Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2019

Ya İlham Əliyevin ali baş komandan olduğu ordu ya da yürütdüyü siyasət zəifdir ki, Qarabağ...

Xalqı isə heç şübhəsiz ki, belə bir sual düşündürür: Əgər bizim ordumuz güclüdürsə nə üçün Qarabağı işğaldan azad edə bilmir?
Obyektiv deyirsinizsə, gəlin obyektiv danışaq. Zatən Azərbaycan xalqının, ordusunun halına yanan hər bir azərbaycanlı obyektiv, qərəzsiz danışmağa məcburdur.
Bir neçə gündür ordu günü qeyd edilir. Təbiidir ki, bu günlərdə istər İlham Əliyev olsun, istərsə də hərbi nazir hara gedirsə ordu qurulucuğundan danışır, ordumuzun gücündən dəm vurur. İlham Əliyevin Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyindəki çıxışı isə həqiqətən bəzi suallar doğurur. İlham Əliyev deyib ki, bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Xalqı isə heç şübhəsiz ki, belə bir sual düşündürür: Əgər bizim ordumuz güclüdürsə nə üçün Qarabağı işğaldan azad edə bilmir? Bu yerdə İranın sabiq prezidentlərindən olmuş Əhmədinejadın bir sözü yada düşür. O deyirdi ki, bizi atom silahı istehsal etməkdə ittiham edirlər, məgər sovet hakimiyyətini bu silahla süquta uğratdılar? Əslində çox gözəl sualdır. O demək istəyirdi ki, bu gün silah, atom, mərmi, partlatmaq dövrü deyil. Bu gün güclü siyasət və diplomatiya işləməlidir. Sözümüzün də canı budur. İki şeydən birini qəbul etməliyik. Ya bizim ordumuz güclüdür, amma İlham Əliyevin yürütdüyü siyasət bir qəpiyə dəymədiyi üçün Qarabağ işğaldan azad edilmir. Ya da ordumuz çox zəifdir, müharibə etməkdən qorxuruq. Axı olmaz ki, həm diplomatiyamız, siyasətimiz güclü olsun, həm ordumuz qüdrətili olsun, amma handa bir dılğır erməni bizi barmağına dolasın.

Bu günlərdə bütün dünya İran İslam Respublikasının ABŞ-ın pilotsuz təyyarəsini vurmasından danışır. Baxın, güclü ordu buna deyərlər ki, ABŞ kimi bir dövlət hünər edib İrana cavab verə bilmir. Əgər deyilsə ki, ABŞ İrandan yox, onun müttəfiq olduğu dövlətlərin araya girməsindən, müharibə başlayacağı təqdirdə İrana hər cür maddi, silah yardım etməsindən çəkinir, o zaman belə bir cavab veririk ki, deməli İranın ordusunun güclü olmasını qəbul etmiriksə heç olmasa raızlaşmalıyıq ki, yürütdüyü siyasət çox yaxşıdır. Bəs nə üçün biz Azərbaycanda bunun eynisini görmürük.
Onu da qeyd edək ki, İlham Əliyev hər dəfə bu cür tədbirlərdə atası Heydər Əliyevin ordu quruculuğundan danışır, apardığı siyasəti tərifləyir və özünün də onun layiqli davamçısı olduğunu dilə gətirir. Belə olan təqdirdə isə vəziyyət bir az da pisləşir. Çünki güclü siyasətçi adlandırdıqları Heydər Əliyev haqda da eyni sualı veririk: ya onun zamanındakı ordumuz zəif idi, ordu qurulucuğu yerində deyildi, ya da ordu güclü idi, texnikamız var idi, amma Heydər Əliyevin apardığı siyasət yaramaz siyasət idi ki, Qarabağın azadlığında bir işə yaramırdı.

Hər iki halda, istər iqtidarın siyasəti güclü olmasın, istərsə də ordu zəif olsun – bir səbəb vardır. O da budur ki, Azərbaycan iqtidarı, bu iqtidarda təmsil olunan nazirlər, məmurlar, ordu generalları, elə deputatxanada illərdir qocalıb gedən yaramaz deputatlar da Qarabağın alınmasının, xalqın rifahının yaxşılaşması üçün heç nə etmirlər. Çünki edə bilmirlər. Bir dəstə sərişdəsiz, faydasız, yaramaz insanlar tərəfindən idarə olunan hökümət, deputatxana nə iş bacara bilər ki? Onlar işi ancaq ailə biznesini gücləndirmək, öz qohum-əqrəbasını vəzifəyə gətirmək, rüşvət almaq, xalqdan oğurlayıb xarici ölkələrdə villa almaqdan ibarətdir. Buna görə də Azərbaycan xalqı əbəs yerə demir ki, Qarabağın azadlığı ölkəmizin bu yaramaz iqtidarın əlindən azad olmaqdan keçir.


648 بازدید
در حال ارسال اطلاعات...