Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2019

İlham Əliyevin təbriki düşərli olmadı?

Qazaxıstanda əsrlərdir sultanlıq edən Nursultan müəllim istefa verəndən sonra Kasım Jomart Tokayev müvəqqəti olaraq höküməti idarə etməyə başladı. Daha sonra prezident seçkiləri keçirildi və cənab Jomart prezident seçildi. Təbii ki, demək olar ki, yeni nəsə baş verməyib. Sadəcə Nursultan müəllim sultanlıqdan bezmişdi, bir az dincəlmək qərarına gəldi. Nursultanın səssizcə çəkilib meydanı Tokayevə verməsini bəziləri Yeltsin-Putin məsələsi kimi xarakterizə etdilər. Amma bu hadisə ümumiyyətlə sovet dağılandan sonra sovetə nökərçilik edən baş katiblərin müstəqil dövlətlərdə prezidentlik etməsinə daha çox bənzəyir.
Hər halda mühüm olan bu deyil. Mühüm olan İlham Əliyevin Jomart Tokayevə yazdığı məktubdan sonra baş verən hadisədir. Əliyevlərin sayəsində ölkədə demokratiyadan əsər-əlamət qalmadığı üçün yeni mərhələyə qədəm qoymuş Tokayevi təbrik etdikdən sonra kişinin başı əməlli-başlı bəlaya düşüb. Əlbəttə, siyasətdə, dövlətlər arasında prezidentlərin kimliyi önəmli deyil, önəmli olan o kresloya kimin oturmasıdır. Dünən o kresloda Nursultan bəy idi, bu gün Jomart bəydir. Nə fərqi var? Hətta nəinki bir komandanın iki adamı rejim olaraq hakimiyyətə çöksə hətta bütövlükdə rejimlər kökündən silinib atılanda belə əsas o kresloda oturan adam daha mühümdür. Bilirsinizmi niyə? Çünki o şəxsi xalq seçir.

Məsələn, elə Nursultan bəyin özündən deyək, adam sovetlər dağılandan Qazaxıstana başçılıq edirdi. Düz otuz ilə yaxın bir müddət. Bütün bu müddət ərzində o belə bir yuxu görürdü ki, güya ondan başqa heç kimi xalq sevməz və seçməz. Bu isə bizim xalqımızın da, elə hakimiyyətimizin də yaralı yeridir.
O kresloya xalq seçir dedik axı... Biz də təbii ki, belə bir şey hələ ki, mümkün olmayıb. Çünki biz bu nəsnəni ancaq sözdə prezident seçkisi olan, öndə isə 250 manat maaşa möhtac olan dırnaqarası müəllimlərin prezident seçməsi prosesini ifadə edəcək "xalq seçir" ibarəsinə ancaq telekanalizasiyaların efirindəki verilişlərə verilən adlarda görürük. Xalqı isə kim cadu edib, kim başını yeyib, nədənsə elə hər dəfə bir ailənin könlünə yatan işlərə "səs verdiyini" görürük. Məsələn, bir ailə deyir ki, bir nəfər iki dəfədən, üç dəfədən, on dəfədən artıq prezident seçilə bilər, xalq deyir baş üstə. Əsas məsələ: İlham Əliyevin Jomart Tokayevi təbrik eləməsindən sonra hazırda prezidentlik edən Tokayev müsahibə verərkən deyib ki, bizim dilimiz ermənilərlə eynidir. Elə bundan sonra adamı həm ölkəsinin ziyalıları, həm də türk dünyası topa tutub. Nə var, nə var adam durub erməniyə qardaş deyib. Əslində isə yazıq Tokayevə İlham Əliyevin "ayağı düşmədi." Sanki bir qanunauyğunsuzluq baş vermişdi. Sanki yeni mərhələyə qədəm qoyan Qazaxıstan yeni prezidentiylə ölkəyə seçkilər gətirəcəkdi, bundan sonra ölkədə seçkilər keçiriləcək və yeni-yeni simalar görünəcəkdi. Amma diktatura mühütünü ölkədə hakim edən İlham Əliyevin təbrik məktubu düşərli olmadı. Ola bilər, inandırıcıdır. Metafizik aləmə inancı olanlar bu kimi şeylərə inanmalıdır. Gərək ilk olaraq Tokayevi – məsələn, İran kimi hər 4 ildən bir prezidenti dəyişən bir dövlətin prezidenti təbrik edərdi.
Qardaşlığa gəldikdə isə, türk dünyası güya yaman narahat olub. Halbuki Azərbaycan, elə Qazaxıstanın özü də sovet kommunistləri tərəfindən işğal ediləndə türk dünyasının ən öndə gedən və qüdrətli sayılan dövləti Türkiyə bu hadisəyə göz yummuşdu. Ölkənin bu hadisəyə göz yuman başçısı, prezidenti də hazırda atatürk adlanır. Elə indi də Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən, qalan 80 faizi də daxilimizdəki ermənilər tərəfindən işğal olunub, amma Türkiyə başda olmaqla türk dünyası hələ də bu ədalətsizliyə dözür. Ərdoğan "türküm, türk oğluyum" deyə-deyə hər ölkəyə burnunu soxarkən, ordusunu Qarabağa soxmur. Bəşar Əsədə diktator deyib devirmək xülyasına qapılarkən İlham Əliyevə dostum, kardeşim, sirdaşım, nə bilim e, okul arkadaşım filan deyib pul qoparır. Belə olduqda Jomart müəllim lap yaxşı eləyib. Neyləyib ki, "biz yenə ermənilərlə oturub çaxır içəcəyik" deməyib ki.


441 بازدید
در حال ارسال اطلاعات...