Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2019

İlham Əliyev Azərbaycan Respublikası Prezidenti yanında MİA idarəsi açsın

Mən bir azərbaycan vətəndaşı kimi İlham Əliyevə təklif edərdim ki, Azərbaycan Respublikası Prezidenti yanında MİA idarəsi açsın. Çox faydalı olardı. Bunun nə olduğunu isə deyəcəm. Onsuz da Azərbaycan kimi bir yerdə Prezident yanında çox idarələr təsis edilir, bir də bu təşəbbüslə çıxış etsələr pis olmaz.
Deməli, qarşıma çox maraqlı, acınacaqlı, analoqu olmayan bir video çıxdı. Videoya baxanda anlayırsan ki, doğrudan da Avropa dağılır, Azərbaycanda isə ən ucqar yerlərində belə Almaniya standartlarına uyğun təmir, bərpa, yenidənqurma, əslində isə vurub uçurtma, işi qurutma işləri gedir.
Deməli, proqram təyin ediblər ki, bir müddət sonra İlham Əliyev hansısa qəsəbədə hansısa bir idarənin açılışına gedəcək. Təsəvvür edin ki, prezidentdən it kimi qorxan (əbəs yerə it yazmadıq, səbəbi bir azdan məlum olacaq) məmur tələm-tələsik adamlarını əraziyə töküb İlham Əliyevin keçəcəyi ərazini "cənnətməkana" döndəriblər. 

Gənc inqilabçı, kəfən geyinib zalımlarla mübarizəyə girmiş Mehman Hüseynov da zirəng çıxıb dərhal gedib həmin "cənnətməkana." Ordan reportaj hazırlayıb. Deməli, çox zirənglik edib, məmurlarımızın "krısalığını" (elə bildiniz "kristallığını" yazmışam?) gözəl bildiyi üçün prezidentin döndüyü küçəyə qədər yolu, divarları çəkib. Bütün divarlar ağardılıb, yol asfalt edilib. Yol kənarları da çəmənliyə çevrilib. Amma prezident tini burulub proqram üzrə getməli olduğu yerə istiqamətlənsə də, Mehman Hüseynov yoluna davam edir. Elə 100 addım sonra "cənnətməkanın" davamının "cəhənnəmməkan" olduğunu görürsən. Nə asfaltdan, nə çəmənlikdən, nə də ki, divarların "üzüağlığından" əsər-əlamət var. Məmurların üzü kimi divarlar qara, qəlbi kimi yollar çirkli, asfaltsız. 

Prezidentdən it kimi qorxan icra başçıları vəzifədə qalmaq naminə ancaq Heydər Əliyev parkı düzəldib, büstünü qoymaqdan başqa heç bir işə yaramırlar. Əslində bunlar İlham Əliyevə xəyanət edirlər. Bundan başqa onu təhqir edib demək istəyirlər ki, İlham Əliyevin onsuz da gəlib lazım olan yerdən keçib getməkdən savayı digər yerlərə baxmaq kimi bir məntiqi işləmir. Ya da ki, böyük ehtimalla elə İlham Əliyevin özünün bu işlərdən xəbəri vardır. Bu sistemin də kəlləsində özü durur. Yadıma dahi Nizaminin əsərindən bir parça düşdü. Deməli, şah bir çobanın öz itinin asdığını görüb soruşur ki, nə üçün iti asmısan? Çoban deyir ki, bu it balası it mənim qoyunlarımı aparıb bir-bir qurdlara verirdi. (Dedim axı məmurlar "it kimi" deyərkən əbəs yerə demədim) Xəyanət etdi, mən də asdım. Şah sonra gəlib sarayında bunu tətbiq etməyə çalışır. Mənim İlham Əliyevin Nizamini oxuyub oxumaması barədə bir məlumatım yoxdur. Amma o dəqiqdir ki, adamın evində kompyuter, internet mövcuddur. Hərdən bir girib Mehman Hüseynovun fəaliyyətlərinə baxsın. Adam İlham Əliyevin görməli olduğu işin üçdə bir hissəsini görür. Özünü əməlli-başlı akula məmurların ağzına atıb onların alçaqlıqlarını, dövlətə, prezidentə olan xəyanətlərini çəkib nümayiş etdirir. Prezident Rauf Arifoğlu, Azər Həsrət, Zahid Oruc, Elşən Musayev, Qüdrət, Fazil kimi lazımsız, yaltaq, "traypqa" insanlara vəzifə, deputatxanada kreslo vermək əvəzinə, şahmat fiquru kimi qoca, qartımış, bir işə yaramayan, xalqın "iti görüm, qurdu görüm, onları görməyim" dediyi, Hafiz Hacıyevin "şərəfsiz, namussuz" adlandırdığı nazirlərin, deputatların ölkədə at oynatmasına şərait yaratmaq yerinə, Mehman Hüseynova "vətənə xidmətə görə orden" verməlidir. Bu gün İlham Əliyev şah dövründə yaşamır ki, gedib hansısa çobandan, itdən nəsə öyrənsin. Elə Mehman Hüseynov ona həqiqətləri göstərir.
Yuxarıda qeyd etdiyim MİA idarəsi nədir? Bu idarə Azərbaycan Respublikası yanında Məmurları İt kimi Asmaq idarəsidir. Eyniylə dahi Nizaminin əsərində olduğu kimi. Bu məmurları prezident yanına çağırıb danlayır, barmaq silkələyir. Amma bunlar azdır. Bu cür şərəfsiz, it kimi xəyanət edən (hərçənd itlərin çoxu vəfalıdır) məmurlar asılmalıdır. Amma İlham Əliyev bütün bunları etmədiyi halda açıq-aydın məlum olur ki, özünə bu cür yaramaz məmur ordusu sərf edir.

Adil


221 بازدید
در حال ارسال اطلاعات...