Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2019

Paşinyan demişkən, Azərbaycan höküməti nəyin danışıqlarını aparır?

Bildiyiniz kimi bu yaxınlarda aksiyalarda şəhid analarını, azərbaycanlı xanımları polislərlə əlbir olub sürüyən, müxalifətçiləri, etirazçı xalqı təhqir edib aksiyalarda təxribatçılıq edən, üstə gəl cinayətkar olduğu bilinən Ata Abdullayev xarici ölkələrin birində Ermənistan baş naziri Paşinyana sual vermək istəyərkən yalvarmağa başlayıb. Bunun özü bir sualdır ki, etirazçı xalq və müxalifət liderləriylə kobud danışmaq, təhqir etmək üçün göndərilən bu adam niyə erməni rəhbərinə yalvarır, qabağında ağlayırdı. Özü də Paşinyana yalvarıb deyirdi ki, siz zəmanət verirsiniz ki, mən burdan (sual verdiyi erməni kilsəsindən) çıxıb gedə biləcəyəm? Adam o qədər özünü itirmişdi ki, Avropa ölkəsində özünü amanda hiss eləmirdi. Çünki ermənilərin əhatəsində, onların kilsəsində onların baş naziriylə danışırdı. Əslində bu onda bir kompleks idi. Çünki özünün də polis kimi iştirak etdiyi, yəni polislərə xalqı sürüməkdə kömək etdiyi aksiyalarda polisin əlinə düşənin əlindən çıxmaq kimi bi imkanın olmadığını gözəl bilir. Bir də uşaqlıqdan ermənilərin qaniçən olduğunu bilir. Deməli belə çıxır ki, elə özləri də erməni kimi bir zaddılar. Amma onun sağ-salamat ermənilərin arasında çıxıb getməsi bir daha göstərdi ki, özünün də dediyi kimi Paşinyan demokrat adamdır. Təbii ki, Paşinyan bu vəziyyətdən çox yaxşı da istifadə etdi. Orada özünü bir az da demokrat kimi göstərməyə çalışdı. Halbuki hələ də nə işğal olunmuş əraziləri boşaltmır, nə də Xocalıda azyaşlılara işgəncə verən caniləri, Sarkisyanları, Zori Balayanları məhkəmə önünə çıxartmır.

Ermənilər də dinc oturmadı, Ata Abdullayev haqda internetdə axtarıb şəhid analarını necə sürüdüyünü tapıb yaydılar və dedilər ki, bu cür adamlar demorkatiyadan, vətəndən danışa bilməzlər.
Bu biabırçılığın dozası o qədər yüksək idi ki, dövlətin yuxarı postları da “biz belə bir adam tanımırıq” dedilər.
Ondan əvvəl isə Bəxtiyar Hacıyev adlı gənc fəal Paşinyanın önünə başqa bir Avropa ölkəsində çıxıb ondan nə üçün BMT qətnamələrinə baxmayaraq Qarabağı qaytarmadıqlarını soruşmuşdu. Açığı Paşinyanın orada dediyi bir cümləni bizim camaat da aksiyalarda deyir. Amma qulaq asan kimdir? Öz qulaqlarını asmamaqları azmış kimi hələ bir etirazçı xalqın ağzını yumur, dilini kəsir, həbs də edirlər.

Paşinyan isə əslində Azərbaycan hökümətinə belə bir sual verdi: Əgər BMT qətnamə qəbul edibsə Azərbaycan höküməti nəyin danışıqlarını aparır? Burada əslində ikibaşlı söz başa düşmək olur. Birincisi odur ki, Azərbaycanda belə çıxır ki, illərdir yalandan BMT-nin qətnamələri haqqında danışırlar. Adama doğrudan da sual verərlər ki, əgər belə bir qətnamə varsa nəyin danışıqları aparılır. Nə üçün illərdir erməni və Azərbaycan başçıları görüşür, deyib gülür, Soçidə xizək sürür, bir-birinin üzünə gülürlər?

Bundan daha önəmlisi ikinci ehtimaldır. Sanki Paşinyan özü deyir ki, qardaş, əgər BMT qətnaməsi varsa niyə hücum edib torpaqlarınızı almırsınız. Hə, burada məlum olur ki, bizim öz aramızda da torpaq almaq kimi bir həvəsi olan yoxdur. Çünki Azərbaycanda məmur ordusunun 99 faizi rüşvətxor, xalqı soyan, ailə biznesi ilə məşğul olan insanlardan ibarətdir. Parlamentdə oturan zillət vəkillərinin də 99 faizi onlardan betərdir. Bu cür harınlamış, oğru, rüşvətxor, öz şəxsi ambissiyalarını xalqın ambissiyalarından üstün tutan məxluqlarla Qarabağı nəinki almaq olmaz, üstəlik əgər müharibə başlasa olan-qalan yurd torpaqlarını da ermənilərə verib əl çəkərlər. Tak şto biz Paşinyanın qabağına çıxmamışdan əvvəl gərək öz paşinyanlarımıza bu sualı ünvanlayaq! Amma hörmətli Bəxtiyar Hacıyevi də qınamaq olmur. Çünki öz paşinyanlarımız erməni Paşinyan qədər demokrat deyil ki, onların önünə çıxa bilək.


250 بازدید
در حال ارسال اطلاعات...