Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2019

GÖZƏGİRƏN Siyavuş “atadan vəzifə almaq” söhbətilə İlham Əliyevi və xanımını təhqir edib

YAP deputatı Siyavuş Novruzova SiyaQUŞ deyəndə açığına gəlir. Amma doğrudan da quşlayan bir adamdır. “Cəhənnəmə nə deyir desin”, “o kimdir ki, onun səviyyəsinə enib cavab verək” kimi cümlələrlə hərdən özümüzə təsəlli veririk, amma adam qırmızı-qırmızı sənin üzünə dayanır. Bilərəkdən elə danışır, sanki deyir ki, mənim dediklərimə cavab verin.

Sonuncu çıxışında güya sabiq nazirlərə od püskürüb. Qəzet elə də qələmə verir ki, sanki nəsə kişi kimi cürət edib bir söz deyib. Təəssüf ki, Siyavuşun Hafiz Hacıyevdən, Zahid Orucdan heç bir fərqi yoxdur. Çünki üçü də nazirlərin haqqında ya ad çəkmədən danışır, ya da vurulmuş, iti qovan kimi qovulmuş, “yetim nazirlər” barədə danışır. Bu cür çıxışı hamı bacarar, kişisən, hünərin var “yetim naziri” yox, “akula nazirlər” haqqında danış. Özü də vəzifədə olan vaxtlarında. Gör səni udurlar yoxsa yox.

İndi isə gəlin quşlamasına diqqət edək. Birincisi budur ki, deyir ki, keçmiş nazirlər niyə prezidenti müdafiə etmir? Sonra deyir ki, o vəzifəni atan, baban vermişdi sənə? Bu cür ifadə cəmiyyətdə o zaman deyilir ki, yəni insana atadan bir şey qalsa bu barədə onu heç kim qınaya bilməz. Dədəmin malıdır, özüm bilərəm, istərəm ataram, istərəm sataram. Siyavuş da demək istəyir ki, məgər sizin kürsünüzü sizə dədəniz vermişdi ki, indi çəkilmisiz bir qırağa? O belə deməklə İlham Əliyevi və xanımı Mehriban Əliyevanı təhqir edir. Çünki İlham Əliyev kürsüsünü dədəsindən alıb, Mehriban da ərindən, yəni İlham Əliyevdən. Dədədən kürsü almaq pis şeydirsə birinci İlham Əliyevə aiddir.

İkincisi budur ki, Siyavuş özü etiraf edir ki, Azərbaycanda nazirlər iş bacarığına görə deyil, pulunun (rüşvət mənasında), yaltaqlığının, GÖZƏGİRƏNLİYİNİN çoxluğuna görə təyin edilir. Eyniylə deputatlar kimi. Halbuki əslində belə olmamalıdır. Bilirik ki, prezident bir sıra məmurlara, jurnalsitlərə yaltaq olduqları üçün mükafat verir, adını da “vətənə, dövlətə xidmət naminə“ qoyurlar. Siyavuşsa demək istəyir ki, əslində onlar bir qəpiyə dəyməyən adamlar idi, prezident onlara işlərinə görə nazirlik vəzifəsi və mükafat verməyib. Əgər belə olsaydı Siyavuş bunu onların başına qaxınc etməzdi. Zira bir adam haqq etdiyi üçün, yaxşı işlədiyi üçün vəzifəyə gətirilib, mükafatlandırılıbsa bunu niyə onun başına qaxınc edəsən ki? Hətta qaxıncdan nəinki söhbət gedə bilməz bəlkə İlham Əliyev onların alnından öpməli idi ki, gəlib dövlətə fayda veriblər. Daha doğrusu hakimiyyətə. Yaxşı işinə görə vəzifəyə gəlməyibsə deməli yaltaqlıq, oğurluq, rüşvət hesabına gəliblər.

Bir quşlaması da budur ki, bu nazirlərin altlarına milyardları vurub qaçıb gizlənmələrini deyir. Bəli, əslində düz deyir, quşlaması isə hakimiyyətlərinə qarşıdır. Burda sual verərlər ki, bunlar altlarına milyardları o zaman vura bilərdilər ki, o milyardlar qədər özlərindən yuxarıya da rüşvət versinlər. Bəs belə olan halda ya ölkə rəhbərliyi bundna xəbərdar idi və özü də yeyirdi deyə onlara bir söz demirdi. Ya da xəbəri yox idi. Əgər xəbəri yox idisə deməli idarəçilik edə bilmir. Öz nazirlərindən xəbərsizdir. Belə olan halda birinci qınanılası insan elə prezidentin özüdür. 

Bu isə Siyavuşun ilk və son quşlaması deyil. Adam ancaq quşlamaq üçün var. Zatən bu cür GÖZƏGİRƏNLİYİ, yaltaqlığı olmasaydı onun yeri deputatxana yox, qarğıdalısatanlar kimi dəniz kənarı olmalı idi.


151 بازدید
در حال ارسال اطلاعات...