Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2019

“İlham Əliyev İslam Peyğəmbərinin (s) minbərində oturmayıb ki...” fikriylə susanlar

Dindarlar arasında bir çox insanlar qəribə bir fikrə sahibdirlər. Onlara İmam Hüseyn (ə) qiyamından, onun zülmə susmayıb etiraz etməsi haqda danışıb dəlil gətirəndə deyirlər ki, o həzrət cəddi Peyğəmbərin (s) minbərində oturan Yəzidə etiraz edirdi. Amma bugünkü gündə Azərbaycanda nə qədər haqsızlıqlar olsa da İlham Əliyev Peyğəmbərin (s) kürsüsündə oturmayıb. Güya İlham Əliyevin qudurğan məmurlarına, lazımsız, təyinatla deputatxanada oturan yaltaqlarına etiraz etmək üçün illah da İlham Əliyev özünü İslam Peyğəmbəri Həzrət Məhəmməd peyğəmbərin xəlifəsi hesab etməliydi. Doğrudan da çox qəribə məntiqdir. İmam Hüseynin (ə) Yezidin İslam Peyğəmbəri Həzrət Məhəmməd peyğəmbərin kürsüsündə özünü İslam rəhbəri hesab etməsinə şiddətli etiraz etməsi doğrudur. Amam bu, o demək deyil ki, hansısa ölkədə zalım başçılar, məmurlar xalqa qan udduranda gərək ölkə rəhbəri özünü Peyğəmbər davamçısı hesab etsin, ondan sonra ona qarşı etiraz edilsin. Biz İmam Hüseynin (ə) “mən və mənim kimilər Yezid və Yezid kimilərə beyət etməz” kəlamını düzgün anlamalıyıq. Burada İmam Hüseyn (ə) “kimilər” sözünü iki dəfə işlətməklə təkcə özünün Yezidə qarşı deyil, eyni zamanda hüseynçilərin yezidçilərə qarşı etirazçı mövqe tutmasına işarə edir.

O da məlumdur ki, hazırda heç bir müsəlman ölkəsində dövlət başçısı zatən özünü nə peyğəmbər xəlifəsi hesab etmir, nə də dövlətini islam dövləti adlandırmır. Amma ağıl sahibləri ağlın hökmünə əsasən zalım rəhbərlərə daim etiraz edir, zülmləri qarşısında sükut etmirlər. Deməli, başçının zülm etməsi ona etiraz etmək üçün kifayət edir. Onun öz kürsüsünü peyğəmbər kürsüsü, özünü peyğəmbər davamçısı hesab etməsinə gərək yoxdur. Lap fərz edin ki, ümumiyyətlə müsəlman olmayan bir dövlətdə yaşayırsınız, Almaniya vətəndaşısınız. Məgər Almaniyada haqsızlığa məruz qalsanız etiraz etməyəcəksiniz?
Maraqlısı da odur ki, həmin insanlar İmam Hüseyn (ə) inqilabından danışanda deyirlər ki, İmam Hüseynin (ə) inqilabı təkcə müsəlmana aid deyil. “Hər gün Aşura, hər yer Kərbəla” sözünü də dillərdə əzbər edib deyirlər ki, zlümün tüğyan etdiyi, məzlumun fəryad çəkdiyi hər gün Aşura günüdür.

Onu da qeyd edək ki, İmam Hüseynin (ə) zamanında Yezid məlun İslam şəriətini saya almadığı, Peyğəmbər (s) sünnətini tapdaladığı, Qurana əməl etmədiyi kimi hazırda da nə Quran nə də şəriət, sünnət ölkəmizdə ehtiram sahibi deyildir. Quranın haram etdiyi fəsadlar ölkəmizdə icazəlidir. Quranın vacib buyurduğu əməllər başçılar tərəfindən icra edilmir. Bütün bunları bilə-bilə bəzi zahirnümalar yenə də öz əyri fikirlərini dini camiədə yaymaqla məşğuldur.


254 بازدید
در حال ارسال اطلاعات...