Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2019

İlham Əli Kərimlini həbs etdirməyəndə o lider olur, həbs elətdirəndə xalq liderə çevrilir

İlham Əliyevin başı əməlli-başlı bəladadır. Onun haqqında “xəstədir”, “psixdir” demələri bir yana, zənnimizcə onun mübtəla olduğu bəlalardan biri bəlkə də ən başlıcası Əli Kərimli bəlasıdır. Bu da son mitinqdə bir daha özünü qabarıq şəkildə göstərdi. Kərimlini döydürən Əliyev artıq anlayır ki, onu həbs eləməyəndə meydanda Kərimli liderlik edir, həbs edəndə, döydürəndə, meydandan qaçırdanda da meydan xalqa qalır və xalqın hər bir etirazçı, cana doymuş fərdi müstəqil şəkildə bir liderə çevrilir. Başqa sözlə desək xalq özü özünün lideri olur. Bir az da dəqiq desək, xalqın hər bir fərdi müstəqil şəkildə meydana çıxır. Belə olan halda isə Əliyev Kərimlinin atasına rəhmət oxutdurur, deyir elə kaş Kərimli meydanda olsun. Saysız-hesabsız liderdənsə bir lider yaxşıdır.

Biz tez-tez Allahın məzlum xalqın haqqını yeyən kriminal, yaramaz bandanın, dövlətin yox, məhz bandanın başçısı olan İlham Əliyevin müxtəlif bəlalara düçar olmasından yazmışıq. İlham Əliyevi məzlum xalqın ahı tutub. O özü də bunu gözəl anlayır. Məsələn, gözəl bilir ki, Əli Kərimlinin xarici pasportunu ona qaytarsa gedib xaricdə İlham Əliyevi daha çox rüsvay edəcək, buna görə də qaytara bilmir. Amma bununla belə Əli Kərimli ölkə daxilində də rahat durmur. Ölkədə qaldığı müddətdə hakimiyyətin yuxusuna haram qatıb.

Bundan başqa, Əliyev onu da gözəl bilir ki, müxalifətçilərin mitinqinə icazə verəndə bir bəladır, verməyəndə başqa bəla. Belə ki, mitinqlərə icazə verəndə meydanlarda Əliyevlər rüsvay olurlar. Tez-tez keçirilən mitinqlərdə oğru hakimiyyət məhkum edilir, bir-bir iki-iki bu cür mitinqlərə xalqın içindən qoşulanlar olur. Mitinqə icazə verməyəndə də icazəsiz mitinqlər bu ailənin onurğasını sındırır. Buna görə də nə ağsaqqala, nə qarasaqqala hörmət etməyən, bığsız-saqqalsız Əliyev üçün yuxarı tüpürsə bığ, aşağı tüpürsə saqqal məsələsidir. Amma gərək ağsaqqallı, qarasaqqallı, saqqalsız – bütün xalqın bir gün tüpürəcəyi gündən qorxsun.


348 بازدید
در حال ارسال اطلاعات...