Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2019

Sirkin buraxılması şousuna inananlar

Və ya Elşən Musayev niyə “Müsavat” qəzetində Arifoğlunu təhqir edir

Əli Həsənovun “çənəsi” Arifoğlunun qəzetində Nazim Sabiroğlu, şampunçik Elşad Məmmədli kimi GÖZƏGİRƏNLƏR özlərini sirkin buraxılmasına – türklər demişkən – yaman qapdırıblar. Bunun məntiqi davamı olaraq Arifoğludan yaxşı qonarar qapan, bundan daha mühümü hakimiyyətdən ev qapmaq sevdasıyla yaşayan bu TROLLAR üçün GÖZƏGİRƏNLİK su içməkdən daha asan bir şeydir.

Onları başa düşürəm, bütün inandıqlarıma and içərəm ki, özləri də sirkin buraxılmasını şou hesab edirlər, amma bədbəxtlər nə etsinlər ki, yaltaqlıq bu cür şeydir. Müxalifəti söyməklə ciblərinə heç olmasa beş-on manat pul girir. Güya iqtidar əleyhinə danışıb nə qələt edəcəkdilər ki? Bunlar məgər Əli Kərimli, Hacı Tale, Tofiq Yaqublu kimi şir ürəyi yeyən adamlardı? Bunların hamısı iqtidarın “dovşan ol” komandasını dünəndən qəbul edib mütilik edən ünsürlərdir.

“Müsavat” qəzeti son zamanlar millətə vəkillik etmək əvəzinə sirkdə zillət vəkilliyi edən Elşən Musayevə də yaman tribuna verir. Bu dəfə isə Elşən Musayev Arifoğlunu başqa yerdə yox, elə özünün “tualet kağızı” yerinə istifadə edilməyə başlayan qəzetində təhqir edib. İnanmıram ki, Arifoğlunun bundan xəbəri yoxdur. Xəbəri var, sadəcə neyləsin, bir dəfə TROLLUQ elədinsə dalı gələcək.

Deməli, Elşən Musayev – bu artist də gözəl bilir ki, oturduğu sirkin buraxılması bir oyundur. Özü YAP-dan namizədlik verməmişdi. (Özünün partiyasında bir nəfər üzv var o da özüdür) Amma YAP zillət vəkillərindən daha çox yapistdir. Özü də gözəl bilir ki, hələ onun kimi zillət vəkilləri İlham Əliyevin “islahatları”na zidd bir addım atmağa cürəti çatmadığı halda YAP zillət vəkilləri belə bir addımı necə ata bilərlər. Bütün bunları bildiyi halda yenə də susur. Əliyev bunları əməlli-başlı inandırıb ki, ölkədə islahat gedir. Bunlar da arvadağa olduqları üçün hünərləri yoxdur ki, onun əleyhin nəsə desinlər. Gücləri ancaq Əli Kərimliyə “çatır”.

Gələk Elşən Musayevin Arifoğlunun tualet kağızını xatırladan qəzetində Əli Həsənovun çənəsini təhqir etdiyi məqama. Deməli, sirkin – indi olmasın – keçmiş zillət vəkili (çünki adam İlham Əliyevin “islahatlarına” uyğun addım atmadığı üçün Əliyev onu buraxıb) Elşən Musayevin son olaraq həmin qəzetdə “Niyə belə əsəbisən ay qız” adlı bir məqaləsi çap olunub. Məqaləni güya “kişiliyinə”, “mərdliyinə” həsəd apardığı və həsrət çəkdiyi bir xanım müxalifətçinin tənqidinə sərf etdiyi halda ilk cümlələrini Arifoğluya, yəni onun təhqirinə həsr edib. Ürəyinizi bulandırmamaq üçün (çünki mən oxudum ürəyim bulandı) konkret yazım ki, məqalənin əvvəlində yazır ki, 2005-ci ilin deputatxana seçkiləri ərəfəsi idi. Deməli, müxalifətçilərdən biri canlı efirə çıxmaq ərəfəsində ona zəng gəlir. Küpəgirən arvadlar kimi onun-bunun söhbətinə utanmadan qulaq asmaq, arvadağızlıq edib siyasətçi də olsa bir xanıma qarşı ədəbsizlik etmək tərbiyəsinə malik olan Elşən deyir ki, qulaq asıb gördüm ki, telefonda biri müxalifətçiyə deyir ki, qorxma, gördün həyəcanlanırsan qışqır-bağır, həyəcanını dağıt, əl-qolla danış, tənqid elə, kəskin çıxış elə və s. və i.a. Daha sonra deyir: “deməli, bunların həyat fəlsəfəsi budur.” İndi deyərsiniz ki, bunun Arifoğluya nə dəxli? Dəxli odur ki, nə həyatdan, nə də fəlsəfədən qandığı qrafa olmayan Elşən Musayev sözünü etdiyi həmin 2005 seçkilərində Arifoğlu da həmin müxalifətçilərdən biri idi. Onun da Əliyev əleyhinə kəskin çıxışları, təhqirləri arxivdə vardır. Elşən isə “bunların” deməklə cəm halında danışırsa deməli bu daş həm də Arifoğlunun TROLLUQ sayəsində düzəltdiyi dəbdəbəli ofisinə atılmış olur. Bəli, bu da bunların həyat fəlsəfəsidir.

Arifoğlunun satılıb puldan ötrü cinah dəyişməsini bilirik, heç olmasa Musayev kimi debillərə öz qəzetində onu aşağılamaq üçün fürsət verməsin.


378 بازدید
در حال ارسال اطلاعات...