Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2019

Eldar Mahmudovun “qışqırtdığı” metro Tağının cızıldamalarının yalan olması ordan bilinir ki...

Azərbaycanda məmurların, nazirlərin, deputatxanada təyinatla oturanların 99 faizinin bandit, oliqarx, manapolist, oğru, korrupsioner, yaltaq, xalqı talayan saxtakar olmaları hamıya məlumdur. Bunun sübutu üçün saysız-hesabsız məmurların tutulması, zibillərinin ortalığa çıxması, qaçması və s. faktlar gün kimi ortada olmasaydı belə onların yaramaz hakimiyyətdə təmsil olunmalarının özü bir sübutdur.

Bu yaxınlarda öz kobudluğu, ədəbsizliyi ilə yaddaşlarda qalan metro Tağı yenə Eldar Mahmudov haqqında danışmağa başlayıb. Azərbaycan hakimiyyəti o qədər rəzil, mənəviyyatsız insanlardan ibarətdir ki, Eldar Mahmudov kimi xain, cinayətkar bir adam nə qədər ki, vəzifədə qalıb məmurları soyub talayırdı heç kim ona güldən artıq söz deyə bilmirdi. Hətta jurnalistlərə “sən burdan cızıldayırsan, o da ordan” deyən metro Tağı belə Eldar Mahmudovun qabağında dəyirmanda buğda üyüdürdü. Eldar vurulan, ev tustağı edilən kimi Zahid Oruc kimi metro Tağı da başladı onun əleyhinə danışmağa. Halbuki Zahid Oruc kimi dövlət düşmənləri (əgər dediyinə görə Eldarın zibillərindən məlumatlı idi və dövləti xəbərdar etmirdisə) kimi metro Tağı - xalqı soyub soğana çevirən, metronu mayka-tursik bazarlarına çevirən bu insan da Eldarın hazırda ev dustağı edildiyi bir vaxt cızıldamağa başlayıb.

Axı Eldar Akif Çovdarovun əliylə metro Tağıdan 3 milyon almışdı. Güya bu Tağı da 40 ildir topladığı maaşı, yəni 3 milyonu qorxusundan Eldara vermişdi. Təbii ki, adam məhkəmədə bu cür yalandan danışır. Çünki hesablama aparıb metro Tağıya sübut eləmişdilər ki, o, hətta 40-50 il yeyib-içmədən, paltar almadan belə maaşını yığsaydı 3 milyonu düzəldib verə bilməzdi. Adam o qədər rəzildir ki, heç fikirləşməyib ki, qayıdıb mənə sual verərlər ki, əgər sən 40 ildir işləyib yemədən – içmədən bu maaşı toplamışdınsa bəs onda vaqon boyda olan bədənini nəyi hesabına ətləndirmisən?

Tağı özünə haqq qazandırmaq üçün deyir ki, güya oğlunu Eldar çağırıb dindirəcəkdi, oğlu da xəstə olduğu üçün ürəyi dözməyə bilərdi. Amma onun oğlu əgər bu həddə xəstə olsaydı ümumiyyətlə Eldar (hər nə qədər quldur, soyğunçu olsa da) belə bir riskə getməzdi. Bu, Tağının yalanının bir parçasıdır.
Yalanının başqa bir hissəsi isə ondan ibarətdir ki, adam deyir ki, oğlu məhkəmə hakimidir. İndi Allah bilir hər şeyin, hətta məhkəmələrin belə rüşvətlə işlədiyi Azərbaycanda metro Tağı nə qədər rüşvət verib oğlunu hakim təyin etdirib. Üçüncü yalan ondan ibarətdir ki, metro Tağı heç də özü “süddən çıxmış ağ qaşıq” deyil. MTN ortaya çıxartmışdı ki, hər 4 jetondan birinin pulu Tağının cibinə gedirmiş. Təsəvvür edin ki, özünü saf adam, namusla vətənə xidmət edən bir məmur hesab edən Tağının doğrudan da xalq, prezident qarşısında başı aşağı olmasaydı o Eldara pul verməz, prezidentə məlumat verərdi. Beləliklə də həm prezidentin, həm də xalqın gözündə hörməti birə min artardı. Özünün gözükölgəli adam olması səbəbiylə bütün bunları etməyib. Yalanının bəlkə də ən “ləzzətli yeri” onun Eldarın tutulmamasını güya prezidentin qərarı olması kimi qiymətləndirməsidir. Amam deyilənlərə görə Eldar hətta prezident ailəsini dinləmişdi. Allah bilir ki, təkcə metro Tağı deyil, ondan yuxarıların da nə qələtləri var ki, Eldara heç nə edə bilmirlər. Bunu isə metro Tağı gizlətməklə bərabər özünün şəffaflığından dəm vurur. Elə bilir ki, xalqı öz saçma-sapan sözləriylə aldada biləcək.

Əslində isə Eldar-Akif cütyülü Azərbaycan xalqına qan udduran, xain, oğru məmur-nazir tayfasının qənimi kəsilmişdi. Onlar xalqı soyurdu, Eldar-Akfi cütlüyü də onları.


217 بازدید
در حال ارسال اطلاعات...