Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2019

"Kurtlar vadisi Axar saytı"nın Bəşər Əsəd ssenarisi

Axar saytının sionist-İsrailin qondarma səfirliyinin mediya orqanı olduğunu dəfələrlə sübut etmişik. Bu sayt və ümumiyyətlə sayt rəhbərliyinin tabeliyində olan saytlar tez-tez İran əleyhinə xəbərlər, yalan və qərəzli məlumatlar dərc etməklə məşğuldur. Özləri də güya Azərbaycan dövlətinin maraqlarını müdafiə edirlər. Əslində isə sionist "səfirliyi" bunları təlimatlandırıb ki, İran əleyhinə yaxşı fəaliyyət göstərsinlər, bunun üçün də zahirdə özlərini Azərbaycan dövlətinin, prezidentinin siyasətini dəstəkləyən insan kimi göstərsinlər. Biz isə dəfələrlə bu saytı ifşa etmişik.

Elə sonuncu Məhərrəm ayında da İranın Kərbəlaya zəvvar təşkilini qabartmışdılar. Biz isə sual vermişdik ki, Azərbaycan dövlətini dəstəkləyən bir mediya orqanı nə üçün İlham Əliyevin daxili siyasətini dəstəkləyir, ölkə müxalifətini ölkədə sabitliyi pozmaqda ittiham edir, amma bununla belə prezidentin xarici siyasətini niyə dəstəkləmir. Nə üçün müxalifəti daxili sabitliyi pozmaqda ittiham etdiyi halda, Azərbaycan dövlətinin arasını qonşu dövlət olan İranla vurmağa çalışır. Buna isə hələ ki, bir cavab verə bilmirlər. Çünki əslində sionist israilə xidmət edirlər. Onların "Azərbaycan dövlətinin maraqlarını müdafiə etməsi" də tamamən xəyal ürünüdür.
"Xəyal ürünü" demişkən, yadımıza Türkiyənin bir vaxt efirə verilən məşhur serialı "Kurtlar vadisi" düşdü. Axı "Kurtlar vadisi" serialında da kino başlamazdan öncə gözümüzə "...tamamən xəyal ürünüdür" yazısını soxurlar. Bu serialı ərsəyə gətirənlər özləri etiraf edir ki, serialda açıq-aşkar Bəşər Əsədin adı çəkilsə də, rəsmi vurulsa da, İŞİD ŞƏDİD adıyla qələmə verilsə də bütün bunlar fantaziya məhsuludur. Elə Axar saytı da fantaziya, gördüyü yuxuları saytında dərc etməklə məşğuldur.

Bu yaxınlarda Axar saytı "Kurtlar Vadisi" serialını uyğun bir ssenari yazıb. Deməli, sən demə Bəşər Əsədin zindanında əziyyət və işgəncə görən bir qadından müsahibə alınıb və o da başına gələn dəhşətlər haqda danışıb. Əlbəttə, zindanda insanlar bəy balası kimi yaşadıqlarını iddia etmirik. Mümkündür zindanda insanlar çətinliklərə, hətta bəlkə işgəncələrə də məruz qalsınlar. Amma Axar saytı unudub ki, orada həbs edilənlər milyonlarla suriyalının qanını tökən, evini dağıdan, uşağını yetim qoyan alçaq İŞİD-in muzdlu köpəkləridir. Onları tikə-tikə doğrasalar adamın ürəyi soyumaz. Bir yandan Axar saytı müxalifəti qınayır ki, ölkədəki sabitliyi pozur, digər yandan da Suriyadakı sabitliyi pozan İŞİD muzdlu köpəklərini həbs edən Bəşər Əsədi qınayır. Deməli, Axar saytı öz sionist mahiyyətindən əlavə, həm də İŞİD muzduru olduğunu ifadə etməyə çalışır.

Amma bu cür xəbərlərin yerinə gərək İŞİD saytı sual verərdi ki, axı bu insanların İŞİD səflərində nə iti azmışdı ki, indi də Suriya zindanlarına it kimi zəncirlənəndə etiraz edirlər. İşgəncə, zülm, əzaba gəlincə, Axar saytı özünü hümanist göstərib zülmü pislədiyini ifadə etməyə çalışır. Lap deyək ki, ölkədə GÖZƏGİRƏNLİKLƏ də məşğuldur, Azərbaycan zindanlarında əziyyət görən haqq əhlini müdafiə etmir, bəs nə üçün İsrailin qırdığı günahsız körpələrin ölümündən yazıb sionistləri qınamır? Çünki adamlar əsil sionist köpəyi funksiyasını yerinə yetirir.

Xatırlayırsınızsa "Kurtlar vadisi" serialında da bir sezon Bəşər Əsədi qınadılar, diktator dedilər, devriləcəyini an məsələsi hesab etdilər. Orada bir fraqment vardır, deməli, filmin qəhrəmanı Polad Ələmdarın adamları Bəşər Əsədin adamları tərəfindən yaxalanır. Güya orda Əsədin böyük portretinin asıldığı otaqda zabit Poladın adamlarını Bəşər Əsədin portreti önündə səcdə etməyə, onu özünün Allahı qərar verməyə məcbur edir. İndi Axar saytı da həmin təxəyyül məhsulu olan filmlərdən ilham alır.
Amma insafa qalsa "Kurtlar vadisi" Axar saytından yenə də belə baxanda qeyrətlidir. Çünki "Kurtlar vadisi" serialında dəfələrlə İsrail səfirliyi tənqid edilib, sionist olduğu göstərilib və fələstinlilər müdafiə edilib. Axar saytı isə bütün insani keyfiyyətlərini demək olar ki, itirb, şərəfə, vicdana, qeyrətə tüpürüb israilin köpəyi olmağa qərar verib.


179 بازدید
در حال ارسال اطلاعات...