Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2019

Ramil vətəndaşları dörd polisin sürüyüb aparmasını vətənə şərəflə xidmət hesab edir

Ramilin DİN obyekti hər zaman xalq tərəfindən itxana adlandırılıb.
Bizdə polis bölmələri həmişə itxana, polislər də it adlanıb. Üzücü bir hal olsa da təəssüf ki, polislər özləri bucür şərait yaratmışlar. Bunun da üzərinə balığın başdan iylənməsini gəlsək Ramil Üsubovun vətənə şərəflə xidmət etməsi, yoxsa hakimiyyətə sədaqətli qulbeçə olduğu məlum olur.
Heç zərrəcə baş qoşmazdıq, onsuz da DİN-i indiyədək Ramilin şəxsi obyekti, nəsillikcə iş yeri kimi tanımışıq. Özünün də alnına bir ömür ləkə olacaq iş odur ki, Naxçıvandan Heydər Əliyev onu Bakıya Rövşən Cavadovun DİN rəisi olmasının qarşısını almaq üçün gətirib. İlham Əliyevin dövründə də xalqı Azadlıq meydanında qırması, qanını tökməsi hamıya məlumdur. Bu səbəbdən dediklərini bir qulaqdan alıb o biri qulaqdan verə bilərdik. Amma adamın işlətdiyi bu cümlənin qarşılığında beş-altı cümlə yazmamaq olmur. O deyir: "Gecəli-gündüzlü, yorulmaz və fədakar xidmətinizi daxili işlər orqanlarına xalqımız qarşısında şərəf və başıucalıq gətirdi." O, bu sözləri öz şəxsi və nəsil obyektinin işçilərinə müraciətdə deyib.

Deməli, məsələ bundan ibarətdir ki, prezident Ramil Üsubovu öz yanında işə götürüb onu prezidnetin yanında təhlükəsizlik şurasının katibi qərar verib. Məlum məsələdir ki, DİN-i öz nəslinin obyekti eləyən Üsubov talamaqda, qohumbazlıqda yaxşı olduğu üçün indi də yeni vəzifəsinə gətirilib ki, orda da bu iyrənc ənənəni davam elətdirsin. Babam yaşda kişidir, bu indidən sonra vəzifədə neyləyəcək ki? İndiyədək nə edib ki, bundan sonra nə başıucalıq gətirsin. Onun haqqında, ümumiyyətlə köklü şəkildə talançılıqla məşğul olan nazirlər barədə deyirlər ki, bu heç olmasa yeyib doymuşdu, yerinə gələn də başlayıb obyekti talayacaq, qohum-əqrəbasını gətirib orda işlədəcək.

Amma Ramil kimi adamların iqtidar üçün vazgeçilməz olduğu məlumdur. Hazırda onun yerinə gətirilən adam da onun öz adamıdır, ondan başqa obyektində öz sadiq nökərləri də çoxdur. Bədəbəddə yenə öz dubinkasıyla iqtidarın köməyinə çata biləcək adamdır.Yoxsa bu cür adamlara nə ehtiyac vardır. Bunun kimi biri də - Bəylər Əyyubov vardır. Əvvəllər bir qədər cavan idi, özündən yaşda qoca olan Heydər Əliyevin kölgəsində gəzib sinəsini onun yolunda qabağa verirdi. İndi isə İlham Əliyevin babası yaşdadır, İlham Əliyevi necə mühafizə edə biləcək ki? Bu dəqiqə onun özünün mühafizəyə ehtiyacı vardır. Onunla həmyaşıd olan Ramil də o cürdür. Bu adamlara İlham Əliyev nahaq yerə dövlət büdcəsindən vəzifədə saxlayıb pul ayırmır. Çünki sadiq qullardır.

Ramil Üsubovun isə şərəfli xidmət dediyi şeyin xülasəsi budur:

Polislər Azadlıq meydanında İlham Əliyevin prezidentliyinə etiraz edərkən xalqı öz qanına bələdi.

Yutub kanalı Ramilin polislərindən bezən sürücülərin videoları ilə doludur. Onlar polis onları saxlayan kimi maşına kamera quraşdırıb polisləri "neprav" çıxarmağa çalışırlar və bacarırlar.

Xalq Ramil Üsubovun polislərinin rüşvətxorluğundan bezib.

Polis o qədər savadsızdır ki, adi vətəndaş onlara asanlıqla onların haqlı, polislərin haqsız olduğunu sübut edə bilir.

DİN artıq Ramil Üsubovun şəxsi obyektidir. Bütün qohum əqrəbasında nə qədər pullu insan var, onlara vəzifə verib.

Ramilin DİN obyekti hər zaman xalq tərəfindən itxana adlandırılıb.

Nəinki o vaxt, elə dünənə qədər aksiyalarda iştirak edən insanları –qoca, yaşlı, cavan, qadın, kişi demədən dörd-dörd, beş--beş polis sürüyüb polis maşınına salır, dubinkalayır, cibinə narkotik maddə atıb şərləyir.

Bütün bunlar cəhənnəmə, Ramilin başucalığına bircə Hacı Məmmədovun adı bəsdir.

Bir daha deyirik ki, Ramilin dediklərini qulaqardına vura bilərdik. Amma xalqın adından danışıb "xalqımız qarşısında şərəf və başıucalıq" deməsini dinləyəndə sanki bir xalq üzvü olaraq bizi tok vurdu. İstədik bir xalq olaraq onun dediklərinə münasibət bildirək. Bizə inanmırsınızsa özünüz yutub proqramında videolara baxa bilərsiniz.


712 بازدید
در حال ارسال اطلاعات...