Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2019

Deputatxananın buraxılmasıyla bağlı böyük yalan

Deputat seçkilərinə hələ bir il varkən növbədənkənar seçki olacaq. Belə ki, deputatxana özünü buraxır. Əlbəttə, hamıya bəllidir ki, deputatxana özünü buraxa bilməz. Çünki ora deputatlar təyin edilib, orda bir nəfərin “duxu” çatmaz ki, müstəqil bir fikir bildirsin, yaxud bir nəfər xalq içindən seçilən bir adam gedib orada otursun. Deputatxana bir bazardır, zillət vəkilləri ora yığılmazdan öncə illərini sərf edib TROLLUQ, GÖZƏGİRƏNLİK etməli, quzu balası olub yuxarıların əmrlərinə “ləbbeyk” deməli və bu şəraitdə gedib orada oturmalıdır.

Hakim Yeni Azərbaycan Partiyası güya deputatxanaya təklif verib ki, özlərini buraxsınlar. Səbəb olaraq da bunu göstərirlər ki, güya ki, deputatxana prezidentin islahatlarıyla ayaqlaşa bilmir. Söhbət hansı islahatdan gedir? Bu məlum deyil. Bəli, son olaraq qoca qurdları, siyasətdə qartımış bir iki rüşvətxor məmuru işdən kənarlaşdırıblar. O da xalqın aksiyalarda təzyiq və təpkisini görəndən sonra. İndi güya həmin işi deputatxanada da tətbiq etmək istəyirlər.

Bu hoqqanın arxasında nə durur, hələ ki, dəqiq məlum deyil. Hakimiyyətin ailədaxili ötürülməsi, Malta hadisələri səbəb kimi göstərilə bilər. Amma doğrusunu Allah bilir. Ən əsası odur ki, hakimiyyət, şəxsən İlham Əliyevin aksiyalardan sonra gözünə bir qram yuxu getmir, xalqın get-gedə qəzəblənib onu ölkədən qovmasını ehtimal edir.

Gələk yalanın sübutuna. Bəli, deputatxananın buraxılmasının prezidentin islahatlarıyla uyuşa bilməməsi yalan söhbətdir. Dəlillərimiz vardır.

Birincisi, hansı islahatdan söz gedə bilər? Məgər ölkədə islahat varmı?
İkincisi, əgər belədirsə dörd il gözləyən bir hakimiyyət bir il də gözləyərdi, növbəti seçkilərdə zillət vəkillərini dəyişərdi. Nə üçün növbədənkənar seçkiyə gedilir? İstəyirlər xalqın gözündən pərdə asıb desinlər ki, baxın ey xalq, sənə görə sənin qayğına qalmayanları atırıq gedir. Amma xalq buna inanmır.
Üçüncüsü, hamıya məlumdur ki, deputatxanadakı 125 deputatın – bildiyimiz qədəriylə - 68-i YAP deputatıdır. Çünki qanuna görə deputatxanadakı zillət vəkillərinin əksəriyyətinin deputatxananı buraxmasıyla (çoxluq olduqları üçün) deputatxana buraxılmalıdır. İndi sual olunur: məgər bu 68 deputat Yap deputatları deyilmi? YAP deputatıdır. Bəs necə olur ki, YAP deputatı prezidentə “islahatlarda” maneə olur. Həqiqət isə budur ki, nəinki YAP deputatları, ümumiyyətlə orada oturan digər deputatlar da qulbeçədirlər, hədləri nədir ki, prezidentin islahatına maneə olsunlar. Bəli, əvvəl orada İqbal Ağazadə kimi deputatlar oturub sözlərini yedirdirdilər. Amma indi YAP-dan olmayan deputatlar YAP deputatlarından beşbetər yaltaqdır. Məsələn, Zahid Oruc, Araz Əlizadə, Fərəc Quliyev, Qüdrət, Fazil Qəzənfər kimi adamlar qulbeçələrdir, onlar zatən TROLLUQ, GÖZƏGİRƏNLİK üçün orada oturublar. Onlar prezidentə mane ola bilərdilər?

Dördüncüsü, Azərbaycanda ümumiyyətlə deputatxana müstəqil fəaliyyət göstərmir. Zaman-zaman sirk, zoopark adlarına layiq görülən deputatxana rüşvət ocağıdır, ora rüşvət verən TROLLAR təyin edilir. Deməli, YAP-ın belə bir təşəbbüsü də boş söhbətdir. Birbaşa prezidentin diktəsiylə bu iş baş verib.
Bir nüansı da qeyd edək. Hakimiyyətin ailədaxili ötürülməsi baş verə bilər, bu ehtimal ediləndir. Üstəlik Əli Əhmmədov deyir ki, bu dəfə deputatxanada cavanlar təmsil olunacaq. Cavanlaşma prosesi ilə İlham Əliyev həm də oğlunun yolunu açır. Gələn seçkilərdə Heydərin də namizədliyini görə bilərik. Yoxsa Əli Əhmədov hardan bilir ki, cavanlar deputatxanada olacaq. Bəlkə heç cavanlar namizədlik vermədi. Bəlkə verəndə seçilmədi. Amma özləri də bilirlər ki, ora təyinatla gəlib otururlar.

Hər halda çox yaxşı olub ki, hakimiyyət özü etiraf edir ki, deputatxana prezidentin “islahatlarıyla” ayaqlaşa bilmir. Halbuki indiyədək deyirdilər ölkədə islahat var, hər şey yaxşıdır. Bu da bunların böyük yalanlarından biridir. 26 ildir xalqa yalanlar danışan bir rejimin bu işinin də yalan olması qətidir.

Allahın isə öz planı və proqramı vardır. Müsəlman, inanclı xalqın əliylə bu ailə kökündən qazılmalıdır. Elə qazılmalıdır ki, tarix olmağa belə ləyaqətləri çatmasın.


228 بازدید
در حال ارسال اطلاعات...