Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2019

Fazilin başı və Qum tələbəsinin qaloşu

Əqidəsini, siyasi liderini və dini lideri satmış, ideallarını qaloşlar altına almış, Heydər Əliyev və İlham Əliyev barədə dedikləri təhqirləri yeyəndən sonra deputatxanada qaloş qoxusu verən Fazil...
Neçə gündür ortaya çıxan və pir kimi qələmə verilən bir obyekt və dinə zidd olan hərəkətlərə Gülənin ölkəmizdəki nümayəndəsi Fazildən də münasibət gəldi. Onsuz da məlum idi ki, İrana, şiəyə nifrəti olan Fazil bu işi şiəliyə bağlayacaqdı. Amma tanınmış şiə alimi Hacı İlqar İbrahimoğlu bu məsələnin şiəyə, ümumiyyətlə İslama aid olmadığını dedi. Ondan sonra Hacı Şahin Həsənlidən uyğun mövzuda açıqlama gəldi və məlum oldu ki, bu işlərin şiəyə heç bir dəxli yoxdur. Qaloş hadisəsinin şiə ilə heç bir əlaqəsinin olmadığına dair bir dəlil də budur ki, lentə alınan səhnələrdə bir kişi qadınların başına qaloş vurub, sonra əlini onların başına, belinə çəkir. Şiə inancında, bütövlükdə Fazilin xəbəri olmadığı İslam dinində naməhrəmə əl vurmaq haramdır. 

Əqidəsini, siyasi liderini və dini lideri satmış, ideallarını qaloşlar altına almış, Heydər Əliyev və İlham Əliyev barədə dedikləri təhqirləri yeyəndən sonra deputatxanada qaloş qoxusu verən Fazil isə yenə şiəni təhqir etdi. Biz isə bir daha şiəni təhqir edən qaloş təfəkkürlü insanı yerində oturtmağa amadəyik.
Fazil deyir: “Sosial şəbəkələrdəki səhifələrə diqqət yetirin, bütün “qumcuqlar”, əksər “şahçılar”, “xürrəmçilər” həm də qaloşun qatı müdafiəçiləri kimi özlərindən çıxıblar. Şəklimi paylaşıb, “bizim qaloşumuza toxunma” deyirlər. Bu həm də “bizim ənənvi İslam inancımızın bir simvolikasıdır” deyirlər. Təbii ki, "qumcuqlar" deyərkən Qum tələbəsi, şiə ruhanisi, "şahçılar" deyərkən də Şah İsmail tərəfdarlarını nəzərdə tutur. "Xürəmçilər" də aydındır ki, Babəki qəhrəman bilənlərdir. Çünki Fazil Babəki qəhrəman saymır.

Amma qələt eləyir, heç bir şiə ona "bizim qaloşumuza toxunma" deməyib. "Ənənəvi İslam inancının simvolikası" deyə bir söz də ona deməyiblər. Ümumi mənada götürsək heç bir şiə Fazilə baş qoşmur. Onunla höcətləşmək istəməyən agah şiə ona ancaq "Fazil, haran ağrayır" yazır. Dindən o qədər başı çıxmayan şiə də olanda qaloşu müdafiə etməz,s adəcə Fazilə məsləhət görər ki, şiə inanclarına ilişməsin. Fazillə höcətləşənlər isə olsa-olsa onun üzünə tüpürmək üçün ona bir-iki kəlmə yazarlar.
İndi isə gələk Fazili yandırıb yaxan İran – Qum tələbəsi məsələsinə. Fazil Qəzənfərə "Fazil, haran ağrayır" yazanlar əbəs yerə bunu yazmır. İran bunun dini dədələrinə, başda Gülən olmaqla necə söz yeridibsə yeddi qatından keçib, ona görə hər yeri ağrayır.

Bu adamın şiə inanclarını təhqir etməsi normaldır. Çünki şiələrin İmam Hüseyn (ə) kimi bariz mücahidi vardır. Əqidəsindən dönməyən, Allah üçün şəhadəti seçən bir İmam. Bu isə Yezid-Gülən aşiqi olan Fazilə yer eləyib. Odur-budur adam İrandan, Qumdan, şiədən, məhərrəmlikdən əl çəkmir.
Bu nöqtəni əbəs yerə qeyd etmədik. Baxın, Fazilin yanıb yaxıldığı İrandır ki, müstəqillik dövründə, sovet dağılıb sərhədlər açılandan sonra Azərbaycana yüzlərlə ruhani təhsili almış insanlar göndərdi. Bu insanlar bu gün Fazilin təhqir etdiyi Azərbaycan xalqının övladlarıdır. Onlar gəldi və camaata həqiqi dini çatdırdılar. Halbuki ondan qabaq sovet zamanında din aradan getmiş, xurafatçılıq dəbdə idi. Ondan sonra, bunların höküməti dövründə dərəbəylik, xaos ölkəni bürümüşdü, o dövrlərdə də dini təbliğ etmək mümkün deyil idi. Bunların hakimiyyəti dağılandan sonra da növbə köhnə rus qalığı olan Əliyevlərin əlinə düşdü. Düzdür, bu fürsətdən istifadə edən İran İslam Respublikası ölkəmizdən ora səfər edən yüzlərlə inanclıya dini savad verdi. Onlar da gəlib ölkədə həqiqi İslamı yaydılar. Fazilinsə günü bu günə qədər həqiqi İslamdan nəsibi heç zaman olmayıb. Həqiqi İslamı tanıtdıran İmam Hüseyn (ə) məktəbi, Aşura, şəhadət, KİŞİLİK, DÖNMƏZLİK, MƏRDLİK MƏKTƏBİ – bu dəyərlərdən qismətinə bir faiz də düşməyən Fazilə heç zaman nəsib olmayıb.

Qaloş iyi verən, deputatxanada İlham Əliyevin qaloşundan öpdüyü üçün yal sahibi olan bu mıraz adam vaxt var idi Heydər Əliyev haqqında "o insan deyil", "o ermənidir" deyirdi. Daha sonra İlham Əliyev baş nazir təyin ediləndə bu prosesi "rəzalət" adlandırırdı. İndi bu cür satqınlar, xainlər, ideallarına, liderinə tüpürən yalçılar, İlham Əliyevin qaloşundan öpən alçaqlar İmam Hüseyni (ə), şiəni, Qum tələbəsini başa düşərmi? Utanmadan da QUM tələbəsinə ilişir. Halbuki Qum tələbəsinin qaloşunun bildiyini Fazilin başı bilmir.


805 بازدید
در حال ارسال اطلاعات...