Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2019

Xalq şairi adını xalq verməlidir: prezident gedib ev paylasın

Bir şairə adı xalq vermədisə prezident yüz dənə də ad versə faydası yoxdur.
Çox qəribə hadisələr baş verir. Futbolun öldüyü, sümüklərinin çürüdüyü Azərbaycanda çempionlar liqasının finalını təşkil edirlər. 28 May - Cümhüriyyət günün ildönümündə cumhuriyyətin təməllərini dağıdan, demokratiyanın anasını ağladan Əliyevlərin – ailə hakimiyyətinin başçısı olan İlham Əliyevi təbrik edirlər. 

Arsenal-Çelsi oyununun iştirakçılarının ölkəmizə gəlişi lap həngamə olub. Deməli aeroportda xalqa şəhər içində qıymadıqları super-konfortlu avtobusları xarici futbolçuların ixtiyarına qoyublar. Ölkəyə qədəm qoyan futbolçuların qabağına da nağara-dumbul çalanlar çıxıb Novruz bayramında İlham Əliyevi qarşılayan kosa-keçəl kimi şənlik keçirirlər. Əlbəttə, başqa nə olmalıydı ki? Ölkə futbolu ölü olduğu üçün biz də özümüzə belə təsəlli veririk. Amma iqtidarın bu dəfəki futbol şousu lap rüsvayçılıq oldu. Məsələ bundan ibarətdir ki, futbol barədə dilləri uzun olmayan iqtidar adamları Arsenallı erməni futbolçunu gündəmə gətirdilər. Güya bunlara FİFA deyib ki, erməni futbolçunun təhlükəsizliyini təmin edəcəksinizsə gəlsin. İdman naziri, idmançıdan daha çox aşpaza oxşayan, ağır qaldırma üzrə beş qat dünya çempionundan beş qat çox piy bağlamış Azad Rəhimov da deyib ki, əşşi neyləyək ki, qırıcılarla müşayət etməliyik ermənini? Çox gülməli bir vəziyyət əmələ gəlib. Təbii ki, heç kim iqtidarın bu ucuz şousuna inanmır. Sadəcə futbol mövzusu olmadığı üçün belə bir şou ortaya atıblar. Güya bütün dünya bilmir ki, Azərbaycan hakimiyyətində ermənilərlə qohum olan insanlar vardır. Azərbaycan hakimiyyətinin qabaqda gedənlərin çoxdankı arzusudur ki, ermənilərlə oturub donuz salası, şeytan nəcisi olan vodka, çaxır içsinlər. Güya hansı erməni Azərbaycana gələndə özündə təhlükə hiss edib. Bu ölkədə yəhudi, sionist, erməni, daşnak özünü daim ev sahibi kimi aparıb. Aeroportda ermənini şapalaqlayanı həbsə atıblar. Azərbaycanda özünü qərib, yad, təhlükəli hiss edən ancaq yazıq xalqdır. 

Yazıq xalq demişkən, bu günlərdə Azərbaycan Xalq Cumhuriyyətinin ildönümüdür. Təəssüf ki, bu münasibətlə Cumhuriyyəti ailə hakimiyyətinə döndərən İlham Əliyevi təbrik edirlər. Halbuki İlham Əliyev hakimiyyəti o kəsdən təhvil alıb ki, o adam Cumhuriyyəti işğal edən sovet qoşunlarının zabiti, qulu, əlaltısı olub. İndi bu adamlar xalqdan, cumhuriyyətdən danışırlar. Xalq da zillətə razı olub belə adamların hakimiyyətdə qalmasına razılıq verir.

Bunlardan keçdik, bəzi adamlar demişkən, cəhənnəmə olsun hakimiyyət də xalq da...
Bir neçə şair xalq şairi adını aldı. İçlərində qəribə şeir, yazı və fikirləriylə diqqət çəkən Ramiz Rövşən də var idi. O, isə hələ bir neçə il bundan qabaq deyirdi ki, ad almaq, fəxri xiyabanda basdırılmaq istəmir. Amma adını güclə boynuna qoydular. Şah sənə ad verirsə boyun qaçıra bilməzsən.
Təbiidir ki, Ramiz Rövşən əvvəllər cəbhəçi, müsavatçı olub. Elçibəyə, İsa Qəmbərə mədhlər yazıb. İndi isə siyasi baxışları dəqiq məlum deyil. O məlumdur ki, siyasətdə aktiv olmayan şair son dəfə siyasətə qarışan Milli Şura üzvləriylə bir yerdə görünüb. Amma İlham Əliyevin şairə ad verməkdə məqsədi onu özünə məddah etməkdir. Ramiz müəllim isə uşaq deyil. Lazım gəlsə İlhamı özünə məddah edər (necə ki, bir vaxtlar İlham Əliyev Rüstəm İbrahimbəyov haqda təriflər deyib badə qaldırırdı.) 

Xalq şairi adını isə xalq verməlidir, İlham Əliyev necə deyərlər gedib "Müsavat" qəzetinin jurnalistlərinə ev paylasın. Bir şairə adı xalq vermədisə prezident yüz dənə də ad versə faydası yoxdur.
Razıyam, indi deyərsiniz ki, bütün dövlətlərdə xalq şairi, şərəf ordeni, vətənə xidmət ordeni və s. ordenləri ölkənin birinci şəxsi verir. Amma etiraf edək ki, bizdə vəziyyət bir qədər fərqlidir. Fərq də bundan ibarətdir ki, bütün dövlətlərdə dövlət başçısı bu titulları verir, amma bizdə isə dövləti ağlınca ömürlük qəsb edən İlham Əliyev bu işi görür. Ümumilikdə isə bizdə heç kim nə İlham Əliyevin nə də bizim ölkədə beynəlxalq yarışma, müsabiqə keçirənlərin səmimiyyətinə inanmır. İlham Əliyev haqda deyirlər ki, şairləri öz tərəfinə çəkmək üçün bu işi görür. Qabaqlar Heydər Əliyev Qabil, Fikrət Qoca kimi yazıçılardan da bu cür istifadə edirdi. Xarici təşkilatlar da Azərbaycanı sağamaq üçün axmaq yerinə qoyub futbolun öldüyü bir məmləkətdə final yarışması keçirirlər.


542 بازدید
در حال ارسال اطلاعات...