Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2019

Ərdoğan və İmamoğlu İlham Əliyevdən ibrət almalıdır

Deyək ki, Türkiyənin ən böyük şəhəri olan İstanbulun meri təzə adamdır, İlham Əliyevi tanımır, Azərbaycana gəlməyib, Ərdoğan ki, uzun illərdir Azərbaycanı, onun cumhurbaşkanı olan İlham Əliyevi tanıyır, Azərbaycana gəlib, İlham Əliyevə “kardeşim”, “arkadaşım”, “sinif yoldaşım” sözlərini dəfələrdə deyib. Bütün bunlara rəğmən niyə İlham Əliyevedən ibrət almır. Axı, “kardeşlik”, “arkadaşlık” ancaq sözdə olmamalıdır, gərək əməldə də özünü “kardeşin”, “arkadaşın” kimi aparasan. Yoxsa aradakı səmimiyyətə, “canım-cicim”lərə, “kuzusarması olmalara” kim inanar?

Qardaş, İmamoğlu İstanbul Böyükşəhərin icra başçısı seçilib-seçilməyib Ərdoğanla yola getmirlər. Biri iqtidar, digər müxalifət. Artıq İmamoğlu bezib, keçən dəfə deyib ki, sayın Ərdoğandan randevu (görüş) tələb etmişəm, “bir bucuk aydır” (yarım ay) randevu tələbimə cavab verməyib. İmamoğlu indi eşidəcəyiniz sözləri məni “çıldırtdı”, özümdən çıxdım. Deyir ki, SAYIN CUMHURBAŞKANIMIZ DA MƏN DƏ XALQIN İRADƏSİ (DƏSTƏYİ, SƏSİ) SAYƏSİNDƏ SEÇİLMİŞİK. ORTAQ NÖQTƏMİZ XALQDIR. Daha sonra deyib ki, SAYIN CUMHURBAŞKANI İLƏ İSTANBULU, İSTANBULUN İŞSİZLƏRİNİ, PROBLEMLƏRİNİ QONUŞACAĞIZ. Adam belə yerdə yanıb yaxılmasın bəs neyləsin. Bu adamlara məsləhət görürük ki, gəlib İlham Əliyevdən ibrət alsınlar. Düzdür, Yunis Səfərov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin merini gəbərdəndə İmamoğlu vəfizədə deyildi. Ona qismət olmadı ki, Elmar Vəliyevin “quruculuğundan” ibrət alsın. Amma fürsətdir ki, Elmar Vəliyevin gəbərməsindən ibrət alsın.
Digəl ki, eyb eləməz, hələ də gec deyil, İlham Əliyev Ərdoğana da, İmamoğluna da ibrət olacaq potensiala malik bir siyasətçidir. 

Qardaş, əvvəl vəzifəcə balaca olduğu üçün İmamoğludan başlayaq. Bu nə sözdür deyirsən xalqın iradəsiylə seçilmişəm. Demirsən qonşu Azərbaycandan ayıb olar? Heç siyasətçi də xalqın dəstəyi ilə seçilər? Siz heç Azərbaycandan ibrət almırsınız? Baxın “qulağınızın dibində” olan Azərbaycana. Kimin pulu, daydayı var, yaxşı oğurlaya, xalqı pis günə qoya, Heydər Əliyevə yaxşı büst düzəldə, İlham Əliyev üçün uzun tort bişirə bilirsə mer ola bilir. Yoxsa xalq belə gəldi, iradə belə getdi. Bu şeylər boş söhbətlərdir. Sən hələ Allahına şükür elə ki, Ərdoğan İlham Əliyevdən ibrət almayıb, səni seçilməyə, xalqa yaxın buraxır. Başını sal aşağı işini gör də. Sənin bəxtin gətirib ki, Azərbaycanda nəinki siyasətçi kimi, heç vətəndaş kimi də doğulmamısan. Sən Azərbaycanda olsaydın müxalifətçi kimi nəinki mer, heç məktəb müdiri də ola bilməzdin.
İndi isə gələk Ərdoğana. Qardaş, nə istəyirsən axı xalqdan? Niyə xalqı dağa-daşa salırsınız, əziyyət verirsiniz ki, gəlib sizin, yəni illərin iqtidar-müxalifət partiyalarının davasına “tanık” (şahid) olsun, “oyalamada” (səsvermədə) iştirak edib öz rəhbərini seçsin. Budu ha, İlham Əliyevdən, qardaşım, arkadaşım, sinif yoldaşım dediyin insandan ibrət almasan belə olar da. Nə üçün müxalifəti seçkilərə yaxın buraxırdın ki, indi də onun tikanlı sözlərinə tuş gələsən. Heyif deyil Azərbaycan. Dediyim kimi müxalifətin nə ixtiyarı var məktəb müdiri olsun, o ki qaldı mer. Müxalifətin nə ixtiyarı var “You Tube” kanalı açıb danışsın, o ki qaldı televiziya. 

Sayın Ərdoğan, bir barmağınızı qatlayıb sayın, görək siz neçə dəfə təsəvvür edə bilərsiniz ki, Azərbaycanda müxalifət lideri olan Əli Kərimlinin partiyasının üzvü gedib Gəncədə mer olsun. Yığışdırın bu camaatı, mitinqləri. Bütün günü müxalifət liderləri gəlib xalqı başına toplayıb onlardan səs istəyir. Xalq da meydanlarda banan, peroşki yeyib küçələri zibilləyib gedir. Ölkədə düz-əməlli sistem, iqtidar qurun. İqtidarsınızsa düz-əməlli iqtidar olun. Bir siyasətdə üç şey olmamalıdır. Ancaq bir şey olmalıdır. Müxalifətsiz, xalqsız iqtidar. Azərbaycandakı kimi. Başqa yox. Olmaz. Təkcə Davosda “benim için de artık Davos bitmişdir” demək asandır, hünəriniz varsa “benim için halk, mühalefet” bitmişdir deyin. İlham Əliyev kimi.


269 بازدید
در حال ارسال اطلاعات...