Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2019

Fransada Makrona etiraz edən təlxək və bizim yaltaq incəsənətçilərimiz

Rüstəm İbrahimbəyov Zelenskidən də, Metin Akpınardan da qabaq etiraz etmişdi. Ölkədə yaltaq mediya, yalaq telekanalizasiyalar və yaltaqlıqda ad çıxarmış bəzi incəsənət adamları İbrahimbəyovu təhqir etdilər. Sözlərinin canı bu oldu ki, incəsənət adamı getsin kino çəksin, ssenari yazsın. Hətta onunla birgə işləmiş incəsənətçilərin bəzilərini də Aztv telekanalizasiyasına çıxardılar ki, orda onun əleyhinə danışsın.
İllər keçdi, əvvəlcə Türkiyədə aktyor, bir vaxtların komik artist olan Metin Akpınar Ərdoğan əleyhinə danışdı. Amma Azərbaycanda yaltaq ordusunun İbrahimbəyova qarşı ortaya qoyduğu mövqeyə oxşar bir mövqe Türkiyədə görünmədi. Bəlkə də bir çox pozğunluğu, verilişləri, açıq-saçıqlığı, dönəri, serialı və başqa şeyləri Türkiyədən götürən Azərbaycanda İbrahimbəyov Metin Akpınardan sonra İlham Əliyev əleyhinə qiyam qaldırsaydı vəziyyət başqa cür olardı. Metin Akpınarın tərəfdarları isə onun dəvət etdiyi zala toplaşdılar, Ərdoğan əleyhinə olan sözlərə əl çalıb prezidenti fitə basdılar.
Metin Akpınardan sonra isə başqa bir artist, şoumen, artist, aparıcı Zelenski Ukraynada Putinə meydan oxumağa çalışan avropapərəst prezidentə prezident seçkilərində əməlli-başlı meydan oxudu. Yəni seçkilərdə qalib oldu. 

İndi isə növbə Azərbaycanındır – dedik. Azərbaycanda isə kimi dindirirsən, təqribən çox adam deyir ki, müxalifətə etibar yoxdur, Etibar Məmmədov ilim-ilim itib, çoxu satılıb, kimsə müxalifətdən atılıb...
Biz də cavab olaraq yazırıq, deyirik ki, əgər onlar iş bacarmır, sən çıx meydana. Misal olaraq da Paşinyanı deyirdik. İndi isə arxayınlıqla deyirik ki, baxın Zelenskidən örnək götürün. Adam şoumen idi, amma görün nələr etdi? İndi Ukraynanın başıdır.
Bu siyahiyə biri də əlavə olundu. Deməli Fransada prezident Makrona etiraz edilib döyülənlərdən, söyülənlərdən, ölənlərdən, yaralananlardan, baş-gözü bandaj olanlardan biri də (yəni etiraz edənlərdən biri) bir təlxəkdir. Etiraz günü kadrlara da şən klounlara xas bir libasda, burnunda onların taxdığı "şariklə" düşmüşdü. Deyir ki, mən şah təlxəyiyəm, amma xalqıma qoşulub etiraz edirəm.
Baxın görün Azərbaycanda vəziyyət necədir?
Martın 1-də ayda-ildə bəlkə beş ildə bir dəfə prezident incəsənət adamlarının əlinə düşmüşdü. Bir oyun çıxartdılar gəl görəsən. Yaltaqlığın, yalaqlığın biri bir qəpikdən. Güya tədbirin formatı şikayət, təklif xarakteri idi, amma qeyri rəsmi olaraq məclisi xahiş məclisinə döndərdilər. Daha təəccüblüsü budur ki, xahiş etmək əvəzinə zalda əməlli başlı canım-cicim salmışdılar. Bəlkə də evdə bir dəfə də olsun ərinə ya arvadına "canım" deməyənlər prezident və onun həyat yoldaşına "canım-cicim prezidentim, canım-cicim Mehriban xanım" deyirdilər. Çox gülünc bir səhnələrin şahidi olduq. Adam bu cür həmyerliləri olduğu üçün lap xəcalət çəkir. 

Deməli, bütün günü İlham Əliyevin baş nazirini, məclis spikerini, Hacıbalasını tənqid edənlər kvnşiklər həmin gün Hacıbalanın atasına rəhmət oxutdular. Yeri vardır ki, Hacıbala çıxıb bunlara desin ki, ay çüvəllağılar, bəs mən yaltaqlananda məni qınayırdınız, indi bu nədir GÖZƏGİRƏNLİK üçün növbəyə dayanmısınız. Deputatxanada öz mənafeyini güdən, Ayaz Mütəllibova, Elçibəyə "peyğəmbərimsən" deyən Zeynəb Xanlarova prezidentə az qalmışdı "cənab Cəbrail" desin. Utanmazcasına da deyir ki, Azərbaycanda çox rəhbər olub ki, heç kəndlərimizi tanımayıblar. Biri dədəsinə ad istəyir, o biri Zeynəlabidin Tağıyeva heykəl qoyulmasını arzu etdiyini dilə gətirirdi. O Zeynəlabidin ki, vaxtında istəsəydi özünə heykəl qoyardı. O Zeynəlabidin ki, sahib olduğu var-dövlətlə yüz dənə İlham Əliyevi bağında bağban işlədə bilərdi.
Yazıçı Anar Allah bilir İlham Əliyevin babası yaşındadır. Qorxusundan dodaqları əsirdi, danışanda dili topuq vururdu. Hamı elə danışırdı ki, qorxurdular ki, birdən amanın günüdür tənqid hələ bir yana dursun, birdən ağızlarından İlham Əliyev haqda tərif bir az yaxşı çıxmaz sonrası məlumdur. Bütün bunlardan daha maraqlısı odur ki, əgər incəsənət işiylə prezident məşğul olursa, bir heykəl üçün prezident qabağa düşməlidirsə Əbülfəs Qarayevin "obyekti" nə işə yarayır. Ölüb yerə girmir, gəlib hələ orda oturub qələmlə nəsə yazırdı da.

Təbii ki, ora Rasim Balayev, doktor Rəşid Mahmudov çağırılmamışdı. Çingiz Abdullayevə söz verilməmişdi. Danışanlar konkret yaltaq yığını idi. Videolara yazılan şərhlərdə də onlara xalq SABUN, GÖZƏGİRƏN və s. sözləri rəva gördü. Ola bilər ki, içlərində yaltaq olamayan tapılsın. Onlar da nədənsə danışmadılar. Danışmamaqları da məlum idi.


651 بازدید
در حال ارسال اطلاعات...