Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2019

İlham Əliyev xalq arasına kasıb paltarında, tanınmayan halda çıxarsa...

Doğru olan budur ki, İlham Əliyev heç zaman xalq tərəfindən sevilməyib. Nə özü, nə də atası. Xalq həm atasının, həm də özünün dövründə kasıb yaşayıb
Keçən dəfə bir həmyerlimiz özünün yutub kanalında çıxış edib deyirdi ki, düz iki dəfə yaşadığı şəhərdə (xarici ölkələrin birində) qul bazarının yanından keçəndə maşını saxlayıb, ona tərəf gələn "qullar" arasında azərbaycanlı da olub. Adamın dediyinə görə bir Azərbaycanda bir də onun haqqında danışdığı şəhərdə qul bazarı mövcuddur. Sən demə hər iki halda adamlar müəllim olubmuş, Azərbaycan məktəblərində onları kasıb uşaqlardan rüşvət almağa məcbur ediblər, onlar da şərəfsizlik etmək əvəzinə Azərbaycanı tərk edib qul bazarında işləməyi üstün hesab ediblər.
Bu cür adamlar bir-iki deyil yüzlərlədir. Avropanın müxtəlif şəhərlərində , post-sovet ölkələrində belə insanlar çoxdur. Sonra da sual verirlər ki, nə üçün bu insanlar İlham Əliyevi söyürlər. Hələ bir mühacir deyirdi ki, mən niyə İlham Əliyevə görə ailəmdən, ata-anamdan uzaq düşüb qürbətdə qul olmalıyam. Bundan ötrü də İlham Əliyevi, atası Heydər Əliyevi pis-pis küçə söyüşləriylə söyürdü. Özü də onların bu söyüşlərə layiq olduqları qənaətində idi.

Doğru olan budur ki, İlham Əliyev heç zaman xalq tərəfindən sevilməyib. Nə özü, nə də atası. Xalq həm atasının, həm də özünün dövründə kasıb yaşayıb, vəzifədən qovulmaqdan qorxduğu üçün çoxları yaltaqlıq yolunu tutub, ölkədə əməlli başlı bu ailə diktatura mühitini hakim ediblər. Sübut olaraq İlham Əliyev bayıra çıxanda ətrafına yığılan insanların dediklərinə baxmayın! Çünki onlar ora qəsdən, hadisə, şou olsun, kameraya düşsünlər deyə bilərəkdən yığılıblar. Bir çoxunu da məcbur edib, hədələyib ora toplayırlar. Bu barədə hər məntəqənin icra hakimiyyətinin başçısı bu işləri görür ki, hakimiyyətdə qaldıqca daha da talasın. Çünki onlara İlham Əliyevin hakimiyyətdə qalması sərfəlidir. İlham Əliyev qaldıqca onlar da rüşvət alacaq, xalqı soyacaq, büdcədən pul oğurlayıb özləri, ailələri, qohumları ailə biznesiylə məşğul olacaq. İlham Əliyevə də bu hal sərfəlidir, çünki onlar İlham Əliyevin payını ayırmaq şərtiylə bu cür şərəfsizlikləri edirlər. SÜBUT İSTƏSƏNİZ İLHAM ƏLİYEVDƏN BƏHS EDƏN VƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏ OLAN YAZILARA, VİDEOÇARXLARA YAZILAN ŞƏRHLƏRƏ BAXIN. ZƏNNİMCƏ ƏN SƏMİMİ YAZILAR BU CÜR ŞƏRHLƏRDƏ YAZILIR. ONLAR HAMISI BİR AĞIZDAN ƏLİYEVLƏRİ VƏ ONLARIN QUDURĞAN, OĞRU MƏMURLARINI SÖYÜR, ONLARA XOŞ SÖZ DEYƏNLƏRİ DƏ YALTAQ HESAB EDİRLƏR.
Ola bilər ki, bu gün camaat işindən, ailəsindən qorxduğu üçün İlham Əliyev barədə pis fikir bildirməkdən çəkinsin. Amma Allah qoysa Heydər Əliyevin heykəlləri yıxılanda, İlham Əliyev ailəsiylə birlikdə Rza şah kimi istirahət, müalicə adıyla ölkədən qaçsa hamı İlham Əliyev haqda ürək sözlərini rahatlıqla deyə biləcək.

