Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2019

Hadı Rəcəbli, ABŞ-da prezident hakimiyyəti dədəsindən təhvil ala bilirmi? Bundan danış.

ABŞ-da kimsə dövləti öz dədəsinin malı hesab edib illərlə hakimiyyətdə qala, qanunu öz xeyrinə çevirə bilirmi?
Camaat deyir ki, Hadı Rəcəbli yaşında meşədə ağac qalmayıb. Amma bəzilərinin sirk, zoopark, deputatxana, İlham Əliyevin şəxsi obyekti adlandırdıqları deputatxanada o yaşda adam qalıb. Hətta Hadı Rəcəbli deyir ki, Amerikada deputatxanada da onun yaşında adamlar vardır.
Adı çəkilən yaputat sonuncu dəfə ABŞ-a gedib, özü kimi hakimiyyətə quyruq bulayan Arifoğlunun qəzeti də ondan müsahibə alıb. 

Təbii ki, Hadı Rəcəblinin başqa bir versiyası olan, GÖZƏGİRƏNLİKDƏ ona bəlkə də rəhmət oxutduran Arifoğlunun qəzeti Rəcəbliyə nə sual verəcəkdi? Təsəvvür edin ki, müsahibəni zatən sonadək oxumağa oxucuda həvəs yoxdur, amma elə ilk sətrlərini oxuyanda adamın ögüməyi gəlir. Çünki deputatdan alınan müsahibə Lənkəranda limon, boranı, çay səviyyəsində bir müsahibədir. Sanki ora gedən Rəcəbli deputatxanada olduğu kimi istirahət üçün gedib.
Media ölkədə bərbad günə qaldığı üçün yaputatdan ciddi müsahibə almaq prosesi də çətinləşib. Kim ondan soruşacaqdı ki, ay Rəcəbli, ABŞ-da da prezident dədəsindən hakimiyyəti təhvil alıb kresloya özünü "skoçla" yapşdıra bilirmi? 

Müsahibədə isə diqqət çəkən bir məqam var. Deməli, yaputata müxalifət-iqtidarla bağlı sual ünvanlanır. Yaputat isə deyir ki, iqtidar kabinet formalaşdırmalı, müxalifət tərəfi kölgə kabineti qurmalı və iqtidara nəzarət etməlidir. Amma müxalifət dağıdıcı olanda, söyüşlə danışanda məqsədi xalqın rifahı olmayanda işlər pis məcrada cərəyan edir. Görün bu artist (bunu incəsənət adamları prezidentlə görüşəndə təşkil edilən "cicim-canım toplantısına" çağırmaq lazım idi) necə dondan-dona girib. Elə danışır ki, sanki iqtidarları dağıdıcı deyil. Sanki hakimiyyəti ailə hakimiyyətinə çevirən, nazirlikləri bölüşdürən, bütün demokratik institutları məhv edən, respublikaçılığın təməlləri alt-üst edən, yaputatxanada təyinatla oturan insanlar bunlar deyil. Sanki xalqı hər gün təhqir edən, telekanalizasiyası oğraşlıq təlqin edən, bütün dövlət qurumlarını rüşvətə bürüyən, ağzını açanı həbs edib öldürən, xalqı səfalət içində süründürən bu alçaqlar deyil.

Siz müxalifətə nə vaxt efir, imkan verdiniz ki, onlar ölkədə oturub sizi tənqid etmədilər. Müxalifəti ölkədən didərgin salmısınız, hərəsi gedib Almaniyada, ABŞ-da, digər qərb ölkələrində özlərinə kanal, Yutub hesabı açır və sizə layiq olduğunuz sözlərdən yazır.
Rəcəblinin "duxu" çatmazdı bu kimi məsələləri işıqlandırsın. Zatən o, ABŞ-a gedəndə oradakı məsullar kiçik bir araşdırma aparıb Rəcəblinin Azərbaycanda itdən əksik yaputat olduğunu bilib elə də ciddi məşğul olmayıblar.

Biz isə ondan bir daha soruşuruq ki, ABŞ-da kimsə dövləti öz dədəsinin malı hesab edib illərlə hakimiyyətdə qala, qanunu öz xeyrinə çevirə bilirmi? Niyə soruşmursunuz ki, Tramp orada arvadını birinci vitse-prezident elan edə bilirmi? Niyə sual vermirsiniz ki, orada bir vaxtlar prezidentlik etmiş olan bala Buş hakimiyyəti atasından təhvil almışdı? Niyə sual vermirsiniz ki, ABŞ-da olduğu kimi aktyor, məsələn, Arnold Şvatsneger, elə Trampın özü (o da filmə çəkilib) haqqı varmı hansısa qəsəbənin bələdiyyəsi olsun.
Ola bilsin ki, Rəcəblinin başı bizim dediklərimizin fəlsəfəsini qanmaq potensialında olmasın. İndi onun qulağına bizim yazdıqlarımız deyəndə deyəcək ki, baxın, müxalifət yenə təhqirə keçib. Amma biz prezident məsələsini qabartmaqla demək istəyirik ki, balıq həmişə başından iylənir. Bəlkə bu zərbi-məsəl heç ABŞ-da yoxdur, amma onlar da bu mənaları dərk edirlər. Bizdə isə belə bir zərbi-məsəl olmasına baxmayaraq yenə də nəzərə alan yoxdur. Balıq isə doğrudan da başından iylənir. Ona görə də biz hər zaman ilanı başından əzmənin tərəfdarıyıq.


187 بازدید
در حال ارسال اطلاعات...