Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2019

Xalqın oyanışından qorxan Əliyev gündəmi dəyişmək üçün qoca məmur qovur

Əliyev hakimiyyəti XALQIN OYANIŞINDAN qorxduğu üçün bir-iki qoca məmuru güdaza verir, bununla da həm nəzərləri mitinqdən, həm mitinq iştirakçılarının döyülməsi kimi bir vəhşilikdən yayındırmağa çalışır, həm də güya qoca məmurları atıb cavanlarla işləmək istədiyini deməyə çalışır. Hamısı gözdən pərdə asmaq üçündür. Zatən bu yaramaz hakimiyyətdə Ramiz Mehdiyev, Hadı Rəcəbli, Əli Həsənov və s. yaramaz məmurlar qocadır. Bu hökümət qocalar evidir.

Əliyevin köhnə xasiyyətidir, məmurlara quduzlaşmaq əmri verib xalqın canına salır, sonra onları qovmaqla özünə “hörmət” qazanmağa çalışır. Utanmazcasına da xalqa sırımağa çalışırlar ki, güya bunlar özləri istefa verib. Abutalıbov və Həsənov kimdi ki, durub istefa da versinlər? Əliyev utanmadan onu da deyir ki, artıq cavanlarla işləmək lazımdır, digər yaşlı məmurlar da bundan ibrət almalıdır. Elə xalq və müxalifət illərdir bu anlamaza başa salmaq istəyirdi ki, qocalarla iş görmək olmaz. Hafiz Hacıyev də bar-bar bağırırdı ki, qocalar evi olan hökümət işə yaramır. Bu isə o deməkdir ki, Əliyevin 16 ildir qanmadığı bir məsələni Hacıyev ona yaltaqlana-yaltaqlana asanlıqla qana bilirmiş. Sən demə C. Həsənlinin dediyindən fərqli olaraq İlham Əliyev “balıq” Hafizdən də aşağı təfəkkürlü adam imiş.

Mitinq sonrası İlham Əliyev və quduzlaşıb xalqın canına, malına, sərvətinə hücum çəkib talayan leş qarğası məmurlar, illərdir ki, yaltaqlaşdırdıqları insanlar sosial mediada aləmə car çəkib deyirlər ki, müxalifət yoxdur, Milli şuranın mitinqlərinə yüz nəfər adam gəlir, Əli Kərimli tək qalıb və s. və i.a. Bəlkə də bu miskinlər bu qədər canfəşanlıq eləməsəydi doğrudan da müxalifət itib-batacaqdı. Amma müxalifəti güclü edən elə bunların özüdür. Əslində Mirşahin, Arifoğlu, “Axar” qəzeti, Həsənquliyevin saytları və adamları, Elşən Musayev və s. GÖZƏGİRƏNLƏR özlərini yazıq görkəmə salıblar. 19 oktyabr mitinqindən əvvəl simasız quldurlar partiyası (İbarə köhnə yapçı Siruz Təblizliyə aiddir) olan YAP-ın Əhmədovu, Həsənovu başladı müxalifət əleyhinə danışmağa. Mitinq sonrası deputatxanada təyinatla oturan GÖZƏGİRƏN, satqın deputatlar, trollar da ağızlarını açıb şeytan yolunda qoydular. Eyniylə allahpərəstin ateistlərə verdiyi sualı biz də bu allahsızlara veririk. Allahpərəst ateistlərə deyir ki, əgər Allah yoxdursa olmayan şeylə necə mübarizə aparırsınız? İndi biz də fəlsəfədən, ədəbi yaradıcılıqdan qanmayan bu TROL, GÖZƏGİRƏN dəstəsinə sual veririk ki, olmayan müxalifətlə necə mübarizə aparırsınız.

Əli Həsənov öz yazısında yazmışdı ki, mənim mitinq iştirakçılarının azlığı ilə bağlı dediklərim elə-belə sözlər deyil, üç saat hadisə yerini gəzən insanların gəldiyi qənaətdir. Müxalifətin yaşaması da məhz buradadır. Deməli, bu miskinlər, yazıqlar mitinqdən saatlar öncə Əli Kərimlinin feysbuk səhifəsini ələ leçirmək istəyir, mitinqin ləğv edildiyini elan verir, hadisə yerinə əslində Qarabağa yeritməli olduqları ordunu, zirehli texnikanı, gözyaşardıcı qaz, irihəcmli avtobuslar, rezin gülləli silahlar, dəbilqəli polislər gətirirlər. Ətdən, xalqın diliylə desək murdar cəmdəkdən barrikadalar düzəldirlər ki, təki xalq bir yerə yığılmasın. Sonra da Cəlal Əliyevə rəhmət oxutduran, Həsənovun “çənəsi” olan TROLLAR, GÖZƏGİRƏNLƏR vasitəsilə mitinqi qarabəqara izləyirlər. Daha sonra məlumat toplayıb dərc edirlər. Hətta bunlar müxalifətdən o qədər çox qorxur ki, bir zaman ata Əliyevə olmazın təhqirlər edən və indi sionist İsrail səfirliyinin filialı olan “Axar” saytı kimi GÖZƏGİRƏNLƏR Əli Kərimlinin yutub kanalındakı danışıqlarını belə ciddi-ciddi izləyirlər və yazılar yazırlar. Bütün bunlar müxalifətin varlığından, bu miskinlərin GÖZƏGİRƏNLİYİNDƏN xəbər verir.


410 بازدید
در حال ارسال اطلاعات...