Hazırda isə sorğu keçirsəniz,insanlar qorxmasalar qəlblərində olanı biruzə verərlər. Təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının nəzərində İlham Əliyev atasını – hakimiyyət naminə - günlərlə ABŞ-da soyuducuda saxlayan adamdır. Hamı İlham Əliyevi qumarbaz, alkaş, uyanşik, siyasətdən xəbəri olmayan, kommersant bir insan kimi tanıyır. İlham Əliyev bütün bunları bildiyi üçün xalq arasına çıxa bilmir.
Yaxşı yadıma düşdü, yutubda danışan adam deyirdi ki, qul bazarında işləyən iki müəllim etiraf ediblər ki, dəfələlə onları İlham Əliyev onların yaşadığı əraziyə gələndə məcbur ediblər ki, dayanıb Əliyev üçün əl çalıb diş ağartsınlar.

Bu gün internet saytında yazıblar ki, İlham Əliyev ailəsiylə birlikdə parkda gəzintiyə çıxıb. Kiçik bir müqayisə aparmaq istərdik. Hazırda fitnəkar ABŞ höküməti Suriya prezidenti Bəşar Əsədi "terrorçu" kimi tanıyır. İnsafən deyəsi olsaq hamıya bəllidir ki, İlham Əliyevin ölkəsindəki hörməti Bəşar Əsədin hörməti qədər deyil. Bəşar Əsəd elə bir ölkənin başçısıdır ki, ölkəsinin bir hissəsində müharibə gedir. Amma xalqın içində qısaqol köynəkdə, adi, ucuz bir şalvarda tək-tənha çıxır, bazara, dükana girir. Xalq onu sevir, öpüb bağrına basır. Halbuki camaat ABŞ və İŞİD terrorçularına arxalanıb Bəşar Əsəddən imtina edə də bilərdilər. Amma etmirlər. İlham Əliyev isə 20 faizi ermənilər tərəfindən işğal edilən ölkənin işğal etdiyi 80 faizində belə Rövnəq Abdullayev, icra başçısı, xüsusi mühafizəkarı Bəylər və bir ordu cangüdən olmadan evdən bayıra çıxa bilmir.

İlham Əliyev madam xalqın qəzəbindən qorxur, arada bərədə burnunu evdən küçəyə çıxarır, bizim də ona təklifimiz vardır. Madam bu işi görürsən elə bir dəfəlik kasıb paltarında, bir bomj libasında çıx bayıra. Bomj olanda nə olar ki, xalqdan oğurlayan insanlardan, vicdansız məmurlardansa bomj olub insanların könüllü tulladığı zibilləri toplamaq daha yaxşıdır ki. Bu vəziyyətdə çıx xalqın içinə, tək-tənha, Rövnəqsiz, Bəylərsiz, Mədədsiz. Gör xalq necə yaşayır. Xəstəxanaya get, məktəbə gir, bazara ver özünü gör camaat sənin barəndə nələr danışır. Qabaqlar şahlar bu cür üsullarla camaatın dərd-sərini öyrənərdi. Madam şah olmaq fikrin var elə şahlara uyğun bu cür işlər gör. Onda deyərəm oğulsan.
Amma o, heç vaxt belə etməz. Ona görə yox ki, camaatdan ona təhlükə olar. Xeyr, bəlkə ona görə ki, ümumiyyətlə Əliyevlər öyrəşiblər ki, xalq onlara yaltaq olub diş ağartsın. O, istəyir ki, burnunu bayıra çıxaranda hamı dayanıb diş ağartsın, əl çalsın, özünün belə bezdiyi şablon sözlərlə onu tərif edib yanında alçalsınlar. Bu insanın təbiəti belədir. Sonradan görənlər həmişə belə olur.


201 بازدید
در حال ارسال اطلاعات...