Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2019

Rejimi qorxudub, xalqı ümidləndirmisiniz. Camaatın hiddətini söndürməyin!

Milli Şura növbəti mitinqi keçirməyi planlaşdırır. İcazə verilməyəcəyi, tərslik ediləcəyi təqdirdə mitinqi şəhərin mərkəzində keçirməyi planlaşdırdılar. Bu isə müxalifət lideri Əli Kərimlinin fikriydi. Təəssüf ki, hökümət mitinqə icazə verdi. Ona görə təəssüf ki, mitinqin “Məhsul” stadionunda keçirilməsi şəhərdə keçirildiyi qədər effektli olmur. Rejim də təbii ki, özünə sərf edən, az zərər verən mitinqə razılıq verəcəkdi. Yoxsa indiyədək icazə vermədiyi kimi bu dəfə də icazə verməyə bilərdi.

Şəhərin mərkəzi küçələrində, 28 may metrosunda mitinq keçirməyin bir sıra faydaları vardır ki, bunu stadion mitinqində görmək olmur.
Düzdür ki, stadiondakı mitinq hökümət tərəfindən icazə verilən mitinqdir, burada tutulmaq, həbs edilmək icazəsiz mitinqə baxanda az olur. Amma rejim onsuz da stadiona gələn insanları hədələyir, kameraya düşəndə polis bölməsinə çağırıb qorxudur. Yəni özü öz qərarına hörmətlə yanaşmır. Üstəlik, süni maneələr çıxarır, rayonlardan paytaxta girişin qarşısını alır, texniki nöqsanlar, maneələr yaradır.

Şəhərin mərkəzi küçələrində olan aksiyaların bir faydası budur ki, bura ümumi insanların gəlib-getdiyi məkanlardır. Oradan keçən bəzi vətəndaşlar aksiyaya qoşulmaq həvəsi olmasa belə polis zorakılığını görüb hiddətlənir. İstər-istəməz etiraz edir. Buradakı insanlar “hamı etiraza gəlir, fürsətdir mən də etiraz edim” deyib etirazçılara qoşulur. Buraya baxmağa gələn insan olanda belə onlar aksiya iştirakçılarının sayını çox göstərir. Şəhərin mərkəzindəki aksiyaların bir faydası da budur ki, stadiona gələn bəzi insanlar özünü müxalifətin “tırkasına” getmiş insan hesab edir, amma küçələrdə olan aksiyalar azad, xalq aksiyası təsiri bağışlayır.

Hörmətli aksiya təşkilatçıları, Milli Şura üzvləri, onsuz da rejimi qorxuya salmısınız, xalq da hiddətlənib, artıq meydanlara tökülürlər, stadion mitinqləri isə xalqın hiddətini söndürə bilər.


367 بازدید
در حال ارسال اطلاعات...