Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2019

Dini siyasətə alət edən qansızların qanunsuz qanverməsi

Hacı Tale dini siyasətə alət edə bilməz, Siyavuş Novruzov edə bilər? Uşaqpulunu kəsmək istəyən Siyavuşun altı aylıq körpəni oxlayan Hərmələdən fərqi yoxdur.

Aşura günü Allahşükür Paşazadə və YAP-ın törtöküntüləri olan Mübariz Qurbanlı, Əli Əhmədov, Siyavuş Novruzov qan verib savab iş gördüklərini xəyal ediblər. Qabaqcadan deyək ki, qanvermə öz-özlüyündə xəstə insanlara kömək olursa savab sayılır, amma İmam Hüseynin (ə) şüarlarından deyil. Əksinə, lap dərinə getsəniz bu aksiyanın xüsusən də Azərbaycan versiyası Aşurada tökülən qanın ziddinədir. Çünki Aşura günü tökülən qan o zamanın Əli Əhmədovunun, Mübarizinin, Siyavuşunun qansızlıqlarını və qanunsuzluqlarını aradan qaldırmaq üçün tökülmüşdü. Bu günün Şimrləri, Hərmələləri, Şüreyh qaziləri, Ömərsədləri isə saxta qanvermə aksiyası keçirməklə Aşuradakı qanı təhqir edir, mahiyyətini 180 dərəcə döndərməyə çalışırlar.

Siyavuş Novruzovun uşaqpulunun qabağını almasının Hərmələnin atdığı oxdan nə kimi fərqi var? Allahşükürün Allah üçün alnını səcdəyə qoyub namaz qılmayan İlham Əliyevi tərifləyib Hacı Mövsümü, Hacı Taleni terrorçu bilməsinin Şüreyh qazidən hansı fərqi var?
Onu da qeyd edək ki, əslində bu insanların qansızlığı bir yana, etdikləri iş də qanunsuz imiş. Qanla bağlı qanunda təsbit olunan odur ki, 18-60 yaşarası insanlar qan verə bilərlər. Allahşükür Paşazadə isə 71 yaşlı qoca kişidir. On ildir ki, qan verir. Yəni on ildir ki, qanunun əksinə hərəkət edir. Əli Əhmədovun 67 yaşı var. Bu da qanunun ziddinə hərəkət edib. Bunların Aşura günü tökülən qandan xəbərləri olmadığı kimi qanundan da xəbərləri yoxdur. Səhiyyə Nazirliyi də görünür “fil qulağında yatıb” xalqı illərdir yatırdan YAP fillərinin qanunpozuntusunu ya görməyib ki, belə olan halda onun da qanundan xəbəri yoxdur, ya da görürdü amma özünü görməməzliyə vururdu.

Maraqlı bir cəhət də odur ki, Siyavuş Novruzov, zəmanəsinin uşaqpulunun əleyhinə çıxmaqla altı aylıq Əli Əsğəri (ə) oxlayan məlun Hərmələdən heç bir fərqi olmayan bu insan mediya işçilərinin mikrofonlarını qucağına qoyub qanvermə stulunda müsahibə də verib. Deyib ki, hardadır müxalifət, nə ağac əkir, nə də qan verir. Buna isə YAP funksionerlərinin və trollarının diliylə desək “dini siyasətə alət etmək” deyirlər. Deməli, Hacı Tale dini söhbətlərində zəmanə yezidləri olan bu insanları ifşa edəndə dini siyasətə alət etmiş olur, amma zəmanəsinin Hərmələsi Novruzov bu cür təşəbbüs göstərəndə dindar hesab olunur?
Zatən bunların nümayişkəranə şəkildə özlərini xalqa göstərib qanvermələrini yaymaları riyakarlıqdan başqabir şey deyildi. Ona görə ki, digərlərini təşviq üçün belə etmiş olsalar belə, bunu o adamlar edə bilər ki, doğrudan da Allah bəndələridir, İmam Hüseyn (ə) yolunun yolçularıdırlar. Yoxsa illərdir xalqın qanını sovuran qansızların belə etməsi riya üstünə riyadır, xəyanət içində xəyanətdir.

İmam Hüseyn (ə) məqamı əzizdir, ucadır, bu məktəbdə riyaya yer yoxdur. Ona görə də məlum olub ki, zəmanəsində Şüreyh qazi adlanan Allahşükür Paşazadə sən demə on ildir qanunu pozurmuş.


235 بازدید
در حال ارسال اطلاعات...