Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2019

Heydər Əliyevə "erməni" deyən Fazil İlham Əliyevi və əsgərləri təhqir etdi

Fazildə İmam Hüseyn qeyrətinin, şücaətinin, dönməzliyinin, kişiliyinin mində biri yoxdur
Fazil Qəzənfər "Müsavat" qəzetində bir vaxtlar Heydər Əliyevin ünvanına "mənə sübut edin ki, o, insandır" demişdi. Daha sonra həmin məqaləsində Heydər Əliyevi erməni adlandırmışdı. Deməyin ki, "əşşi bu ki, köhnə mövzudur, Fazil ondan sonra tövbə edib və qələt edib başını divara vurduğunu yüz dəfə deyib." Biz burada sizi mühüm bir məsələdən agah edirik ki, sonra ondan ikinci dəfə xəyanət (əlbəttə əslində Allah bilir neçənci dəfə) görməyəsiniz, görəndə bizi agah etməməkdə suçlamayasınız.

Bilirsiniz ki, neçə gündür bir jurnalistin Ramil Səfərov və Mübariz İbrahimov barəsində təhqiramiz ifadələr işlətdiyi müzakirə edilməkdədir. Müzakirəyə Fazil Qəzənfəri də qoşublar. Məlumdur ki, adam deputatxanada boş-bekardır, telekanalizasiyaya da çağırılmır, məhərrəm ayı da deyil ki, deyəsən Fazil çıxıb Fətullah hocası kimi qələtlər, hədyanlar danışıb aranı qatacaq. Deyiblər gedək bir Fazildən də bu haqda soruşaq görək nə deyir.

Fazil Qəzənfərsə bir vaxtlar Heydər Əliyevə erməni deməsi az deyilmiş kimi bu dəfə İlham Əliyevi və bütün əsgərləri təhqir etmişdir. Belə ki, müsahibəsində şəhid qəhrəmanımız gizir Mübariz İbrahimova haqq qazandırmaq istəyib (təbii ki, əziz şəhidimiz haqq əhlidir, amma Fazilin haqdan qandığı qrafa olmadığı üçün belə yazdıq) amma qaş düzəldən yerdə vurub göz çıxarıb. Görün nə cür quşlayıb. Deyir ki, Mübariz İbrahimovun etdiyi iş sırf cəbhə xəttində baş verib. Hadisə erməni torpaqlarında yox öz torpaqlarımızda baş verib. Sonra deyib ki, Azərbaycan torpağına soxulmuş düşməni məhv eləmək hər bir hərbçinin vəzifə borcudur. Deməli quşladığı məqam budur ki, əgər Azərbaycan ərazisinə soxulmuş düşməni məhv eləmək hər bir əsgərin vəzifə borcudursa və hələ də erməni əsgərləri Mübarizin darmadağın elədiyi postda bu gün də, bu an da varlarsa və bizim hərbçilərimiz onları məhv eləmirsə deməli hərbçilərimiz öz vəzifə borclarını yerini yetirmir. Belə olan halda vəzifə borcunu yerinə yetirməyən hərbçinin aqibəti qanunla nədirsə həmin cəzaya çatmalıdırlar. Bu, Fazilin əsgərlərimizə olan təhqiridir. Bundan başqa o, belə deməklə İlham Əliyevi də təhqir etmişdir. Çünki əsgərlərə düşməni məhv etmək əmrini İlham Əliyev verir.

Təbii ki, biz Mübarizin haqq əhli olduğuna etiqadlıyıq. Onun bu hərəktini də necə lazımdırsa müdafiə edə bilərik. Amma Fazilin etdiyi kimi yox. Onun etdiyinə quşalamaq deyərlər.

Qeyd etmək istədiyimiz mühüm məsələ budur ki, Fazil Qəzənfərə inanmayın və ona etibar etməyin. Çünki bu adam ideallarını, həm dini lideri olan terrorist-nurçu Güləni, həm də siyasi ldieri olan Elçibəyi satan xain adamdır. Xainliyi də budur ki, bir vaxtlar Heydər Əliyevə erməni deyirdi. Sonra İlham Əliyevin yanında nə yeyib nə qələt etdiyini etiraf edib bağışlandı və deputatxanada yal sahibi oldu. Bu adam indi durub deyir ki, erməni əsgəri məhv edilməlidir. Sabah erməni əsgərinə də "qələt edib başımı daşa vurmuşam" deməyəcəyi məlum deyil. Ona görə də ona çox arxayın olmayın. Dövlətin müvafiq orqanları, lap deputatxananın böyükləri Fazili orda saxlayıbsa saxlasın, amma bilsinlər ki, Fazil kimi adamlarla dostluq edəndə daim Ramil Üsubovun "dubinkasını" da əldə saxlamaq lazımdır.

Qeyd edək ki, Fazil Qəzənfər haqda deyilənlər Rauf Arifoğluya da aiddir. Çünki həmin Arifoğlu idi ki, Heydər Əliyevin zamanında onun bütün müxalifəti və mediyasını məhv elədiyi bir dövrdə öz qəzeti olan "Müsavatda" Fazilin məqaləsini çap elətdirmişdi. Çünki Arifoğlunun, Fazilin, Azər Həsrətin o zamanlar Koroğlu olan vaxtları idi, indiki kimi kor oğlan deyildilər. Bunlar bir zamanlar Heydər Əliyevə, İlham Əliyevə erməni, it (sonuncu söz Azər Həsrətə aiddir) deyirdilər, daha sonra it kimi YAP-ın ofisinin qapısına bağlandılar.

Fazilin belə olan halda nə üçün İmam Hüseynin aşiqləriylə yola getmədiyi bir daha məlum olur. Adamda İmam Hüseyn qeyrətinin, şücaətinin, dönməzliyinin, kişiliyinin mində biri yoxdur. Olmadığı üçün də zəmanə yezidləriylə, düşmən, erməni bildiyi adamlarla mübarizə aparmayıb, təslim olub. Zillətə razı olub və zillət vəkillərinin toplandığı deputatxanada yal sahibi olub. İndi bu adam Kərbəla düşməni olubsa bu, qeyri-təbiidir ki?


567 بازدید
در حال ارسال اطلاعات...