Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2019

Əliyev müxalifət lideri tutanda Avropa qulağını burur, sıravi xalqı tutanda xalq düşməni hesab edilir

İlham Əliyevin dərdi doğrudan da çox böyükdür. Sonuncu aksiya da bunu bir daha göstərdi. Artıq xalq kütlələri etiraz edir, xalq ayılıb. Bilir ki, İlham Əliyev başda olmaqla məmurlar ölkəni talayır. Susan insanlar da 250 manat maaşa görə danışa bilmir. Amma onlar da bir gün bezəcəklər. Vaxt var idi, bu günkü kimi yutubda üsyan qaldıranlar yox idi. Vaxt var idi bu günkü qədər sıravi xalq kütlələri, siyasətə qarışmayan insanlar çıxıb bu cür etiraz etmirdi. Düzdür, Əliyev və onun trolları yenə çıxıb xalqı ermənilərə işləyən, anti-milli ünsür hesab edəcəklər. Amma artıq keçmir. Hamının gözü açılıb. Zatən susub danışmayan insanların böyük əksəriyyəti “İlham yenə yeyib doyub, başqası gəlsə o da yeyəcək” əqidəsində olduqları üçün etiraz etmirlər. Yoxsa İlham Əliyevi bir ovuc troldan başqa heç kim sevmir. Sonuncu aksiyada xalqa qoşulmayıb GÖZƏGİRƏNLİKLƏ məşğul olan insanlara da xalqın sözü GÖZƏGİRƏN oldu. Həmişə olduğu kimi.Vay olsun bu cür hakimiyyətin halına ki, bu cür trolların, GÖZƏGİRƏNLƏRİN ümidinə qalıb.

Əliyevlər bu gün elə bir rüsvayçılığa düçar olublar ki, dünyanın ən avtoritar rejimlərində ancaq belə hallara rast gəlinib. Belə ki, o, hansısa müxalifət liderini bu cür aksiyalarda tutub həbs edəndə Avropa onun qulağını dartır. Çarəsiz qalıb ona “diktator”, “oğru”, “yalançı”, “rüşvətxor” deyən liderləri həbs edə bilmir. Çarəsi bir ona qalır ki, aksiyalara yığlan insan kütlələrini dağıtmaq üçün sıravi insanları həbs eləsin. Doğrudur, belə olan halda sıravi insanlar Avropa tərəfindən tanınmadığı, həm də öz mənfəətlərini güdən avropalılara pul qurtaranda İlhamı qapazlamaq üçün yaxşı riçak sayılmadıqları üçün qara camaat əziyyətə düçar olur. Amma işin o tərəfi yaxşıdır ki, bu cür insanlar, qara camaat, xalq kütlələri tutulanda bir daha aydın olur ki, Əliyevlərin xalqın nəzərində zərrə qədər hörməti yoxdur. Çünki sıravi xalqın etiraz etməsi diktatorların sonu deməkdir. Xalq oyanmağa başlayıb. Sıravi xalqın həbs edilməsi Əliyevlərin xain olduqlarının bariz nümunəsidir.


61 بازدید
در حال ارسال اطلاعات...