLUQ yolunu tutmuş Arifoğlunun bu yoldan bəhrənləndiyini yaxşı görüb, özü də bir neçə ildən bəridir TROLLUĞA BAŞLAMIŞ TALEH ŞAHSUVARLI gələcəkdə sirkdə Arifoğlunun yerini almaq istəyir. O vaxta qədər də onun qəzetində ya başqa qəzetlərdə cızma-qara edib qonarar, sonra da ev ala bilər.
O yazır ki, Arifoğlu 35 saylı Xətai 3-cü Seçki Dairəsindən namizədlik verib. Bəli, 2005-də deputatlığa namizədlik verib İlham Əliyevi asıb-kəsən Arifoğlu, bu dəfə həmin obyektə girmək üçün namizədlik verib. “Xoruzun quyruğu” artıq görünüb. Hamı bəlli idi ki, Arifoğlu bu YALAQLIQLARINI, GÖZƏGİRƏNLİKLƏRİNİ hakimiyyətə ona görə edir ki, gedib deputatxanada otursun. Deməli indiyədək “xalqa görə yazırıq, cızırıq, pozuruq” dedikləri yalan imiş. Həm də indiyədək deyirdi ki, müxalifətdən ona görə ayrılıb ki, müxalifət bir-birinin ətini didir, yola getmirlər. Biz də dəfələrlə yazıb ona bildirirdik ki, müxlaifət belədirsə sən sinəni ver qabağa, bir iş gör, daha gedib ƏLİYEVLƏRƏ GÖZƏGİRƏNLİK etmək nəyə lazımdır? İndi isə tam olaraq məsələ aydındır. O, istəyir ki, bundan sonra sirkin monitorlarında Əli Həsənovun “çənəsi” görünsün.

Amma Arifoğlu Mehman kimi xəyal qırıqlığına uğramayacaq, sirkə təyin olunacaq. Çünki Əliyevlərin “islahatlarına” və sirkinə elə Arifoğlu kimi insanalr yaraşar. Zatən belə olmasaydı şaşardıq. Belə də deyə bilərik ki, Mehmanın seçilməməsi elə Arifoğlunun seçiləcəyinə bir dəlildir. Yaxud da Arifoğlunun namizədlik verməsi elə Mehmanın seçilməməsi anlamındadır.


232 بازدید
در حال ارسال اطلاعات...