Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2019

"Danabaş" kəndinin kəntalı Zamin Hacı versiyası

Özünü güya satira yazarı hesab edən danabaş Zamin çox ləyaqətsiz yazır. Beş-on manat qonarara görə bu adamın bu qədər alçaldığını doğrudan təsəvvür etməzdik
Zamin Hacını "danabaş" adlandırmağımızın səbəbi onun Danabaş kəndindən yazan Mirzə Cəlil Məmmədquluzadənin davamçısı olması deyil. Əslinə baxanda Cəlil Məmmədquluzadə danabaş Zaminlə müqayisə ediləsi deyil. Çünki Mirzə Cəlil nə də olsa danabaş Zamin kimi xalqın müqəddəs dinini açıq-aydın, danabaşsayağı təhqir etmirdi. Məsələn, Mirzə Cəlilin hansı yazısında danabaş Zaminin "Teleskopla dana basdırmasının kəşfi" adlı çərənləməsində ilahi mələkləri aeroportdakı gömrük yoxlayıcılarına bənzətdiyini görmüsünüz? Özünü güya satira yazarı hesab edən danabaş Zamin çox ləyaqətsiz yazır. Beş-on manat qonarara görə bu adamın bu qədər alçaldığını doğrudan təsəvvür etməzdik. Amma indi nəinki təsəvvür, üstəlik yüz faiz əminik ki, adam özünü çox alçaldır. Deməli milyonlarla insanın dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda səbrsizliklə oturub gözlədiyi Şəvval ayının hilalı (bayram ayı) barədə açıq-aydın təhqirlər edir. Bu təhqirləri də özü kimi başqa bir düşük insan – Rauf Arifoğlu da çap edir.

Əlbəttə, danabaş Zaminə belə bir tema lazımdır ki, oturub səfehləsin və beş-on manat – türklər demişkən –qapsın. Amma temadan çox tema var ölkədə. Elə birini biz yazıb saytda çap elədik. Baxın, mübarək dinimiz yaltaqlanmağı, Allahdan başqa kimdənsə qorxmağı haram bilir. Yəqin ki, danabş Zamin də bu pis sifətlərlə müxalifdir. Onda bu haqda dini və Quranı, mübarək hədisləri bəyənməli, mədh etməlidir. Amma etmir, çünki qərəzlidir. Bu cəhənnəmə. Heç olmasa bu yaxınlarda durub prezidentə yalaqlanan insanlardan, incəsənət əhlindən bir-iki ağız yazardı. Amma yazmaz, çünki toplu şəkildə yazılar yazdığı qəzetdə insanlar əqidələrini dəyişiblər. Bundan sonra iqtidarın "çənəsi" olan Arifoğlu danabaş Zaminin iqtidar əleyhinə olan yazısını çap edərmi? Danabş Zamin, dinə sataşan, təhqir edən bu ləyaqətsiz insan isə Arifoğlu satılanda mövqeyində qalmadı, onu tərk etmədi, beş-on manat qonarara görə o da satıldı.

Danabaş Zamin bu dəfə hətta prezidentin belə xalqı Ramazan bayramı münasibətilə təbrik edərkən Şamaxı Rəsədxanasının qərarını gözlədiyi bir halda durub mübarək dinimizi danabaşcasına bir daha təhqir etdi. Əlbəttə əgər danabş Zamin təhqir etmək istəyirsə, tema axtarırsa götürüb dədəsindən, nənəsindən yazsın, ortalığa qoyub ürəyi istədiyi qədər təhqirlər yazsın. Nə üçün xalqımızın müqəddəs dinini təhqir edir. Qəbul eləmirsənsə uzaq başı denən mən dinsizəm, axı dinsiz olmağın sənə dini təhqir etmək bəhanəsi vermir.
Bir daha deyək ki, adam ləyaqətsiz olduğu üçün belə ucuzluq edir. Məqsəd sənəti qabağa aparmaq deyil, məqsəd beş-on manat qonarar tutmaqdır. Bu gün dindarların teleskopdan istifadəsini təhqir edən bu insan Şamaxı Rəsədxanası əvəzinə adi gözlə ayın görülməsini şərt bilən alimlər haqda da "bunlar müasir cihazları, inkişafı qəbul etmir" deyib yenə bir təhqiredici səfehləmə yazacaqdı. Yəni bu cür adamlar üçün fərqi yoxdur, əsas odur ki, təhqir etsin. Bir mənada özünü oxucuların qabağında çox ucuzlaşdırır. Təki oxucu bunun mələkləri aeroport işçilərinə bənzətməsini oxuyub gülsünlər. Bununsa bir adı vardır – təlxək.
Unutmadan səfehliyini çatdıran iki nöqtəni də qeyd edək: Birincisi yazır ki, bizim Qarabağ boyda dərdimiz var, optik gücün artırılması nəyə lazımdır. Məsələ aydındır, deməli Qarabağ boyda dərdi deyəsən danabaş Zaminə din verib axı. Yoxsa qorxmayıb İlham Əliyevi tənqid edərdi. Burda sual verərlər ki, Qarabağın ayın görünməsinə nə dəxli var? Onda gərək ölkədə heç bir iş görülməsin ki, Qarabağ dərdi var. Qarabağ dərdi var, get al da Qarabağı.

İkincisi deyir ki, biz uşaq olanda aya adi gözlə baxardıq. Elə din sənə deyir ki, adi gözlə hər vaxt gördün buyur bayram elə. Qabağını tutanmı var? 

Sonda bir daha danabaş Zamini dini dəyərləri təhqir etməməyə çağırırıq. Xüsusilə də Arifoğlu, iqtidarın "çənəsi" olan bu insana digər iqtidar nümayəndələri, adları dini işlərdə hallanan DQDK, Siyavuş Novruzov və s. yetgililər adamın başına ağır qoysunlar.


178 بازدید
در حال ارسال اطلاعات...